Adalet.az | SÖZÜNÜN VƏ ÖZÜNÜN İFADƏÇİSİ - İMAMVERDİ İSMAYILOV Adalet.az | SÖZÜNÜN VƏ ÖZÜNÜN İFADƏÇİSİ - İMAMVERDİ İSMAYILOV Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜNÜN VƏ ÖZÜNÜN İFADƏÇİSİ - İMAMVERDİ İSMAYILOV

Onunla tanışlığımızın yaşı zamansızdı

16056    |   2018-06-08 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazını bilgisayara diqtə etmək üçün özümü toparlayanda öncə gözlərimin qarşısında rəhmətlik Pərviz Əliyev gəlib dayandı. Yəqin ki, qədirbilən oxucuların yaddaşında yaşayır hələ də bu imza. Və mənim yazı-pozu dünyamda özünəməxsus yeri olan Pərviz Əliyevi indi ona görə xatırlayıram ki, barəsində yazacağım dəyərli bir aydınımızla məni ilk dəfə üzbəüz tanış edən, məni ona təqdim edən məhz Pərviz olmuşdu. Doğrudur, o zamana qədər mən həmin imzanı tanıyırdım, oxumuşdum. Və tam səmimi deyim ki, o vaxta qədər hansı bölgədən olduğu ilə də heç maraqlanmamışdım. Ona görə ki, yazılarındakı coğrafiya, yazılarındakı təbiət və bir də bir az sərtlik mənə onun dağlar oğlu olduğunu özü-özlüyündə demişdi. Mən o yazılardan duymuşdum ki, onun müəllimi bizim bölgədən - bu gün ürəyimizi göynədən, yuxularımızı didərgin salan, hələ ki, əlimiz-ünümüz çatmayan işğal altındakı torpaqlarımızdandı...

Onunla tanışlığım "Azərbaycan" nəşriyyatında gerçəkləşdi.

Pərvizlə 1-ci mərtəbənin foyesində dayanmışdıq. İmamverdi müəllim həmişəki kimi pencəyi qolunun üstündə içəriyə daxil oldu. Onu görə Pərviz həmişəki təbəssümüylə:

- Qağamı tanıyırsan? - dedi.

Çiynimi çəkdim. Yəni söhbətin kimdən getdiyini bilmədiyimdən heç nə demədim. Pərviz irəli addımlayıb İmamverdi müəllimlə yüz ilin dostu kimi görüşdü, hal-əhval tutdu. Sonra da məni özlərinə yaxın çağırıb kimliyimi söylədi. Və beləcə, başladı bizim tanışlığımız. İndi həmin tarixi yaddaşımda anlara çevirəndə, daha doğrusu, vuranda mənə elə gəlir ki, tanışlığın yaşı yoxdu. Çünki sonsuzdu. Hələ nə qədər də davam edəcək Allah bilir. Amma mənim bildiyim budur ki, İmamverdi İsmayılov Azərbaycan ədəbi mühitində, Azərbaycaın ictimai-siyasi həyatında bir xarakter, bir obraz kimi öz yolunu müəyyənləşdirib və o yolun da Haqqdan, ədalətdən, ən vacibi isə dövlətçilikdən keçib getdiyini bər-bəzəksiz, təmtəraqsız, hay-küysüz, eləcə olduğu kimi yaşayır və göstərir. Bu mənim qənaətimdi. Ola bilsin kimsə İmamverdi müəllimi başqa prizmadan, başqa bucaq altında görür. Amma mən onun təkcə son 10-15 ildə ölkə mətbuatında çap olunmuş bir-birindən sanballı, publisist yazılarını necə deyərlər, gözüyumulu, birnəfəsə düşünmədən DÖVLƏTə, XALQa, AZƏRBAYCANa xidmət nümunəsi hesab edirəm. Və çox istərdim ki, bax bu içdən gələn özünüifadə hər kəsdə, xüsusilə hər SEÇİLƏNdə özünü büruzə versin. Əgər belə olarsa, onda kimin kimliyi də sual doğurmaz...

Bəli, söz adamı bütün zamanlarda göz önündə olur. Onun qələmindən cücərən hər bir söz, hər bir ifadə müəllifnin vəkilinə, təmsilçisinə, lap loru dildə desəm, dilmancına çevrilir. Bu da həmin söz sahibinin, həmin imzanı daşıyanın xarakterinə bir işıq salır. O sözdən baxanda kimin kim olduğu dərhal duyulur, görünür. Bunu mən söz xatirinə kiməsə özümü nəyisə bilən kimi göstərmək üçün demirəm, yazmıram. Bu mənim qənaətimdi. Yəni şəxsən tanıyıb-tanımadığım kifayət qədər söz adamları var ki, mən onların əsərlərindən, fikirlərindən kim olduqlarını, nəyə xidmət etdiklərini rahatca duyuram, anlayıram. Və indi barəsində fikirlərimi bilgisayara diqtə etdiyim İmamverdi müəllim mənim düşüncələrimə, mənim baxışlarıma görə, sözün həm görünən, həm də alt qatında dayana bilən qələm adamıdı, aydınımızdı. Ona görə mən bu iki mənanı, iki cəhəti önə çəkirəm ki, kimsə mübahisə etmək istəyəndə bir anlıq dayansın. Görsün ki, mənim təxmin etdiyim, görünən və alt qat deyimi, fikri özü-özlüyündə İmamverdi İsmayılovun bir halda cəmiyyətin gördüyü, başqa bir halda isə ədəbiyyat, sənət, mədəniyyət, bir sözlə, fikir daşıyıcılarının gördüyü bir şəxsdir. Axı, İmamverdi İsmayılov bizim aramızda, cəmiyyətin içərisindədi. O, bununla görünən tərəfdi. Amma yazı masasının arxasında bizə ünvanladığı fikirlərdə artıq o sözün alt qatına enib orda külüng vuran, həmin qata işıq çəkən və bəzən də həmin qatı çiyinlərində saxlayan yazıçı-publisistdi...


Həyatım elə gətirib ki, bir mətbuat işçisi kimi Azərbaycanın demək olar ki, əksər bölgələrini gəzib dolanmışam. Doğulduğum Tuğ kəndi keçmiş Hadrud rayonuna, bu gün isə Xocavənd rayonuna aiddi. Dağlara söykənən kəndimin sağ cinahında Qubadlı, Zəngilan yerləşir. Adətən Qubadlının Başaratına, Yazı düzünə gediş-gəlişimiz çox olardı. Qohumluq əlaqələri, dostluq münasibətləri bizləri bir-birimizə yaxınlışdırıb doğmalaşdırmışdı. Ya piyada, ya da atla, uzağı bir saata Yazı düzünə, Başarata gedib çıxa biilrdik. Amma maşınla getmək istəyəndə xeyli dolanırdıq, Füzulini, Cəbrayılı keçirdik. Sonra gəlib çıxırdıq Həkərinin körpüsünə. Ordan yol haçalanırdı Zəngilana, Qubadlıya. Ona görə yaşlı adamlar Qubadlıdakı, daha doğrusu, Qubadlının kəndlərindəki qohumlarına, tanışlarına baş çəkmək üçün daha çox atla səfər etməyə üstünlük verirdilər. Bunun özü ayrıca bir səyahət idi. Meşəylə, dağ yoluyla, bulaq sularından içə-içə müxtəlif meyvələrin - moruqların, çiyələklərin dadını çıxara-çıxara. Mən dağ yoluyla da getmişəm, maşın yoluylu da söylədiyim ünvanlara. Və bu gün də gözlərimin önündə həmin o gözəlliklər. Başaratın balı kimi Həkərinin, Bərgüşadın balığı da ələ düşməz bir nemət idi. Bunları xatirələrimin diqtəsilə yazıram. Ona görə ki, onları mənə yaşadan dostlar, tanışlar olubdu. Və mən o şəxsi dostların, tanışların diqqətiylə, qayğısıyla tamına baxmışam o yerlərin nemətlərinin, o torpağın suyunun, meyvəsinin. Və zaman elə gətirib ki, həmin o tanışlığın bir qolu da, bir budağı da "Azərbaycan" nəşriyyatında qarşıma çıxıb...

Bəli, yadımdadı, bir dəfə, əslində isə bir neçə dəfə İmamverdi müəllimin əsərləri barəsində düşüncələrimi qələm almışdım. Yazı "Ədalət"də çap olunan günün səhəri bir də gördüm ki, İmamverdi müəllim zəng vurub. Onun doğma yurdu barəsində, ata ocağı barəsində, ümumiyyətlə, ocaq yeri haqqındakı fikirlərinə münasibətim, yanaşmam xoşuna gəlmişdi. Mənim isə xoşuma gələn onun diqqətiydi. Sonralar dəfələrlə şahidi oldum və eşitdim ki, İmamverdi İsmayılov özü barəsində yazılan hər bir fikrə sayğı ilə yanaşır. Bu Böyüklükldü, bu Əxlaqdı, bu Mədəniyyətdi!

Mən tanışlığımızın yaşını unutduğum bu illər ərzində bir məqamın da şahidi oldum. Gördüm ki, İmamverdi müəllim bugünkü cəmiyyətimizdə davranış kodeksinə yanaşma etiketlərinə və bir də kimliyini gözə soxmadan sakit bir tərzdə varlığını ifadə edən bir aydındır.

Bu dediklərimin hər biri fərdi qaydada geniş izaha, şərhə ehtiyac duysa da, amma indiki günümüzdə, indiki durumumuzda birmənalı ifadə tələb edir. Həmin ifadə də belədir:

- İMAMVERDİ İSMAYILOV YÜKSƏK ƏXLAQLI, YÜKSƏK TƏRBİYƏLİ VƏ YÜKSƏK KİMLİYİ OLAN YAZIÇI-PUBLİSİST, ZİYALI VƏ ƏN VACİBİ İSƏ AZƏRBAYCAN VƏTƏNDAŞIDIR.

Söhbət etmək, fikir bölüşmək, münasibət öyrənmək indi nə qədər asanlaşsa da, bir o qədər də çətinləşib, qəlizləşib. Çünki adamlar özlərini hər şeyi bilən kimi göstərə-göstərə heç nəyi bilmədiklərini pərdələyirlər. Buna görə də mən hər dəfə İmamverdi müəllimlə görüşüb atüstü də olsa söhbət edəndə əmin oluram ki, İmamverdi müəllim öz əxlaqından, öz dünyasından çıxış edərək daha dəqiq bildiyi və daha doğru hesab etdiyi mövzular barəsində çox sərbəst və rahat danışır. Digər mövzularda əgər şübhəsi varsa, öyrənib sonra danışmağa üstünlük verir. Təəssüf ki, bu gün cəmiyyətimiz İmamverdi müəllimin özü üçün seçdiyi yanaşmadan çox-çox uzaqdı. Ona görə də özündən müştəbehlik, özünü reklam və nəhayət, özünü mənən intihar halları çoxalıbdı...

Bəli, hər bir insan Tanrı bəndəsi olaraq Tanrının verdiyi ömrü yaşayır. O ömrün rəqəmlərlə ifadəsi zənnimcə şərtidi. Ən dəqiq ifadə ürəklərdə, yaddaşlarda qeyd olunur. Mən bilirəm ki, Azərbaycan aydınlarından, sayılıb-seçilən ziyalılarından bu gün də, hələ yüz il də bundan sonra söhbət düşəndə xatırlananlardan, yada düşənlərdən biri də İmamverdi İsmayılov olacaq. Buna heç bir şübhəm yoxdu. Və bir də ona şübhəm yoxdu ki, "Azərbaycan" nəşriyyatından başlanan tanışlıq yolu Qarabağda, Yazı düzündə, Həkərinin, Bərgüşadın sahilində, Ovçu çayının Çinar meşəsindən axıb gələn sərinliyində davam edəcək. Və onda mən İmamverdi müəllim barəsində sanballı, tutumlu yubiley yazısı yazacağam. Buna indidən inanıram.

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK