ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: Zəhərlənmə məsələsində görək kimlər cəzalanacaq

19256    |   2018-06-23 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

- Ay Rüstəm, bu kolxozun altı maşını, on dörd arabası var, biz yeddi-səkkiz kilometr yolu piyada gedib-gəlirik. Ola bilməzmi ki, bizi səhər tezdən gətirsinlər, axşam aparsınlar?!

Rəqəmlərdə səhv edə bilərəm, bu, «Böyük dayaq» filmində Telli arvadın Rüstəm kişiyə dediyi sözlərdi.

2018-ci ildi. Avropalılar, başda təbii ki, ABŞ, Marsda kartof əkməyi planlaşdırırlar. Biz isə pambıq tarlalarına kimyəvi maddələri əllə səpirik. Mənfur Sovet hökumətində bu işlər təyyarələr və texnikalarla həyata keçirilirdi. Sözün bitdiyi yerdi.

Mənim fikrimcə, ölkədə texnika çatışmazlığı yoxdu. Deməli, mövcud texnikadan səmərəli istifadə edilmir. Təbii ki, bunun da günahı pambıqçılarda deyil, həmin texnikaların aid olduğu səlahiyyətli təşkilatlardadır. Və bu zəhərlənmə hadisələrində də onlar xüsusi məsuliyyət daşıyırlar.

Artıq zəhərlənmə zəncirvari reaksiyayla hərəkət edir. Budur, dördüncü rayonda da zəhərlənmə baş verdi. Bu beşincimi, altıncımı, yeddincidəmi olacaq, hələ bilinmir. Biz dünən də bu məsələyə toxunmuşduq, bu gün də toxunmaq məcburiyyətindəyik.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Hüseynovun bu məsələ ilə bağlı «Yeni Müsavat»a açıqlamasında belə bir yer var: «Bizim tərəfimizdən isə artıq fermerlərə, sahibkarlara, icra hakimiyyətlərinə məktub ünvanlanıb ki, bu məsələdə bir qədər ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına əməl etsinlər».

Məntiqdən belə çıxır ki, bu məktublar zəhərlənmə hadisəsindən sonra ünvanlanıb. Əslində isə maarifləndirmə işi pambıq əkinlərindən çox qabaq, hələ fevralda, martda aparılmalı idi.

Uzun illər pambıqdan kənarda qaldığımız üçün həm pambıqçılığı yadırğadıq, həm də bu sahədə ciddi kadr çatışmazlığı yarandı. Pambıqçılıq üzrə mütəxəssislər ailələrini dolandırmaq üçün başqa sahələrə üz tutdular, eləcə də olub-bildiklərini unutdular. Gəncədəki Kənd Təsərrüfatı Akademiyası az-çox ali mütəxəssislər hazırlaya bilir, amma bu yetəri qədər deyil.

Vaxtilə pambıqçılıq üzrə texnikumlar da vardı. Ən böyüyü də Bərdə rayonundaydı. Bu texnikumlar orta ixtisas üzrə mütəxəssislər – briqadirlər, sahə aqronomları, ziyanvericilərlə mübarizə aparacaq mütəxəssislər, pambıq məntəqələrində və pambıqtəzmizləmə zavodlarında çalışacaq mütəxəssislər hazırlayırdı.

Ölkədə pambıqçılığın inkişafı ilə bağlı proqram həyata keçirilirsə, Bərdədəki həmin texnikumun yenidən fəaliyyətə başlamasına böyük ehtiyac var.

Pambıq taxıl deyil, bir dəfə səpəsən, üç-dörd dəfə suvarasan, sonra da kombaynları salıb yığasan. Pambıq çox zəhmət, aqrotexniki qulluq tələb edən, təkcə maşınlarla deyil, həm də əllə yığılan bir bitkidir. Qısası, naz tələb edən bitkidi. Ona görə də bu sahəni bilən mütəxəssislər olmadan pambığı əkib-becərib son həddə çatdırmaq həm çətin məsələdi, həm də məhsuldarlığın aşağı düşməsi deməkdir.

Pambıq eləcə də strateji bitkidi. Bu sahənin inkişafı yüz minlərlə iş yeri deməkdi, sənayenin inkişafı deməkdi, valyuta deməkdi. Ən əsası, kəndlərindən üz döndərmiş insanların geri dönüşü deməkdi. Mebel istehsal etmək üçün xammalı valyuta ilə xarici ölkələrdən alırıq. Pambığın çöpü həm də mebel sənayesi üçün vacib xammalardan biridi. Özbəkistanda pambıq çöpündən mebel sənayesi üçün materiallar hazırlayan fabriklər mövcuddur. Vaxtilə belə fabriklərin Azərbaycanda da tikilməsi nəzərdə tutulmuşdu. Çox təəssüf ki, Sov.İKP MK o vaxt buna mane oldu. Pambıq çöpündən kağız istehsal etmək də mümkündü. Və ən nəhayət, hərbdə əlli məqsəd üçün istifadə olunur – geyimindən tutmuş barıtına qədər. Siz bilirmisiniz ki, Özbəkistanda pambıq yağından qida məhsulu kimi istifadə edirlər, hətta plov dəmləyirlər?

Qısası, pambıqçılığa elə-belə baxmaq lazım deyil. Onun əleyhinə yazı yazanlar pambığın əhəmiyyətini və onun strateji bitki olduğunu bilməyənlərdi. Pambıqçılığın əleyhinə yox, onu düzgün yönləndirə bilməyənlərin əleyhinə yazmaq lazımdı.

Məhz elə bu düzgün yönləndirə bilmədiklərinə görə bu zəhərlənmə hadisələri baş verib. İndi komissiya yaradıblar, araşdırırlar. Qorxuram, pambıqçıların özlərini cəzalandırarlar ki, zəhərdən düzgün istifadə etməmisiniz. O zəhəri gətirənlər və maarifləndirmə işlərini düzgün qurmayanlar qalalar kənarda. Belə şeylərin şahidi az olmamışıq.

O gün baxıram, hansısa rayonda bir fermer deyir ki, taxılı biçib qurtarandan sonra yerində pambıq əkəcəm. Allah, sən saxla. İyunun axırında pambıq əkəcək. Deməli, gələn ilin yanvar-fevralında yığacaq? Necə ki, keçən il belə hadisələr oldu, pambıq gec əkildi, nəticədə məhsuldarlıq çox aşağı düşdü. Demək, həmin fermerin pambıq haqqında bilgisi sıfırdı.

70-80-ci illərdə Bərdədə, Ağcabədidə, Ağdamda, Beyləqanda, İmişlidə, Saatlı, Zərdab və Sabirabadda hektardan 45-50 sentner məhsul götürülürdü. Bir də Füzulinin əsasən Arazqırağı torpaqlarından. Allah Şamama Həsənovaya rəhmət eləsin. Yəni bu rayonların torpaqları pambıqçılıq üçün çox yararlıdı. Və elə indi də bu rayonda pambıqçılığı inkişaf etdirməklə oynaya-oynaya 500 min ton pambıq istehsal etmək mümkündü. Digər rayonlarda isə əkinçiliyin başqa sahələrini inkişaf etdirmək lazımdı. Məsələn, Hacıqabulun və Kürdəmirin Sabirabada qonşu kəndlərində pambığın məhsuldarlığı yüksək ola bilər, amma digər bölgələri üzümçülük, şərabçılıq üçün daha əlverişlidi.

Bu bizim şəxsi fikirlərimizdi. Bu gün əsas məsələ bu zəhərlənmə hadisələridi ki, görək bunun sonu nə ilə bitəcək?




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK