Adalet.az | Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - BEŞİNCİ YAZI Adalet.az | Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - BEŞİNCİ YAZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - BEŞİNCİ YAZI

Gecələri də özəl olan şəhər

9184    |   2018-06-13 13:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Arpaçayın sahilində yaşadıqlarım, ürəyimdən, könlümidən keçirdiklərim, özü-özündən qaynayan bulaq kimi bir də gördüm ki, misralara çevrilib. Və mən o misraları yaddaşıma yazıb üzümü Arpaçaya tutaraq elə ürəyimdəcə pıçıladım. Yəqin ki, bu pıçıltıları təkcə Arpaçay eşitdi, bir də Saranın ruhu:


Saranı aparan çay

Yaramı qoparan çay…

Bilmirdin taparam, çay –

Sənlə hesab çəkərəm?!


Dağlardan sıyrılan çay

Qartal tək qıy vuran çay…

İlan tək qıvrılan çay –

Sinəndə nur əkərəm…


Bir də coşub daşma sən

Kükrəyəndə çaşma sən!

Sevgi səddin aşma sən –

Mən sevgidən şəkərəm…


Bəli, artıq zaman gəlib çatıb. Arpaçay da buradakı mənzərə ilə, ümümiyyətlə, bütün bu anlarla xudahafizləşməyin vaxtıdı. Belə də edirik. Bir neçə xatirə şəkilləri çəkidirəndən sonra ovcumu Arpaçayın suları ilə doldurub elə onun öz sinəsinə səpirəm. Düşünürəm ki, bu, bizim aramızda bir təmas olacaq. Nə vaxtsa Arpaçay əllərimin, ürəyimin istisini təzələyəcək və o görüşdə mən Arpaçayla köhnə tanışlar kimi həmsöhbət olacam…

Getdiyimiz o dolanbac yolla Şərura tərəf dönürük. Gəlirik ki, İbrahim müəllimi evinə, ailəsinə təqdim edib Naxçıvana qayıdaq. Burda da şair qardaşım İbrahim Yusifoğlu israrla təkid edir:

- Bəlkə bu gecəni Şərurda qalasan? Bizim qonağımız olasan?

Birtəhər könlünü ovudub xudahafizləşirəm. Qayıdırıq Naxçıvana. Üç dost, üç şair, üç söz adamı – Asim Yadigar, Əbülfəz Ülvi və bir də bəndəniz.

Bu dəfə Naxçıvana Şərurdan çıxan fərqli bir yolla qayıdırıq. Qaranlıq üzüaşağı enmiş olsa da, sayrışan işıqlardan Şərurun gecə gözəllikləri də özünü ifadə edir. Burda bir gerçəyi dilə gətirmək istəyirəm…

Adətən yollarımızda gecə qaranlığında sükan arxasında oturmağa heç həvəsim olmur. Tam səmimi deyirəm. Amma Şərurda, Naxçıvanda olanda ürəyimdən gəlib keçdi ki, bu yollarda sükan arxasında oturmağın öz ləzzəti var. Çünki bütün işarələr öz yerində, yollar da ki, güzgü kimi. Qaydalara əməl et və sürüb get mənzil başına. Nə isə…


Yol kənarında dayanmış bir nəfər gənc oğlan əlini qaldırır. Əbülfəz müəllim Asim Yadigara tərəf çevrilib səmimi şəkildə:

- Bəlkə bu oğlanı da götürək? Gecə vaxtı yol kənarında maşın gözləyir. Üçümüz də razılaşırıq. Həmin cavan oğlan ön oturacaqda əyləşir. Onu söhbətə tuturam. Məlum olur ki, işdən qayıdır. Təsərrüfatda ləngiyib. Dostlarım bir az da əlavə suallarla bu cavan oğlanın demək olar ki, kimlərdən, hansı ailədən olduğunu da öyrənirlər. Gəlib onların kəndinə çatırıq. Əbülfəz Ülvi maşını əyləyir. Bizimlə xudahafizləşən cavan oğlan hamımızı evinə qonaq dəvət edir. Biz də öz növbəmizdə təşəkkürümüzü bildiririk. Oğlan ərkyana:

- Düşünməyin ki, vaxtsız qonaqsınız. Şükürülər olsun ki, süfrəmiz boldu, təki siz gəlin!

Bir daha ona təşəkkür edib sürfəsinin bolluğunu, canına isə sağlıq diləyirik Tanırdan.

Naxçıvana çatanda gecə saat 12 idi. Dostlar məni otelə düşürdülər. Əvvəldən belə razılaşmışdıq. Çünki onların evlərində qalıb əziyyət vermək istəməmişdim. Ayrılanda bir də gördüm ki, Asim müəlim əlində bir salofan torba ilə mənə yaxınlaşdı. Ehtiyat badamlıdı, birdən gecə ürəyin istəyər…

Hə, bu dəqqətə artıq heç nə deyə bilmədim. Sağollaşdım səhərə qədər. Sabah ertədən, yəni səhər yeməyindən sonra görüşüb sağollaşacaqdım…

Bəli, ötən səfərimdə yazmışdım. Oxuyanların yadında olar. Naxçıvanın gecələri tamam fərqlidi. Bu gecələrə daha çox sükut hakimdi. Küçələr o qədər genişdi ki, şütüyən maşınların səsini «udur». Adamlar paytaxtdakı kimi gecə parkda, bulvarda və yaxud da məhəllədə gur səsələ, hay-küylə, bir az da bağıra-bağıra danışmır. Sənə elə gəlir ki, bu adamlar Naxçıvanın gecələrində öz dünyalarına daha çox çəkilirlər. Və bu dünyanın özəlliklərini bir-birilə, yanlarında olan kəslərlə bölüşürlər. Bu dəfə də mən həmin mənzərənin şahidi oldum. Ümumiyyətlə, adətimdi səfər etdiyim yerlərdə gecələr yatmağı günah sayıram, itirilmiş vaxt hesab edirəm. Çalışıram ki, gecənin sakitliyindən istifadə edib daha çox gəzib dolaşım, daha çox öyrənim, məlumat toplayım. Bu dəfə də elə edirəm. Oteldən düşüb ətrafı dolaşıram. Küçədəki seyrək gediş-gəliş, xüsusilə istirahət parklarındakı yaşlı adamların oturub söhbətləşməsi həmin o dediyim özəl dünyanın əlamətlərindən biridi. Ən maraqlı məqamlardan biri də odur ki, şəhərin bütün guşələri işıqlandırılıb, məhəllə aralarından tutmuş parklara qədər hər yerdə gur işıqlar yanır. Yəni burda yolu çaşmaq, hardasa azıb qalmaq və yaxud hansısa bir çala-çuxura, qazılmış yerə düşmək qeyri-mümkündü. Üstəlik, küçələrin adları, onların kəsişmə nöqtələri bir-birilə elə bir formada əlaqələndirilib ki, bir dəfə keçdiyim küçəni ikinci dəfə qayıdanda buradan öncə keçdiyni dərhal hiss edirsən. Bax, mən də otelin ətrafında olan bütün yerləri, xüsusilə iki parkı xüsusi maraqla gəzib dolaşdım. Onların hər ikisində əzəmətli büstlər ucaldılmışdı. Birinci park Azərbaycanın böyük aydınlarından, ziyalılarındın biri olan siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovun adını daşıyır. Parkdakı səliqə-səhmana söz ola bilməz. Necə deyərlər, sahibinin adına uyğun xidmətlərinə layiq gözəl bir park salınıb. Bir anlıq bu böyük insanla üz-üzə dayanıram. Həyat yolunu gözlərim önünə gətirirəm, oğluna yazdığı məktubu xatırlayıram. Və sonra ikinci parka tərəf üz tuturam. Bu park Sovetlər Birliyində iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş və məhz bu titula görə hələ sovetlər zamanından salınmış Ulu Öndərin adına salınmış parkdı. Park demək olar ki, başdan-başa yaşıllığa bürünüb. Parkın içərisindəki yol döşəmələri, səkilər, onların ətrafındakı sayı-hesabı bilinməyən və müxtəlif növlü güllər-çiçəklər adamın ruhunu oxşayır. Mən özümü güllər-çiçəklər ormanında hiss edirəm. Əgər qınayan olmasaydı, böyük məmnuniyyətlə o güllərin arasında oturub xəyala dalar, nələri, nələri düşünərdim. Amma açıqca görürdüm ki, güllərin özünə də özəl diqqət var Naxçıvanda. Heç kim onların ləçəyinə də toxunmur. Burda güllər öz ömrünü, öz taleyini yaşayır…

