ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: MƏMMƏD CAVADOVUN MUSİQİ DÜNYASI

11168    |   2018-05-30 13:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hər insanın, hər istedadlı şəxsin öz dünyası olur. Və Allah-Təala yaradanda ona ömürlə yanaşı, bir istedad da bəxş edir. O insan bu istedadıyla nə vaxtsa parlayır, üzə çıxır və yaratdığı əsərlərilə bir tarix yazır. Belə bir deyim var: «Şairlər və musiqiçilər heç vaxt ölmürlər». Bu fikirdə çox böyük məntiq və həqiqət toplaşıb. Ən azından ona görə ki, hər hansı şair, bəstəkar, musiqiçi nə vaxtsa dünyasını dəyişsə də, o şeir səslənəndə, o musiqi ifa olunanda istər-istəməz həmin istedadlı sənət adamı yada düşür, xatırlanır. Yada düşməyən və xatırlanmayan yalnız və yalnız həyatı mənasız yaşayan, ötən günlərin, ayların, illər qədrini bilməyən zəif iradəli insanlardı…

Bu yazını heç də təsadüfən qələmə almadım. Mənim kitab rəfimdə bir-birindən maraqlı, məzmunlu, rəngarəng kitablar var. Elə bir axşam olmur ki, həmin kitablara göz gəzdirməyim. Bu günlər isə diqqətimi bir kitab cəlb elədi: ««Barı Naxçıvanın» 100 yaşlı bəstəkarı». Təbii ki, bu kitab çox istedadlı, unudulmaz və ziyalı bir şəxs olan bəstəkar Məmməd Cavadov barəsində söhbət açır. O Məmməd Cavadov ki, 1912-ci ildə Füzuli rayonunda anadan olub. Və öz istedadı, qeyri-adi qabiliyyəti ilə böyük Üzeyir Hacıbəyovun diqqətini çəkib. Yəni ona musiqi aləmində, sənət yolunda Üzeyir Hacıbəyov çox böyük arxa, söykək və dayaq olub. Təbii ki, Məmməd Cavadovun istedadı, qeyri-adi qabiliyyəti olmasaydı, çətin ki, Üzeyir bəy ona bu qədər sevgi və diqqət göstərərdi.

O, yaradıcılığa başladığı ilk gündən həm bəstəkar, həm müəllim, həm də dirijor kimi sənət aləmində əbədi bir iz qoyub. O, bir müddət Füzulidə, Ağdamda işləyib. Sonra isə Naxçıvana gedib. Və Naxçıvanda da xalq çalğı alətləri orkestri yaradıb və bu orkestrə uzun müddət rəhbərlik edib. Eyni zamanda onun rəhbərliyi ilə çoxlu sayda sənət nümunələri, orijinal musiqilər səsləndirilib. Naxçıvanda olarkən sözləri Hüseyn Əzimiyə məxsus «Barlı Naxçıvan» mahnısını bəstələyib. Bu mahnı 70 ildən çoxdur ki, şövqlə səslənir, dinləyicilərin qəlbinə bir nur çiləyir. Əgər desək ki, «Barlı Naxçıvan» istedadlı bəstəkar Məmməd Cavadovun şah əsəridir, bu fikirdə heç vaxt yanılmarıq. Bəstəkarın Azərbaycan radiosunun qızıl fondunda bir çox əsərləri qorunur. Orkestr musiqiləri, mahnıları, muxtəlif ifaçıların, mugənnilərin ifasında lentə yazılaraq saxlanılır. Təbii ki, bu da gələcək nəslə ötürüləcək böyük bir töhfədir.

Məmməd Cavadov torpağına, vətəninə, elinə, obasına çox bağlı bir şəxsiyyət olub. O, Füzulidə olanda da, Ağdamda işləyəndə də, Naxçıvanda fəaliyyət göstərəndə də və məcburi köçkünlük dövründə Lənkəranda yaşayanda da həmişə o torpaqdan, o havadan ilham alıb, qidalanıb. Torpağın üstündə gəzəndə, havanı udanda, suyu içəndə özünü daha güclü hiss edib. Və onda da onun ilham pərisi gəlib, bir-birindən gözəl musiqilər və orkestr üçün sənət əsərləri yazıb.

O hələ Naxçıvanda olarkən xalq artisti Zəroş Həmzəyeva ilə yaradıcılıq və dostluq əlaqəsi yaradıb. Və təsadüfi deyil ki, Zəroş xanım «Leyli və Məcnun», «Əsli və Kərəm»i oynayanda bir çox məsləhətləri Məmməd müəllimdən alıb. Bu dostluq çox böyük bir yaxınlığa çevrilib. Və Zəroş Həmzəyeva Füzuli Dram Teatrına dəvət edilib. Burda o, «Leyli və Məcnun»u böyük xanəndə Ağabala Abdullayevlə birgə oynayıb. Və hər tamaşadan sonra da Məmməd müəllim istedadlı çıxışına görə Zəroş xanımı daha da ruhlandırıb. Və günlərin bir günündə də Məmməd Cavadov xalq artisti Zəroş Həmzəyevaya «Nəqşicahandır» mahnısını ithaf edib. Elə həmin mahnının sözləri də Zəroş Həmzəyevaya məxsusdur.

Məmməd Cavadov nə qədər böyük bəstəkar idisə, nə qədər böyük musiqiçi idisə, bir o qədər də böyük ziyalı, şəxsiyyət idi. Çünki onunla Azərbaycanın çox istedadlı bəstəkarları, müğənniləri və musiqiçiləri ilə dostluq edirdilər. Və bu, dostluqdan çox hardasa yaradıcılıq əlaqəsinə, ünsiyyət vasitəsinə bənzəyirdi. Əlbəttə, hər bir musiqi ürəkdən yazılanda, qəlbdən süzüləndə o daha möhtəşəm olur. Elə Məmməd müəllimin də çoxlu sayda bəstələdiyi musiqilər, mahnılar və orkestr üçün yazdığı əsərlər məhz onun ürəyindən, qəlbindən süzülüb.

Məmməd Cavadov hər şairin yaradıcılığına üz tutmazdı. O şairə müraciət edərdi ki, onun şeiri böyük bəstəkarın qəlbinin «sarı sim»inə toxunub. O misra ki, «sarı sim»ə toxundu, Məmməd müəllimi ilhamlandırırdı və yeni bir musiqi yaranırdı. Bu mənada M.Ə.Sabirin, A.Səhhətin, M.Müşfiqin, S.Vurğunun, M.Şəhriyarın, O.Sarıvəllinin, İ.Səfərlinin, M.Arazın, Ə.Tudənin, B.Vahabzadənin, Ə.Kərimin, M.Dilbazinin, F.Qocanın… şeirlərinə bəstələdiyi musiqilər çox gözəldir və oxucunun yaddaşına əbədi həkk edilir.

Böyük bəstəkar 2002-ci il iyunun 11-də Ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə təhsil, mədəniyyət, incəsənət sahəsindəki xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.

Əlbəttə, hər bir diqqət, hər bir qayğı yaradıcı insana yeni bir nəfəs, yeni bir ruh verir. Və ümummilli lider tərəfindən belə bir diqqət də Məmməd Cavadova yeni bir nəfəs, yeni bir ilham vermişdi. Yaradıcı insanın həmişə, hər an diqqətə və qayğıya ehtiyacı var. O diqqət və qayğı zamanında olanda həmin şəxs öz halal haqqını alır və ədalətin təntənəsini görür.

Bayaq qeyd etdik ki, Məmməd Cavadov bir müddət Naxçıvanda çalışıb və orda xalq çalğı alətləri orkestrinin bədii rəhbəri olub. Məmməd Cavadov bu gün də naxçıvanlılar tərəfindən böyük sevgi və məhəbbətlə xatırlanır, yada salınır. Çünki bir vaxtlar o,bu yurda, bu obaya öz sevgi və məhəbbətini «Barlı Naxçıvan»la göstərib.

Bu yaxınlarda Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri, əməkdar artist Elman Əliyev bir daha Məmməd Cavadovun yaradıcılığı ilə maraqlanıb. Və bu maraq da təsadüfi olmayıb. Bu barədə ona Naxçıvan Musiqi Kollecinin şöbə müdiri Fətəli Axundzadə məlumat verib. Və Elman müəllim də Məmməd Cavadovun oğlu, gözəl ziyalı və musiqiçi Azər Cavadovla telefon əlaqəsi yaradıb. O telefon əlaqəsinə mən də qulaq asmışam. Elman müəllimin dönə-dönə vurğuladığı bir fikir məni çox sevindirdi. O, telefonda Azər müəllimə deyir ki, biz naxçıvanlılar heç vaxt Məmməd Cavadovu unutmamışıq. Onun sizdə olan və nota yazılmış orkestr üçün əsərlərini mənə göndər, biz onun üzərində işləyib o musiqiləri yenidən səsləndirək. Çünki Məmməd müəllim sözün həqiqi mənasında bu xalqa, bu millətə ruhən çox yaxındır. Azər Cavadov da Məmməd Cavadovun «Qarabağ lövhələri» və böyük bəstəkar Üzeyir Hacıbəyova həsr etdiyi «Sülh marşı» əsərini, eləcə də «Nəqşicahan» mahnısının notlarını Naxçıvana Elman müəllimə göndərib. Təbii ki, istedadlı dirijor və əməkdar artist Elman Əliyevin Məmməd Cavadovun yaradıcılığına müraciət etməsi heç də təsadüfi deyildi. Belə bir deyim var: sənətkara sənətkar qiymət verər.

Məmməd Cavadov 90 il ömür yaşadı… Və bu 90 ildə öz adını Azərbaycan musiqi tarixinə yazmağı bacardı… Bu 90 ildə bəstəkar Məmməd Cavadov çoxsaylı dinləyiciləri tərəfindən böyük məhəbbətlə sevildi… Və bu 90 ildə Məmməd Cavadov çox şərəfli, ləyaqətli və qürurlu bir ömür yaşadı…

Bu gün sağ olsaydı 106 yaşını yaşayardı. Amma o, elə indi də yaşayır: öz mahnılarında, musiqilərində, bir də onu sevən çoxsaylı dinləyicilərinin, tamaşaçılarının ürəyində. Bundan gözəl nə ola bilər?!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK