Adalet.az | Faiq QİSMƏTOĞLU: SERTİFİKAT OYUNU Adalet.az | Faiq QİSMƏTOĞLU: SERTİFİKAT OYUNU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: SERTİFİKAT OYUNU

12421    |   2018-06-14 13:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bu sertifikat ki, var, çox qəliz, həm də qaranlıq bir şeydi. O qaranlıq ki, bir sertifikatla heç də hər hansı işin üstünə işıq salmaq mümkün deyil. İşıq sala bilər ha, amma işıq salanda görürsən ki, sertifikat almış məhsul heç də orda yazılanda olduğu kimi keyfiyyətli deyil: nə dadı var, nə də tamı! Amma noolsun, istənilən məhsula iki daşın arasında sertifikat düzəldirlər və o sertifikat da lap daşdan keçər. Kimin ağzı nədi ki, sertifikat olandan sonra ona bir söz desin. Yəni desin ki, bu məhsul keyfiyyətsizdi. O sözü deyənin sertifikat verənlər ağzını cırıb qoyarlar qulağının dibinə və qalar ağızsız…

… Bir ara da dedilər ki, balam, Tiflisdə çox yaxşı bir şey var. Yəni kimin dədə-babası bəy olubsa, gedib ordan arxivdən çıxarda bilər. Səhv eləmirəmsə, bizimkilər də burda bir «Əsilzadə» Cəmiyyəti yaratdılar. Və o «Əsilzadə» Cəmiyyəti də kim ona görüm-baxım eləyirdisə, bığını yağlayırdısa, bir arayış verirdi ki, bəs filankəsin babası bəy olub. Və bu adam da bəy nəslindədi. Hansı ki, sovet hökumətinin kəshakəs vaxtında bu arayışı alanlar tərcümeyi-hallarında yazırdılar ki, ataları, babaları fəhlə-kəndli nəslindəndi. İndi o hökumət dağılıb gedəndən sonra bax, beləcə arxivlərdən kimlər isə sənəd çıxartdırır, babalarının bəy olması ilə yerə-göyə sığmırlar…

… Təkcə var-dövlət bəyliklə ölçülmür. Ola bilər o bəyin varı, dövləti, ilxısı, torpağı çox olub. Bəylik dədə-babadan bizim millətdə mərdliyiylə, qüruruyla, səxavətilə ölçülüb. Necə ki, «Yeddi oğul istərəm»də Gəray bəy var, «Axırıncı aşırım»da Kərbəlayi obrazı yaradılıb, «Dəli Kür»də Cahandar ağanı görürük, bax, onların xarakteri, qüruru, mərdliyi və şəxsiyyəti bəylikdən xəbər verir. Gəray bəy son nəfəsində də Sovet hökumətinə əyilmir və əsl bəy kimi komsomol gülləsilə deyil, başına sıxdığı öz gülləsilə həyatına son qoyur. Halal olsun, həm İsmayıl Şıxlıya, həm Fərman Kərimzadəyə, həm də Yusif Səmədoğluna! Ki Sovet hökumətinin kəshakəs vaxtında, bütün senzuraların sərt qadağaları məqamında belə bəy obrazını ssenariləşdirə və filmə çəkdirə biliblər.

İndi qayıdaq yenə sertifikat məsələsinə. Axı dedik, bu sertifikat var ha, çox qəliz məsələdi. Məsələn, bir il bundan qabaq Səhiyyə Nazirliyi bütün həkimləri və tibb işçilərini imtahandan keçirdi və onlara sertifikat verdi. Görəsən, o imtahandan keçirənlər and içə bilərlərmi bu sertifikat verilməsi tam şəffaflıq şəraitində olub? İmanımızı yandıra bilmərik, ola bilər bir-iki nəfər bu mərhələni keçməyi bacarıb. Amma böyük əksəriyyət onu hansı yolla keçib, bunu bir özləri bilər, bir də Allahları. Çünki bizim məmləkətdə hər hansı bir şey həyata keçiriləndə öncə şəxsi maraqlar irəli çəkilir. Və bu şəxsi maraqlar təmin edilə bilirsə, deməli, həmin adamın işi yağ kimi gedəcək.

Deyirlər ki, indi də müəllimlər «Təhsil haqqında» Qanuna görə sertifikat almalıdılar. Bax, bunu başa düşmək olmur. Bu yazıq müəllimləri nə qədər sınağa, imtahana çəkmək olar? Hər hansı müəllim qəbul imtahanı verib ali məktəbdə oxuyub. Sonra dövlət imtahanı verib diplom alıb və gəlib təhsil müəssisəsində işləyib. Həftə səkkiz, mən doqquz müəllimlər ordusunu sınağa çəkmək bizcə heç də indiki çətin iqtisadi durumda bir o qədər də yaxşı deyil.

Azərbaycan müəllimlərinin hamısı bir il bundan əvvəl və bir az da ondan artıq müddətdə diaqnostik qiymətləndirmədən keçib. Və bu qiymətləndirmə zamanı da kimlərin savadının nə dərəcədə olduğu Təhsil Nazirliyinə çox yaxşı bəllidir. İndi durub bu iki daşın arasında yenidən diaqnostik qiymətləndirmədən keçmiş müəllimləri imtahana çəkmək nə dərəcədə obyektivdir?

Bizim də müəllimlərimiz olub. Mənim müəllimlərimin əksəriyyəti dünyalarını dəyişiblər. Allah onlara rəhmət eləsin! Amma onların arasında cəmi bir müəllimim – Həqiqət Rzayeva yaşayır və bu gün təqaüddədi. Rəhmətə gedən müəllimlərimin hamısını çox vaxt yuxumda görürəm. Çünki o müəllimlər bizim üzərimizdə valideynlərimizdən sonra yarpaq kimi əsiblər və bizim adam olmağımıza ömür xərcləyiblər. Loru dildə demiş olsaq, bizim yolumuzda saçlarını ağardıb xəstəlik tapıblar. Belə gözəl müəllimlər respublikamızın hər yerində var. Axı bu müəllimlər nə maaş alır ki, onların da yeyib-içdiyini burunlarından tökmək istəyirlər.

Zarafat deyil ey, biz evdə uşaqlarımızla, nəvələrimizlə bir-iki saat bir yerdə olanda əsəbimiz yerindən oynayır, tarıma çəkilir. Bəs onda 6-7 saat dərs deyən, ömürlərini övladlarımıza xərcləyən müəllimlər neyləsinlər? Axı onların da əsəbləri, ailələri var, bu çətin zəmanədə min cür problemlər yaşayırlar. Bir-iki dələduz məktəb direktoru qaz vurub qazan dodurursa, bu o demək deyil ki, on minlərlə müəllim ordusu kef eləyir. Onlar bayaq dedim ki, bizim övladlarımıza az məvaciblə təhsil verir, tərbiyə verir, vətənpərvərlik öyrədir. Bax, biz o müəllimləri incitmək yox, əllərindən öpməliyik. O müəllimlər ki, onlar namusla, vicdanla bu peşəyə sadiqdilər.

O günü saytların birindən oxudum ki, hansısa məktəbdə pul yığılır, nə bilim müəllimə kömək gösrərilir. Uzaq başı, hansısa valideyn bir-iki manat bir tədbirə pul verə bilər. Bunu elə qışqır-bağırla deyirlər ki, sanki müəlim dünyanı dağıdıb. Axı, müəllimin üstünə bu qədər də getmək olmaz… Axı müəllimi bu qədər də aşağılamaq Allaha ağır gedər… Müəllimə, özü də yaxşı müəllimə, vicdanlı müəllimə diqqət və qayğı lazımdı. Bir-iki təsadüfi müəllimə görə, on minlərlə müəllim ordusuna qiymət vermək düzgün deyil. Ən azından ona görə ki, namuslu və vicdanlı müəllimlər həmişə şagirdlərinə öz balaları kimi yaxınlaşıblar.

İndi də müəllimlərin sertifikasiya olunması xəbəri sözün düzü məni bir ziyalı olaraq çox narahat edir. Çünki hər bir bu cür sınaq yeni bir stress, yeni bir gərginlik, yeni bir əsəb deməkdi. Onsuz da diaqnostik qiymətləndirmə hər şeyi güzgü kimi ortaya qoyub. Yüksək nəticə əldə edənlərin əmək haqqı artırılıb. Gəlin bunu o müəllimlərin burnundan tökməyək. Ona görə ki, əgər yenidən imtahanlar keçirilsə, heç kim zəmanət verə bilməz ki, bu sertifikasiya zamanı tam şəffaflıq olacaq. Çünki bizdə həmişə bir yenilik olanda, həmişə onun içində bir qaranlıq oyunlar da özünü göstərib. Yəni kimlərsə suyu bulandırıb və orda, yəni bulanıq suda balıq axtarıblar.

Bu məsələ ilə bağlı millət vəkili Vahid Əhmədov da öz narahatlığını bildirib. Hörmətli millət vəkili qeyd edib ki, onsuz da müəllimlər diaqnostik qiymətləndirmə zamanı stress, gərginlik keçiriblər. Yenidən onların sertifikasiya olunması, əsəblərin gərilməsi və kimlərinsə çətin vəziyyətə düşməsi deməkdir.

Millət vəkilinin fikrinə qüvvət olaraq demək istəyirik ki, diaqnostik qiymətləndirmə zamanı bir çox yaşlı və xəstə müəllimlər stress yaşadılar, onların xəstəliyi bir az da ağırlaşdı. İndi güc-bəlayla bu yaşlı və xəstə insanlar sağlamlaqılarını bərpa ediblər. Əgər sertifikat imtahanları keçirilsə, görün onda stress keçirmiş xəstə müəllimlər yenidən hansı həyəcanlı anlar yaşayacaq və hansı duruma düşəcəklər. Özü də deyirlər ki, bu sertifikat verilməsi məsələləri beş ildən bir yenidən təkrarlanmalıdı. Yəni beş ildən bir hər bir müəllim imtahandan keçməli, sertifikat almalıdı. Bax, məsələnin də ən qaranlıq və qəliz yeri bundan ibarətdir.

On minlərlə müəllim ordusunu incitmək, stress içinldə yaşatmaq yox, onlara arxa durmaq, kömək olmaq, söykək lazımdı. Və həm də ürəyimiz ona görə ağrayır ki, bu gün cəmiyyətdə müəllimlərə münasibət heç də birmənalı deyil. Çünki bəzi üzdəniraq bir-iki dələduz direktor Azərbaycan müəlliminin fəaliyyətinə və şərəfinə ləkə gətirib. Müəllimləri imtahandan keçirmək yox, bu gün çoxlu sayda yerində olmayan və ancaq pul qazanmaq haqqında fikirləşən məktəb direktorularını o kreslodan uzaqlaşdırmaq lazımdı. Onlar məktəbə təhsil müəssisəsi kimi yox, kommersiya mağazası kimi baxırlar.

Bilmirəm, bizim qələmə aldığımız fikirlər və düşüncələr kimlərinsə xoşuna gələcək, yoxsa gəlməyəcək? Biz sadəcə olaraq, cəmiyyətin içindəki narahatlığı və stresi oxucularımızın diqqətinə çatdırırıq. Bizimki deməkdi, yuxarı qurumların da vəzifəsi əgər dediyimizdə həqiqət varsa, onun üstünə işıq salmaqdı. Yoxsa müəllimləri həftə səkkiz, mən doqquz sınağa çəkməklə kimlərsə istəyinə nail olsalar da, sadəcə olaraq, bu peşənin üstünə kölgə sala bilərlər…



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-15
2018-08-14


VİDEO