Ulu Öndərin hələ sovet zamanında hazırlanmış möhtəşəm büstü məni bir anlıq tələbəlik illərinə, keçmişə çəkib aparır. Biz, yəni o dövrün adamları Ulu Öndərə SSRİ hökumətinin həmin qəhrəman adının təqdim etdiyi məqamları necə coşquyla yaşamışdıq, necə qürur duymuşduq. Bütün bunlar tarix olsa da, amma qürurverici şərəfli tarixdi…

Qəfil yağış başlayır. Məcbur olub otelə dönürəm. Onsuz da səhərin açılmasına çox da qalmayıb. Otağın işığını yandırıb televizorun düyməsini basıram. Yox, bütün bu gördüklərimdən sonra televizorda maraqlı nə isə görəcəyimə inanmıram. Amma bəxt üzümə gülür. Televiziyada Naxçıvanla bağlı veriliş verilir. Söhbət bu torpaqdakı abidələrdən, adət-ənənələrdən gedir. Elə həmin məqamda xatırlayıram ki, Naxçıvanda «Qızlar bulağı» var. Heç oranı görməmişəm. Mütləq səhər-səhər ora baş çəkməliyəm. Bu fikirlə pəncərəni açıram. Otağa dolan hava yatmaq fikrimi bütünlüklə başımdan çıxarır…


Kağız-qələm götürürəm və içimdə baş qaldıran duyğuları misralayıram.


Baxıram dörd bir tərəf

Güldü, gülür üzümə…

Açaraq qollarını

Qaçıb gəlir üstümə –

Naxçıvanda təbiət.


Bələnirəm paklığa

Ruhum məst olub yatır…

Yağsa da bir anlığa

Yağışa da rəng qatır -

Naxçıvanda təbiət.


Dostların çevrəsində

Təkliyimdən çıxıram…

Quşların nəfəsinə

Qoşur məni – axıram –

Naxçıvanda təbiət.


Saata baxıram. Altıya az qalıb, kimdi yatan. Yenə həyətə düşürəm. Gəzə-gəzə Türkiyə səfirliyinin önünə gəlib çıxıram. Oradan keçib 12 nömrəli məktəbin həyətinə çatıram. Bu aralıqda iki uşaq bağçası var. Həmin bağçadakı əyləncələr, qurulmuş avadanlıqlar və buradakı gül-çiçək özü-özlüyündə hər şeydən xəbər verir. Bu, mənim uşaqlığıma nəsib olmayan şeylərdi. Oradan keçib tarix muzeyinə, oradan Naxçıvan Televiziyasının yerləşdiyi binanın önünə, sonra «Şərq qapısı» qəzetinin redaksiyasının qarşısına gəlib çıxıram. Gəzməkdən yorulmaq bilmirəm. Elə televiziyanın istiqamətində olanda təsadüfdən qəzetimizlə əməkdaşlıq edən naxçıvanlı həmkarım Adilə xanımla qarşılaşıram. İşə tələsir. Amma ayaqüstü də olsa hal-əhval tuturuq. Gəlişimi xəbər vermədiyimi mənə irad tutur. Olsun! Təki dostların, tanışların iradı qəfil gəlişlər olsun. Özü də xoşməramlı gəlişlər. Yenə yağış başlayır. Budəfəki damlalar mənə Arpaçayda bizi islatmağa çalışan yağışı xatırladır. Yağışın altından canımı qurtarmaq üçün «Gənclik» kafesinə daxil oluram. Deyəsən ilk müştəri mənəm. Dərhal yaxınlaşırlar, arzumu, istəyimi soruşurlar. Təbii ki, indi ən çox istədiyim isti bir çaydı…




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK