ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ÖMRÜ LƏYAQƏTLƏ YAŞADI

Unudulmaz Əsgər Şıxəliyevin xatirəsinə

11999    |   2018-05-22 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onunla hardasa bir il bundan əvvəl görüşmüşdük. 75 yaşı tamam olurdu və bu barədə də məni xəbərdar eləmişdi. Və mən də onun xəbəri olmadan «Dünyadan heç nə ummayan adam» adlı bir yazı qələmə almışdım. Və qəzetdə çap olunandan sonra rayonun Aşağı Yağlıvənd kəndinin üstündə oğlu ilə bərabər görüşdük və qəzeti ona verdim. Nə illah elədi ki, gedək evə bir tikə çörək kəsək, razılaşmadım. Sonra da qayıtdı ki, başaa dönüm, bax, Qələmnaz bibin eşitsə ki, gəlmisən, bizə getməmisən, bax onda mənim abrımı ətəyimə bükəcək...

Elə abrını ətəyinə də bükmüşdü. Çünki mənə bir neçə saatdan sonra özü zəng vurdu və Qələmnaz bibimlə danışdırdı. Gördüm ki, kişi düz deyirmiş, mənim gəlmə xəbərimi eşidən bibim onlara getmədiyinə görə, əsəbləşib. Amma yazını oxuyandan sonra bir az ürəyi yumuşalmışdı. Dedi ki, mən çox yazılar oxumuşam. Lakin əmin haqqında o yazı mənə dünyanı bağışladı. Çünki çoxları onu unudub. Ancaq sən sağ ol ki, yaxşılığı, duz-çörəyi unutmamısan. Bir dəfə tələbə vaxtı bizdə bir tikə çörək yemisən, onu bütün Bəhmənli camaatı bilir. Yenə çox sağ ol ki, o yazını belə ürəklə qələmə almısan…

Bu yaxınlarda eşitdim ki, mənim qohumum, həm də müəllimim Əsgər Şıxəliyev dünyasını dəyişib. Əsgər Şıxəliyev sıradan bir adam deyildi. O, təpədən dırnağa qədər nurlu, işıqlı adam idi. Bəlkə də belə adamlar barmaqla sayıla bilər. Füzulidə məmə deyəndən pəpə yeyənə qədər hamı Əsgər Şıxəliyevi yaxşı tanıyırdı. O, ali məktəbi bitirəndən sonra uzun müddət «Araz» qəzetində müxbir, məsul katib vəzifələrində çalışıb. Və mən də tələbə olanda onun yanında təcrübədə olmuşam, yazı-pozunu, qəzet tərtibini elə Əsgər Şıxəliyev mənə öyrədib. Hətta zəif yazılarımı təzədən işləyərək ona yeni bir rəng, yeni bir ömür verib. Bir sözlə, bəzi jurnalistlər gənclərə yuxarıdan aşağı baxsalar da, amma mənim kimi gənc jurnalistlərə, tələbələrə öz balası gözüylə baxıb. Hətta dəfələrlə biz redaksiyada təcrübədə olanda üçümüzü də götürüb gözəl bir yay günündə sərin yerə aparıb və orda bizə kabab qonaqlığı verib. O qonaqlıqda mənim sevdiyim Əsgər müəllimlə yanaşı, istedadlı qələm sahibləri rəhmətlik Kərəm Hətəmov və Vaqif Mehdiyev də iştirak ediblər.

Mən inanmıram ki, Füzulidə Əsgər Şıxəliyev kimi hörmətli adam çox olsun. Həmişə elin, obanın içində olub. Elin, obanın içində olan bu adam camaatla nəfəs alıb, onlarla ruhlanıb. Elə bir xeyir-şər olmazdı ki, mən Əsgər müəllimi o qapıda görməyim. Həm də o, bizim yezənmiz idi. Mütü əmimin qızı Qələmnaz xanımla ailə qurmuşdular. Çox gözəl də övladları, balaları var. Və həmişə də o ocaqda mən mehribanlıq, səmimiyyət görmüşəm.

Əsgər müəllimə iynənin ucu boyda yaxşılıq eləsəydin, o sənə dünya boyda yaxşılıq qaytarardı. Çünki heç vaxt heç kəsə borclu qalmağı sevməzdi. Əksinə, istəyərdi ki, olunan yaxşılıq müqabilində onun əvəzini çıxsın. Buna isə sözün həqiqi mənasında böyük ürək, kişilik gərək idi. Və Əsgər Şıxəliyevdə çoxlarında olmayan dəyanət, qurur, ləyaqət və səmimiyyət vardı. Elə bu səmimiyytinə görə də onu hamı çox istəyirdi.

Bir balac söhbət eləyən kimi o dəqiqə hiss edirdin ki, nə qədər duzlu, yumorlu, şirin adamdı. Və heç kəsdən də çəkinməzdi. Əgər birindən incisəydi, onu mütləq həmin adamın özünə deyərdi. Deyərdi ki, bajıoğlu, səndən küsmüşəm. Sən də o dəqiqə səhvini hiss eləyərdin və onun qəlbini ələ alardın. Çünki Əsgər müəllim hamını sevdiyi kimi, günahı olanları da bağışlamağı bacarırdı. Bəzi adamlar var ki, bir balaca xətrinə dəyirsən, diqqətsizlik eləyirsən, o dəqiqə onun əvəzini çıxmaq istəyir. Amma Əsgər müəllimsə əksinə, çox səbrli, təmkinli, ağayana bir kişiydi. Həmişə də deyərdi ki, Faiq, sən mənim barəmdə iki dəfə yazı yazmısan, hər ikisi xoşuma gəlib. İnşallah, Allah ömür versə, 80 illiyimdə bir də yazarsan. Mən də deyirdim ki, təki sən 80 il yaşa, o yazı mənim boynuma...

Yubiley yazısını yaza bilmədim. Çünki ömür vəfasızlıq elədi. Onun əvəzindən qəlbimdən və içimdən süzülən bu kədərli yazını qələmə aldım. Əsgər müəllimsiz yaşanan günləri. Çünki bu günlər doğurdan da onu sevənlər, doğmaları və əzizləri üçün çox ağırdı. Ağır olmaqla yanaşı, həm də bir məqam var: onun yaşadığı ləyaqətli ömür! Bax, bu ləyaqətli ömür onun balalarını, nəvələrini el-oba içində həmişə alnıaçıq, üzüağ və başıuca gəzdirəcək.

Əsgər müəllim həm də mənim bibim oğlu Şükür əmimlə bacanaq idi. Şükür əmi dünyasını dəyişəndə o çox kövrəlmişdi. Mənə və qardaşıma yaxınlaşıb başsağlığı verəndə dedi ki, Ceyhun təkdi, gözünüz üstündə olsun. Ancaq bizdən də çox onun gözü, nəzər diqqəti Ceyhunun üstündə oldu. Hər hansı çətinliyi, sıxıntını heç kimə demədən özü həll elədi. Və bir də gördü artıq Ceyhunun nəinki özü, balaları da böyüyüb.

Bütün bunlar onun böyük ürəyindən, böyük qəlbindən xəbər verirdi. Əsgər Şıxəliyev nə az, nə çox düz 50 il partiya-sovet, icra orqanlarında məsul vəzifələrdə çalışıb. Bəziləri kimi vəzifədə olanda özünü dartmayıb. Əksinə, bir qədər də sadə, bir qədər də səmimi olub, yanına gələnlərin işini təmənnasız aşırıb. Əsgər müəllimin dünya malında gözü yoxuydu. Sadəcə olaraq, o həmişə halallıq axtarırdı. Və bu halallıq da onun kökündən, qanından gəlirdi.

O, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olmuşdu. O kəndə, o obaya həmişə böyük ürəklə bağlıydı. O ürək ki, orda səmimiyyət vardı, mehribanlıq vardı və bir də insanlara sevgi vardı. Bu gün həqiqətən də çoxları Əsgər Şıxəliyevin dünyasını dəyişməyindən kədərlənib. Ancaq Əsgər müəllimin ləyaqətlə yaşanmış 76 illik ömrü onu deməyə əsas verir ki, bu cür insanlar heç vaxt ölmürlər. Yəni onların əməlləri, xeyirxahlıqları və yaxşılıqlar hər an, hər dəqiqə onu yaşadır.

Və hamı da deyir ki, Əsgər müəllimin yeri görünür. Yeri görünən adamsa hər an, hər dəqiqə xatırlanır, yada salınır və onun ruhuna dualar oxunur. Və bir də yurdunda yaxşı övladlar qalanda o insanın ruhu rahat olur. Mən inanıram ki, Əsgər Şıxəliyevin ruhu çox rahatdı. Çünki onun övladları və on nəvəsi Əsgər müəllimə göstərdiyi işıqlı və nurlu yolla gedir…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK