ANA SƏHİFƏ / YAZARLAR

BİR DƏRVİŞ VƏLİ VAR...

Əbülfət MƏDƏTOĞLU

1686    |   2018-05-24 14:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dərviş dünyasından söz açıb mənə

Bu yazını elə-belə, necə deyərlər, olduğum əhvalda, düşündüyüm səviyyədə və nəhayət, tanıdığım aurada diktə edəcəm. Ona görə ki, barəsində söz açmaq istədiyim şeirlər və onun müəllifi mənim üçün yüzillikləri arxada qoyub və yeni-yeni yüzilliklərə də körpü salıbdı. Bu müəllif və onun şeirləri səpələnib iki yüzilliyin arasına. Hər yerdən görünür, hər yerdən boy göstərir və hər yerdə də bir növü qulaq söhbəti olur adamla. Elə bil yır-yığış edib düşüb böyrüncə. Hara gedirsən gedir səninlə, harda dayanırsan orada o da dayanıb nəfəs alır. Və sənə öz dərviş dünyasının ilmələrindən danışmağa başlayır. O danışır, sən dinləyir və danışıb dinləmə məqamında da qulaqlarında səslənən şeirin musiqisinə qoşulub təzələnirsən.

Bu dünyanın yolları var,

Bir-birindən seçmək olmur.

Körpüsü var bu dünyanın,

Körpüsündən keçmək olmur.


Bulağı var bu dünyanın,

Min illərdi quruyubdu.

Bilinməyir hansı nəsil

Neçə əsr qoruyubdu.


Məzarı var bu dünyanın,

Unudulub başdaşı da...

Torpağında yatır hələ,

Bir gözəlin göz yaşı da...


O göz yaşı yuxuludu,

Gül meylli, gül qoxuludu.

Gəl əl vurma, qorxuludu,

Su götürər bu dünyanı...


İndi siz deyin, toxunub bu dünyanı suya qərq etmək, o fəlakəti yaşamaq, boğulmaq yaxşıdı, yoxsa bu misraların müəllifinin dərviş dünyasında qonaq olmaq?!

Yəqin ki, sual çətindi, ona görə cavab vermirsiniz. Amma mən bu kitabın özündə o sualın cavabı olan misraları da görmüşəm...

Hanı, uşaqların yovşan qoxusu,

Hanı, o günlərin dovşan yuxusu.

Daha xəyalımda yaşar çoxusu,

Dönüb xatirəyə yığılar hər gün.


Çəməni xalı tək naxışa dönüb,

Yolları da bir cüt baxışa dönüb.

Bəyaz gecələri yağışa dönüb,

Bir bulud ömrümdə sağalar hər gün.


Bəli, bizim ömrümüz hardasa təkcə bəyaz yox, elə bütün gecələrin buludlarını xatırladır.

O buludlara ki, ağırlaşa-ağırlaşa üzü aşağı torpağa tərəf gəlir. Zənnimcə, şair Dərviş Vəli də elə bunu nəzərdə tutur, ona istinad edir.

Və dolayısıyla demək istəyir ki, sözə söykənən, sözə könül verən şairin bir bənzəri də dolmuş buluddu, yavaş-yavaş əriyib şeir olur. Çünki o, bir yerə sığışmır.

Gül açıb güllərim güllənən gündən,

Dil açıb kədərim dillənən gündən.

Kül olub küllüyüm küllənən gündən,

Bir yerə sığmıram, sığmıram, qağa.


Ömrümün yolları yığıldı bir gün,

Gözümdən qan kimi sağıldı bir gün.

Puç olub arzusu dağıldı bir gün,

Bir yerə sığmıram, sığmıram, qağa.


Məni bir sərçənin ahımı tutdu,

Qəlbim tutduğunu çətin unutdu.

Məni ağac kimi dibdən qurutdu,

Bir yerə sığmıram, sığmıram, qağa.


Saçımın sığalı küləkdə qaldı,

İstəyim elə hey ürəkdə qaldı.

Xəlbirim ələnib ələkdə qaldı,

Bir yerə sığmıram, sığmıram, qağa.


Bəli, bir yerə sığmamaq şairin halal haqqıdı. Amma nədən sığmamağını soruşmaq da oxucunun ixtiyarıdı. Ona görə də mən də soruşmaq istəyirəm:


- Nədən sığa bilmirsən bir yerə? Bəlkə bir sevdanı sinəndə çəkə bilməməyinin dolayısı ilə etirafıdı bu? Axı sən yazırsan ki:

Gözlərimdə gilələnib yaş olub,

Ürəyimdə bir göyərməz daş olub.

Dağdan ağır, ağır yükü qoşulub,

Bu sevdanı çəkəmmirəm sinəmdə.


Çəmən ömrüm daha bir də gül açmaz,

Qaya köksüm bir kimsəyə əl açmaz.

Daha könül qanadlanıb heç uçmaz,

Bu sevdanı çəkəmmirəm sinəmdə.


Bax, bu misraların təsir dünyasında özünü toparlayıb ələ almaq istədiyim bir məqamda, yəni sənə əlavə bir sual vermək istədiym anda özün məni qabaqlayırsan. Özünün dediyindən məlum olur bir sevdanı sinəndə niyə çəkə bilməməyin. Axı sən bir dərvişsən yer üzündə! Bunu özün də etiraf etmisən.

Sazam, sözüm deyişməyəm,

Amalında dəyişməyən,

Bu dünyaya uyuşmayan,

Bir dərvişəm yer üzündə.


Eh, nə deyim belə ömrə,

Yanıb, yanıb, dönüb kömrə,

Gözün aydın, Yunisi İmrə,

Bir dərvişəm yer üzündə.

Deməli, bu etirafın təzəcə həzminə başlamışdım ki, bir də gördüm səsim bir az da yaxından gəldi. Özü də elə bir şəkildə gəldi ki, ovqatım da dəyişdi... başqa havaya kökləndim... başqa mənzərələr canlandı gözümün önündə. Axı sən yazmısan ki:

İlahi, bu qızlar tər çiçəkdilər,

Hissimi, duyğumu hara çəkdilər.

Zülfünə dolayıb dara çəkdilər,

Çəkdilər, çəkdilər, ay Dərviş Vəli.


Yamanca düşübdü işim tərsinə,

Neçə yol öldürdü səni tər, sinə.

Gah da Əzrayıl tək sənin köksünə,

Çökdülər, çökdülər ay Dərviş Vəli.


Əlindən aldılar yerlə göyünü,

Gör kimlər pisikib, kimlər öyünür.

Eşqin yollarında bu can öyünü,

Sökdülər, sökdülər, ay Dərviş Vəli.



İnan ki, o mənzərənin içərisində, o duyğuların qanadında mən də göy üzünə çıxıb getmək istəyirdim. Bezdiyim, yorulduğum, cana yığıldığım bu Yer üzündən qopmağa bir bəhanə axtarırdım ki, sözünü kəmənd kimi atdın mənə tərəf.

Bu yer günah içindədi,

Soruşma nə biçimdədi,

Karvanı öz köçündədi,

Yığış gedək, Dərviş Vəli,

Yığış gedək göy üzünə.


Dərd var nə mənnən addadı,

Yandırıb, yaxıb oddadı.

Dur gedək, bağrım çatdadı,

Yığış gedək, Dərviş Vəli,

Yığış gedək göy üzünə.


Kim nə yapır, kim nə qurur,

Fikir vermə, itib qürur.

Göy üzündə qəbrin durur,

Yığış gedək, Dərviş Vəli,

Yığış gedək göy üzünə.


Mən Dərviş Vəlinin, yəni şair dostum Vəli Xramçaylının seçilmiş əsərlərinin birinci cildiylə hal-əhval tutanda hiss etdim ki, bu yazını bir saata, bir günə yazıb bitirə bilməyəcəm. Çünki buradakı şeirlərin hamısı mənim yaşantılarımın yol yoldaşı, könül sirdaşıdı. Yol yoldaşından da, könül sirdaşından da hər məqamda ayrılmaq olmur. Yaxşısı budur, hələlik Dərviş Vəlinin mənə tərəf atdığı kəndirdən yapışıb çıxıb gedim göy üzünə. Sonrasına orda baxarıq.



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK