ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ORUCLUQ

7932    |   2018-05-25 13:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Deyirlər ki, oruc tutmağın insana çox böyük xeyri var. Birincisi, insan əməliylə bir daha Allaha olan sevgisini, məhəbbətini göstərir. İkincisi də bu orucluq elə bir şeydi ki, insana sağlamlıq, şəfa və gümrahlıq gətirir. Yəni bir il ərzində insan orqanizmində nə qədər zəhərli maddələr, toksinlər varsa, hamısı bədəndən çıxır. İnsanın həm daxili aləmi təmizlənir, həm də mənəviyyatı saflaşır…

Mayın 16-dan orucluq başlayıb. Kim oruc tutubsa, Allah onun orucunu qəbul eləsin! Mənim də bir neçə yaxınım və doğmam oruc tuturlar. Və onlar da Allaha olan sevgilərini belə göstərmək istəyirlər. Qızım bir qayda olaraq hər il oruc tutur. Düzdür, mənim özüm də bu addımı atmaq istəyirəm. Ancaq səhhətimlə bağlı yaranmış problemlə əlaqədar olaraq oruc tuta bilmirəm. İlahiyyət alimləri buyururlar ki, oruc tuta bilməsəm də, hər hansı oruc tutana kömək göstərmək və onun iftar süfrəsini təşkil etmək özü də bir savabdır. Və mən də həmişə çalışmışam ki, imkanım daxilində oruc tuta bilməsəm də, o oruc tutan insanlardan hansınınsa açacağı iftar süfrəsinə kömək eləyim.

Allah hamının ürəyinə və əməlinə görə mükafatını versin. Kim nə savab və günah iş görürsə, onun da mükafatını və cəzasını gec-tez alacaq. Yəni hər kəs öz əməlinə görə cavabdehdir. Loru dildə demiş olsaq, yəni mən hər hansı əmələ görə, qardaşıma, bacıma cavabdeh deyiləm. Yalnız öz əməlimə görə cavab verməli olacam. Buna da necə cavab verəcəm, verməyəcəm, Allahın hüzurunda məlum olacaq. Hər halda, çalışmışam ki, günahlarım çox olmasın. Allah-Təala kiçik günahları bağışlayır. Və insan övladı da böyük və kiçik günahlardan uzaq deyil...

Bu günlərdə yolum kəndimizə düşmüşdü. Çünki sözün açığı, bir neçə aydı yaslar düşsə də, yaxın qohumlarımın yas mərasimində iştirak edə bilmirdim. Axır ki, fürsət tapıb bir neçə gün bundan əvvəl o yas məclsilərinə gedə bildim. Və Allahıma şükür elədim ki, o məclislərdə iştirak elədim və çiynimdən ağır bır yük götürüldü. Xüsusən də yaxın qohumum və müəllimim Əsgər Şıxəliyevin yas məclisində iştirak etməyim bütün sıxıntılardan məni xilas elədi. Çünki Bakıda özümə heç cürə yer tapa bilmirdim. Əsgər müəllimin həyat yoldaşı və mənim qohumum Mütü əmimin qızı Qələmnaz xanımı görməyim sanki o dərdi bir qədər də yüngülləşdirdi. Qələmnaz xanım həyat yoldaşımı və oğlumu görəndə bir qədər də rahat nəfəs aldı və dedi ki, Allah üzünü ağ eləsin, əziyyət çəkib əminin yasına gəlmisən…

Yas məclsilərində oruc tutan qohumlarımdan biri ilə görüşdüm. Özü də hacıdı. Məndən fərqli olaraq o namaz qılır, hər il oruc tutur. Amma mən nə namaz qılıram, nə də oruc tuturam. O namaz qılsa da, bir də gördün ki, yas məclisində kiminsə qeybətini eləyir. bax, onda dözə bilmədim və iradımı bildirdim. Dedim ki, sən necə oruc tutmusan ki, burda olmayan adamın qarasınca danışırsan. O da güldü və dedi ki, bu qeybət deyil, söz-söhbətdi.

Ancaq «Qurani-Kərim»də buyrulub ki, qeybət çox ağır günahlardan biridir. Hətta o dünyada sənə ən əziz qardaşının qeybətə görə ətini yedizdirirlər. Bu kəlamları bir daha onun yadına saldım. O da bir söz demədi. Və yenə dedim ki, bax, sənin və mənim fərqim ondan ibarətdir ki, sən qeybət eləyirsən, mən qeybət eləmirəm və qeybətə də qulaq asmıram.

İndi qayıdaq orucluğun üstünə. Orucluq tutulan məqamda təkcə yemək məsəlsinə əməl edilmir. Həm də gərək sənin dilin, gözün, qulağın və tamahın da oruc olsun. Yəni dilin qeybət eləməsin, qulağın pis söz eşitməsin, tamahınsa yerində olsun. Və əgər onların biri pozulursa, deməli, elə orucluq özü də pozulmuş hesab edilir...

… Bir çox mollalar yas məclsilərində «Qurani-Kərim»dən surələr, xüsusən də «Yasin» surəsi oxuyurlar. Özü də ərəb dilində oxuyurlar və məclsidəki adamların da 99 faizi bunu başa düşmür. Yas məclisində də molla «Əl-Fatihə» surəsini oxudu və camaat da surə bitəndən sonra dünyasını dəyişənin ruhuna rəhmət oxudu. Özümü saxlaya biləmyib mollaya dedim ki, ərəbcə oxuduğun o surəni heç kəs burda başa düşmədi. Elə olmazmı ki, onun Azərbaycan dilində tərcüməsini də deyəsən. İnsanlar başa düşsünlər ki, bu surələr ölülər üçün deyil, dirilər üçündü. Və bizim millət də təsəvvür edir ki, Quran yas məclisində oxunmalıdı və ölülər üçündü. Görünür hələ bizim dini maarifləndirməyə çox böyük ehtiyacımız var. Amma insaf naminə deyək ki, məclisi aparan molla başqalarından fərqli olaraq savadlı adam idi.

Bir molla deyir ki, mən yas məclisini 200 manata aparıram, bir molla deyir ki, 100 manata aparıram. Bakıda isə yas məclisləri daha baha qiymətə aparılır. Məsələn, bizim kənddə molla 40 gün məclisi aparır, ev sahibi də ona uzaqbaşı 50-100 manat arası pul verə bilər. Heç o pulu verməsə də, bizim mollalar pul istəməzlər. Amma sadəcə olaraq bir halallıq üçün kənddə istər varlı olsun, istər kasıb, o pulu ödəməlidir.

İndi bizim kənddə və eləcə də rayonun qonşu yaşayış məntəqələrində yas məclislərində əvvəllər olduğu kimi yemək verilmir. Ən yaxşı halda çay, limon, xurma və halva olur. Onu da deyim ki, bundan camaat çox razıdı. Çünki qabaqlar Bəhmənlidə yas məclisində rəhmətə gedənin birindən qırxına qədər ən azı 2-3 cöngə kəsilirdi. Bir sözlə, bir yas məclisinin xərci qəbirüstü abidəylə bir yerdə 12-15 minə düşürdü. İndi bu xərc əvvəldən axıra qədər qəbirüstü abidəylə birlikdə maksimum 3-4 minə çatır. Bax, bunun nəyi pisdir?!

Qabaqlar imkansız adamlar bir-birinin bəhsinə yas məclisi vermək üçün ya gedib kimdənsə borc alardılar, ya da bankdan kredit götürərdilər. Nə qədər də adamın qohum-əqrabasına və banka borcu vardı. Amma indi bu borc olmur. Üstəlik də yas yerinə yığılan pula bəzən kimsə evinin yarımçıq qalan tikintisini və başqa problemini yoluna qoyur və yerdəkilər üçün əlavə problem yaratmır. Camaat da deyir ki, Allah Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyevin ölənlərinə rəhmət eləsin. O bizimlə məsləhətləşdi və biz də bir yerdə bu addımı atdıq. İndi şükürlər olsun ki, heç kim bu qayda-qanunu pozub eləmir.

Bu yaxınlarda mənim həyat yoldaşım tanıdığı Fəridə adlı xanımın yanına gedib deyb ki, sən Quran oxuyursan, pul verim mənim və həyat yoldaşımın rəhmətə gedənlərinin ruhuna «Yasin» oxu. Fəridə xanım yoldaşıma telefonda deyib ki, mən o Quranı oxuyacam. Amma pulu mənə verməyin. O pulu tanıdığın kasıb və imkansız adama ver. Çünki mənim qəlbim bu cür tələb edir. O pulu alsam heç vaxt gecə rahat yata bilmərəm və Allahımın yanında da özümü günahkar sayaram. Sözün düzü, yoldaşım bu hadisəni danışanda təəccubləndim. Ömrümdə birinci dəfə görürdüm ki, hansısa dindar molla «Yasin» oxuyur, o pulu almır və kasıb, imkansız adamlara verilməsini arzulayır. Bax, Allahı sevmək, Allaha yaxın olmaq bu deməkdi. Yoxsa dildə mənim qohumum kimi tez-tez Allah deyib əməlində başqa işlər görənləri Ulu Yaradan çox yaxşı görür və bilir.

Kim olursan ol, hansı vəzifəni daşıyırsan daşı, ancaq ədalətli, haqlı mövqe tut. Və başının üstündə həmişə Allahı gör. Allahı gör ki, şeytana, şər qüvvələrə xidmət eləməyəsən. Yalandan oruc tutub, namaz qılıb bəndələri aldatmayasan. Burda namaz qılırsan, oruc tutursan, orda isə qeybət eləyirsən, kiminsə haqqını yeyirsən və rüşvət alırsan. Bax, bunun harası oruc oldu? İnsanların ürəyi adını çəkdiyim o Fəridə xanım kimi təmiz olmalıdı. Çünki insanların ürəyi və əməli təmiz olanda istedadlı şair Zəlimxan Yaqubun sözləri ilə demiş olsaq:

Bir köynək Allaha yaxın olanlar,

Min könək şeytandan uzaq olurlar…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK