ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - DÖRDÜNCÜ YAZI

Bu da Saranın qatili

6692    |   2018-06-12 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İbrahim Yusifoğlunu təkcə Naxçıvanda yox, eləcə də Azərbaycanın ədəbi camiəsində yaxşı tanıyırlar. Onun şeirləri həm ölkə mətbuatında, həm qardaş Türkiyənin nəşrlərində kifayət qədər yayımlanıbdı. «Ədalət» qəzeti olaraq biz də İbrahim Yusifoğlunun şeirlərini zaman-zaman oxucularımıza təqdim etmişik, kitabları barəsində məlumatlar çatdırmışıq. Və elə burda onu da vurğulayım ki, İbrahim müəllim həm də Azərbaycan yazıçıları arasında uşaqlar üçün yazan müəllif kimi də xüsusilə seçilir. Və bu seçim özü də İbrahim Yusifoğlunun pedaqoq kimi uşaq dünyasına bələdçiliyinin bir ifadəsidir. Onun şeirlərində təkcə uşaqları oxşamaq, ovutmaq yox, həm də inandırmaq, güvənli etmək, inamlı etmək prinsipi xüsusilə qabarıq şəkildə nəzərə çarpır…

Bəli, biz İbrahim müəllimin çalışdığı Şərur Təhsil Şöbəsinin önündən ona, gəldiyimizi telefonla bildirəndən sonra o dəral iş otağından həyətə çıxdı. Onun gəlişinə qədər isə mən bu binanın ətrafını gözdən keçirmişdim. Bir-birinə sarmaşmış gülləri, çiçəkləri, səliqə-səhmanı yaddaşıma köçürmüşdüm. Təbii ki, rayon ziyalılarının, pedaqoji işçilərin yaxşı tanıdığı, Ali Məclisin deputatı Asim Yadigarla şair Əbülfəz Ülvinin yanlarında olmağım işimi xeyli asanlaşdırmışdı. Təhsil şöbəsinin önündə onlarla görüşən işçilər artıq mənim, yəni qonağın da kimliyindən xəbər tutmuşdular, «xoş gəldin» eləmişdilər. Bax, bu məqamda İbrahim Yusifoğlu özünü bizə çatdırdı. Doğrusunu deyim ki, sonuncu dəfə Novruz öncəsi görüşdüyüm, özü də Bakıda həmsöhbət olduğum redaksiyamızda yeni yazı-pozulardan danışdığımız İbrahim müəllimlə görüşüm mənim üçün yaddaqalan və unudulmaz bir tarixə çevrildi. Çünki illərdən bəri onu öz elində, obasında ziyarət etmək arzum çin olmuşdu. Mülayim təbiəti, şirin söz-söhbəti və üzügülərliyi ilə məni həmişə özünə çəkən İbrahim müəllim sözarası vurğuladı:

- Hə, qardaş, axır ki, vədinə əməl etdin, gəlib çıxdın Şərura!

Təkrar bir-birimizin əlini sıxdıq. Bu həm də mənim tərəfimdən bir üzrxahlıq idi. Çünki bundan öncəki səfərimdə İbrahim müəllimi nigaran qoymuşdum. Ona söz verib əməl edə bilməmişdim. Zaman darlığından həmin vaxt Şəruru ziyarət etmək mənə nəsib olmamışdı. İndi isə Şərurdayam. Özü də dostların, könlümə, ruhuma doğma olanların arasında!..

İbrahim müəllimin dəvətilə Təhsil Şöbəsinin müdirinin otağına daxil oluruq. Cavan bir oğlandı Şərurda təhsilə rəhbərlik edən. Özü kimi adı da diqqətimə, yaddaşıma yazıldı. Tuncay müəllim qonaqları görən kimi dərhal qapının önünə qədər gəlib onları qarşıladı. Oturmaq üçün yer göstərdi. Elə ayaqüstü hal-xoş edən Asim müəllim məni təqdim edəndən sonra iş vaxtının bitməsinə müəyyən zaman kəsiyi qaldığını nəzərə alıb Tuncay müəllimdən İbrahim Yusifoğlunun bizim sıramıza qatılması üçün icazə istədi. Təbii ki, bu rica yerdə qalmadı. Tuncay müəllim özü bizi qapıya qədər yola saldı. Bax elə həmin an qəribə bir nüans mənim üçün təəccbülü, həm də son dərəcə həssas an kimi ruhuma, varlığıma köçdü. Deməli, biz Təhsil Şöbəsinin həyətində proqramımızı müəyyənləşdirərkən İbrahim müəllimin telefonuna zəng gəldi. Bir kəlmə danışıb «burdayıq» deyən İbrahim müəllim sonra üzünü bizə tutub dedi:

- Tuncay müəllim xahiş edir ki, bir dəqiqə həyətdə ləngiyəsiniz, sizinlə birlikedə xatirə şəkli çəkdirmək istəyir…

Doğrusu, bu cavan məmurun öncə diqqəti və sonra da göstərdiyi bu sayğı mənim bəlkə də ilk dəfə qarşılaşdığım və heç vaxt unutmayacağım bir hörmətin, bir münasibətin təzahürü idi. Biz hamımız çox məmnunluqla Tuncay müəllimlə birlikdə şəkil çəkdirdik. Və mən Bakıya dönəndə bu şəkli ailə üzvlərimə, dostlarıma göstərib bir az ədalı şəkildə vurğuladım ki, baxın görün kimlərlə şəkil çəkdirmişəm, özü də harada. Bunu ona görə xüsusi əda ilə vurğulayıram ki, Şərur rayonu Azərbaycan ictimai, siyasi, ədəbi və elmi mühitində öz çəkisilə ön sırada duran bölgələrimizdən biridi…

Yenə sükan arxasında əyləşib bizim qayğımıza qalan Əbülfəz Ülvi üzünü Asim müəllimə tutub soruşur:

- Hara, hansı tərəfə gedəcəyik?

Təbii ki, bu sualın cavabını hamımız eyni vaxtda düşünürük və qərara gəlirik ki, öncə Şərurdakı Naxçıvan-Bakı və digər uçuşlar üçün biletlər satılan ünvana baş çəkək. Yəni, bileti alıb qoyum cibimə, ondan sonra səyahətimizi rahatlıqla davam etdirək. Qərar hamımızın ürəyincə olur. Və Şərurun ən yaraşıqlı binalarından biri olan aviakassaya gəlirik. Burada Asim müəllimi, Əbülfəz müəllimi, İbrahim Yusifoğlunu sayğı ilə qarşılayırlar. Bir neçə dəqiqənin içərisində təyyarə bileti yazılır. Və mənə əlimi cibimə tərəf uzatmağa imkan verməyən, gün ərzində «mən burdayam, sən heç nə üçün narahat olma!» - deyən Əbülfəz Ülvi yenə önə keçdi. Və yenə də səmimi replikasını mənə tərəf tuşladı:

- Böyük qardaş olan yerdə kiçik sakit durar…

Biz İbrahim müəllimin müşayiəti ilə rayon mərkəzini gəzirik. O, bizə, daha doğrusu, mənə məlumat verir: məktəb, xəstəxana, rayon qəzetinin redaksiyası və digər yerlər mənim üçün bir növü Şərurla tanışlığın cizgilərinə çevrilir. Sözarası İbadulla kəndindən də danışır. Bu kənd Araz sahilində, düzəngahlıqda yerləşir, rayon mərkəzindən o qədər də uzaq deyil. Ümumiyyətlə, Şərurda əkinçilik, tütünçülük, heyvandarlıq, üzümçülük, bağ, dostan, tərəvəz - demək olar ki, kənd adamına gərəkli olan bütün sahələr inkişaf etdirilir. Həyətlərdə boy-boya vermiş meyvə ağacları, saçaqlanmış gilas, ərik, gilənar, alma və digər meyvələr adamın üzünə gülür. Cərgə ilə əklimiş kələm, pomidor və digər bostan məhsullarının şitilləri də şərurluların zəhmətkeşliyindən, torpağın qədrini bilmələrindən xəbər verir…

Rayon mərkəzindən çıxıb üzü dağlara tərəf yol alırıq. Bircə onu bilirəm ki, İbrahim müəllim bizi Arpaçayın ziyarətinə aparır. Və hər dəfə də Arpaçayın adı gələndə mənim qulaqlarımda böyük xanəndəmiz unudulmaz Qədir Rüstəmovun ifası səslənir. Elə indi İbrahim müəllim Arpaçay sözünü deyəndə də sanki o ifanı eşitdim… o səsin yanğısını sanki varlığımda duydum. Söz adamı bir-birini göydə anlayır deyiblər. Nəyi düşündüyümü İbrahim müəllim də göydə tutdu. Və zarafatla dedi:

- Gedirik Saranın qatilini görməyə!

Çox gözəl söz idi, dərhal yaddaşıma yazdım. Və Arpaçayı tez görməyə içimdə bir uşaq tələskənliyi baş qaldırdı. Biz bir az dolanbac olan yolları keçib Arpaçayın sahilinə çatırıq. Çayın üstündəki körpünü keçib buradakı istirahət məkanında dayanırıq. Və başlayırıq öncə Arpaçayla hal-xoş etməyə. Bax, həmin o məqamda elə bir şıdırğı yağış yağır ki, bu gürşadda yağış altında dayanmaq mümkün deyil. Damlaların iriliyi adi baxışla da görünür. Biz bir az dalda bir yerə çəkilirik. Amma şərurlular kimi Şərurun təbiəti də qonaqsevərdi. Yağış cəmi 5-6 dəqiqə çəkir. Sonra göy qurşağı, sonra bəməbyaz göy üzü və bir də ördəklərin və müxtəlif quşların üzdüyü Arpaçay. Mən bu məqama özlüyümdə məna vermək istəyirəm. Düşünürəm ki, Arpaçayın qatil olduğunu göylər də bilir. Və dörd nəfərlik yazarlar heyətinin, şairlərin Arpaçaya ziyarəti buludları da kövrəltdi, göy üzünü də silkələdi. Onlar da bizim duyğularımıza qoşuldular, kükrədilər və yağdılar. Saranın nakam məhəbbətinə göz yaşı tökdülər.


Mən burada özüm üçün yaratdığım auranın içərisində onu da fikirləşdim ki, şərurlular Saranın qisasını Arpaçaydan alıblar. Onun qarşısını kəsib, önünə bənd atıb iki Su Elektrik Stansiyası yaradıblar. Arpaçayın dəliqanlılığına nöqtə qoyublar. Necə deyərlər, qatil cəzasını alıb. Özü də savab bir məqsəd naminə…

Arpaçayın sahilində oturub çörək kəsmək, çay içmək, aradabir əlindəki çörək parçalarından çaya atıb balıqları sevindirmək yaşadığım xoş anların unudulmaz təəssüratlarındandı. Son dərəcə səliqəli saxlanılan, necə deyərlər, bir anda nəzarətsiz qalmayan çayın özünün və sahilinin mənzərəsi həqiqətən maraqlıdı, əsrarəngizdi. Mən İbrahim müəllimin söylədiklərini, xüsusilə Şərurla bağlı dediklərini acgözlüklə dinləyirəm. Onun göstərdiyi dağlara tərəf həsrətlə baxıram. Çünki o dağların arxası Dərələyəz ellərinin yurd-yuvası olubdu. Və burada o da məlum olur ki, təqribən iki əsr öncə zəlzələ zamanı Şərurun indiki kəndlərinin bir çoxu dağlardan üzü aşağı köç edib, yeni torpaqlarda həyatlarını yenidən başlayıblar…

Dağ adamları, ümumiyyətlə, çay kənarında yaşayanlar çayın nə demək olduğunu, onun balığının dadını yaxşı bilirlər. Mən Arpaçayın sahilində keçirdiyim o bir neçə saat ərzində azı 10-15 dəfə kəndimə, Qarabağıma gedib qayıtdım. Kəndimin hər iki tərəfindən axan dağ çaylarını xatırladım. Uşaqlıq, yeniyetmə yaşlarımızda necə balıq tutduğumuzu yaddaşımda təzələdim. Və indi də çaya bir tikə çörək atanda, balıqların o çörəyi tutmaq üçün bir-birinə aman verməməsini seyr edib biz uşaqların balıqları necə «aldatdığını» təbəssümlə yaddaşımda təzələdim. Söhbətimiz bitmir, uzanır. Şair dostlarımın söylədikləri maraqlı faktlar, Şərurla, bu torpaqla bağlı hekayətlər, onların şeirləri və bir də bizə xidmət edən, elə ilk addımdan öz səmimiyyəti, istiqanlılığıyla xoşuma gələn bir cavan oğlanın xidməti məni buradan tərpənməməyə, necə deyərlər, elə ölüb burda qalmağa kökləyirdi. Təbii ki, sonuncu fikrim şair sözüdü. Əslində isə Şərurda yaşamaq, Şəruru seyr etmək, onun gözəllikləri ilə baş-başa qalmaq özü başqa bir dünyadı, başqa bir aləmdi. Üstəlik, süfrəyə gətirilmiş Şərur məhsulları, xüsusilə ağartıların dadı, tamı özü bir aləmdi. Dadmasan, dediyimə inanmazsan…




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK