Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ağ qızılla kəsilən baş Adalet.az | Ağ qızılla kəsilən baş Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Ağ qızılla kəsilən baş

Nicat Novruzoğlu

166015    |   2018-06-22 09:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim qızılımız həmişə bol olub. Söhbət çeşiddən gedir. Nəyimiz bir az özünü babat göstərdi, yanına qızıl yapışdırmışıq. Neftə qara qızıl demişik, balığa qızıl balıq, gülə qızılgül, alçaya turş qızıl demişik, qolu güclüyə qızıl bilək, səsi olana da qızıl səs. Qədir Qızılsəs. Bu, qızıl səsi olan Qədir Rüstəmov deyil ha, Məmmədovdu.

İnanım ki, bizdə qızıl xəstə də var. Həkimlərimiz özünə babat pul buraxanlara öz aralarında qızıl xəstə deyirlər. Loxluyub pulunu sorurlar.

Qızıl tələbəmiz də var. Papası bütün günü "tupoy” uşağına 5 yazdırmaqla məşğuldu. 11 ilə az qala bir sinif otağı qədər pul xərcləyib.

Bütün bu qızılların içində bir də ağ qızılımız var. Ağappaq. Pambıq kimi. Elə adı da pambıqdı.

Bir ara yoxa çıxmışdı. Dəbdən düşmüşdü. O qədər qızıllanmışdıq ki, ağ qızılı unutmuşduq.

Pambıq da bizdən küsmüşdü. Qozasından çıxmırdı. Bağışlamırdı bizi. Laqeyidliyimizə görə.

Nəhayət, gün yetişdi ki, pambıq yada düşdü. Qara qızılın bozardığını görüb özümüzü verdik ağ qızılın yanına. Səni deyib gəlmişik, ay ağ qızıl.

Köhnə statistik rəqəmlər, zamanının məşhur pambıqçıları, kombaynlar və s. hamısı birdən-birə zəbt elədi gündəmimizi.

Başladıq qızıl əkməyə. Ək ki, əkəsən. Əkilməyən torpaq yoxdu. Zəhmətkeşlərimizdə nə qədər torpaq varsa hamısı əkilir. Bəzi məhsulları, hələ özünü qızıllaşdırmayan məhsulları ixtisara salıb yeri və gücü verdik ağ qızıla. Onların yerində pambıq əkdik.

Hamı pambıqdan danışmağa başladı. Hətta maşın şou səviyyəsində. Müzakirələr eyni səviyyədə gedirdi.

Zaman yetişdi. Qızıl qozasını partladıb çıxdı. Amma çıxdı nə çıxdı. Ağ qızıl oldu qızıl zəhər.

Manşetləri ancaq zəhərlənənlərin sayı bəzədi, nəinki, ağ qızılın parıltısı.

Xəbərlər dalbadal gəldi. Bir xeyli adam filan rayonda zəhərləndi. İki gün keçmədi bir xeylisi də filan rayonda. Və heç kim də "qarant” durmur ki, day heç kim zəhərlənməyəcək.

Sonra da biri çıxıb dedi ki, bu zəhərlənmə deyil, ürəkbulanmasıdı. Çox qızıl belədi də ürəkbulandırır.

Pambıq ona zəhər vuranları zəhərlədi.

Pambıq anlamır ki, biz ona zəhər vurmalıyıq. Nə qədər ona qızıl da desək, texniki bitkidir. Texniki bitki olduğundan ona kimyəvi maddələrin tətbiq edilməsi qaçılmazdır. Cürbəcür maddələr vurulur ki, ətrafındakı ziyanvericilər, alaqlar qızılımızı məhv eləməsinlər.

Bu maddələr də bizi ziyanverici bilib zəhərlədi. Özü də kütləvi şəkildə. Həm də pambıqla əlbir olub.

Və misal oldu gündəm "Neynirəm o qızıl nimçəni ki, içinə qan qusum”.

Rayon ərazisi pambıq mütəxəssisləri ilə dolu olan İmişlidə, Tərtərdə, Yevlaxda, Saatlıda niyə belə hal baş verdi? Axı onlar bu sahə üzrə mütəxəssisdirlər.

Suallar gün-gündən artdı. Bəlkə də təxribatdı.

Bir az da özündən razılıq. Köhnələr yada salınmayıb. Çağırıb deməyiblər ki, məsələn, 5 hektara nə qədər kimyəvi maddə səpək?

Hər nəysə, bu gün ağ qızıl baş kəsmək iddiasındadır. Zəhərləməklə. Pambıq bizi onu unutduğumuza görə cəzalandırmaq istəyir. Cəzanı da ya ölkəyə idxal olunan dərmanları gətirən alacaq, ya da qulluq zamanı təhlükəsizlik qaydalarını pozan şirkətlər. Hər halda dövlət rəsmisi belə deyir.

Bax beləcə. Ağ qızılın zəhəri ağ qızıldan daha çox gündəm oldu.

Amma doğurdan da pambıq qızıldı. Özü bir tərəfə, çöplərini yığıb təndir qalayıb çörək bişirəcəyik. Təndir çörəyi. Həmin o pambıq sahələrində pambığın qozasını yemiş mal-qaramızdan tutduğumuz pendir ilə də vuracağıq bədənə, olacağıq məmnun.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK