hacklink Adalet.az | TÜRKLƏRİN İRANI Adalet.az | TÜRKLƏRİN İRANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRKLƏRİN İRANI

İnsanın əqidədaşını qəflətən itirməsi nə ağrılı imiş, İlahi, o duyğunu yenə yaşadım!..

63035    |   2013-04-06 09:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1985-ci ildən başlamış "Azərbaycan Türkcəsi Sözlüyü" adlı əsərim üstündə işlədim, Əsər 1994-cü ildə çap olundu, ancaq bu yoldakı fəaliyyətlərimi dayandırmadım. Azərbaycan Türkcəsiylə bağlı harda, xüsusilə də İranda bir lüğət və ya ədəbiyyat çap olunsa onu mütləq əldə edirdim. Ankaranın Qızılay səmtinin Sakarya küçəsində yerləşən və həmişə baş çəkdiyim Akçağ Yayınəvinə getmişdim və rəflərdə "Azəricə Dil Kılavuzu" adlı kitabı görən kimi götürdüm, vərəqlədikdə gördüm ki, əksəriyyətlə Güney Azərbaycanda danışılan dil ilə bağlı söz və deyim ehtiyatı orda yığılıb. Alıb evə apardım, yığılan müəyyən söz və deyimləri diqqətlə seçib hazırladığım "Qarşılaşdırmalı, Ensiklopedik Azərbaycan Türkcəsi Sözlüyü" adlı əsərimə əlavə etdim. Çox cəhd göstərsəm də həmin əsərin müəllifi ilə illər boyu tanış ola bilmədim, çünki çevrəmizdə onu tanıyan-bilən biri yoxdu. Düşündüm ki, müəllif Güney Azərbaycanlıdır və İrana gedəndə başı ağrıdılmasın deyə əsərinin üstünə Rəcəb Hacaloğlu kimi bir qondarma ad yazıb çap edib; axı belə şeylərlə daim üzləşirdim. Aylar aylara, illər illərə calandı və deyəsən 2002-ci ilin oktyabr ayı idi, onunla Ankarada təşkil olunan bir konfransda əyani tanış olmaq fürsətini tapdım. Həmin konfransı Qüzey Qafqazya dərnəklərindən biri təşkil etmişdi; həmişə bu cür konfranslarda iştirak edir, Qafqazya və Azərbaycanla bağlı olan, ancaq məndə olmayan materialları əldə etməyə çalışırdım. Konfransı verənlər, məruzə etdikləri mövzuyla bağlı əsərləri harda olsa tapırdılar və əllərində küllü miqdarda da siyahı olurdu, o siyahıları da xahiş edib heç olmasa üzünü çıxarıb götürürdüm, özümə gərək olacaq əsərləri tapıb-almağa cəhd edirdim. Azərbaycanla bağlı əsərlərin əksəriyyətini də həm tələbə vaxtımda, həm də məktəbi bitirəndən sonra bu yolla ya müəlliflərin özündən almış və ya məruzə edənlərdən siyahı götürüb onları harda olsa axtarıb ya satın almışdım, ya da üzünü çıxardaraq cildlədib istifadə edəndən sonra kitabxanamdakılara əlavə etmişdim.
Rəcəb bəylə əlaqəmi ogünkü tanışlıqdan sonra üzmədim. Təqaüdə çıxmışdı. Dediyinə görə İranda illər uzunu diplomat kimi vəzifə yeritmiş, İranı kənd-kənd dolanmış və əldə etdiyi əsərləri, materialları və səs yazılarını saxlamışdı. Uzun müddət vaxt-vaxt görüşdük, aramızda səmimiyyət yaranandan sonra da ailəliklə görüşməyə başladıq, mən onun, o da mənim bildiklərimdən istifadə edirdi. 2008-ci ildə yenə bir tədbirdə görüşdük, tədbir qurtarandan sonra birlikdə çıxıb bir tikə çörək kəsdik və söhbət elədik. O gün mənə; "Maraqlı bir əsər üstündə işləyirəm, İran hakimiyyətindəki Türkləri yazıram və otuz ildən artıqdır ki, onunla cəbəlləşirəm, çətin olsa da iş gedir", - dedi.  Bəs haçan qurtaracaqə - deyə sual verdikdə, "Bir neçə ilə qurtararam inşallah. Onu, çap olunmamış oxumağını və redaktə etməyini xahiş edəcəyəm", - dedi. Mən də gözüm üstə, bundan xoşbəxt olaram dedim. Ogünkü söhbətin üstündən illər keçdi və 2012-ci ilin mart ayında mənə zəng edərək hal-əhval tutandan sonra sevinclə, "Seyfəddin bəy, əsəri qurtardım, nə deyirsən, oxuyub redaktə etməyə imkanın vardırmıə" - deyə sual verən kimi, "sənə söz vermişdim, sözümün üstündə möhkəm dayanıram, qaçası deyiləm, tezliklə mənə çatdırarsan", -dedim. Vədləşdik və bir neçə gün sonra Ankaranın Qızılay səmtində görüşüb əsəri yazdığı diski ondan götürdüm. Evə aparıb açanda, kitaba salınan mövzuların başlıqlarına baxan kimi dəhşətə gəldim. əsər min iki yüz səhifədən artıqdı. Onu diqqətlə oxumağa başladım. 1973-cü ildəndir Güney Azərbaycan ədəbiyyatı, dili, tarixi və mədəniyyəti ilə maraqlanırdım. Bu yöndəki ədəbiyyatı harda olsa axtarıb tapır, istifadə edirdim; ancaq bu səviyyədə bir əsərə rast gəlməmişdim. Rəcəb bəy bu əsərində, İran hakimiyyətindəki türklər haralarda, hansı şəhərlərdə, qəsəbələrdə, kəndlərdə yaşayırlar, hansı Türk tayfasına mənsubdular, yaşadıqları yerlərdə qeyri xalqlar yaşayırmı, yaşayırsa ordakı türklərə nisbəti nə qədərdir, hansı Türk tayfaları assimilyasiya olub farslaşıb və ya kürdləşib, tarix boyu bugünkü İran ərazisində hansı Türk hakimiyyətləri yaranıb, o hakimiyyətlərin tənəzzülə uğramasının səbəbləri nələr olub, nəyə görə olub, İran coğrafiyasında imperiya siyasəti güdən qüvvələr hansı oyunlardan çıxıblar, ulu babalarımızın qoyduğu yer adları hansı illərdə hansı adla əvəz edilib, niyə edilib, dinlər arası əlaqələr nə cür olub, Güney Azərbaycan Türklüyünün tarixi mübarizə yolu necə olub, o mübarizələrdə uduzmağımızın səbəbləri nələrdir, indiki vəziyyəti necədir, dilimizin o coğrafiyadakı sərgüzəşti hansı dolaylardan keçib, aryaistlərin totalitar kimlik anlayışının İranda hakim olub ola bilmzyəcəyi və s. və ilaxir, bütün bu mövzular tarixi sənədlər əsasında və cədvəllərlə öz əksini tapmışdı. Tarixi Kürəkçay, Gülüstan və Türkmənçay razılaşmalarının orijinal mətnləri də tərcümələri ilə birlikdə təqdim olunmuşdu.
əsəri oxumağa başlayandan bir neçə ay sonra Bakıya getdim və gedən kimi onun bir kopyasını əziz dostum, görkəmli ziyalımız prof. dr. Ramiz əsgərə verdim ki, oxuyub öz rəyini yazsın. Sağ olsun sözümü yerə salmadı, oxuyub öz rəyini bir səhifədə nəfis və yığcam şəkildə dilə gətirdi. Rəyi Ankaraya qayıdan kimi Rəcəb bəyə çatdırdım və aylar sonra kitabı redaktə edib özünə təhvil verdim. Bir neçə gün sonra mənə zəng etdi və kitabı Bərikan Yayınevinə verdiyini, qısa müddətdə çap olunacağını bildirdikdən sonra, "Sizləri böyük əziyyətə saldım, çox təşəkkür edirəm, sənə də Ramiz bəyə də borclu oldum siz Allah haqqınızı halal edin, istədim ki, əsərdə kəm-kəsir olmasın", - dedi. Rəcəb bəy, biz mədəniyyətimizlə bağlı gözəl bir əsəri hamıdan qabaq oxuduq, ən böyük təşəkkürü biz sizə etməliyik, sonra bu boyda möhtəşəm bir əsər yaratmısınız, - deyə cavabladım.
əsərdən bircə faktı nəzərinizə çatdırsam, əminəm ki, onun dəyərini başa düşəcəksiniz. Məsələn, Türkiyədə Jirki adlanan bir tayfa var, Tunceli vilayətindən Hakkariyə, Şırnaqa kimi olan bölgələrdə yaşayırlar və özləri də daxil hamı onları Kürd tayfası kimi tanıyır. Lakin əsəri oxuduqda görürsən ki, Jirki tayfasının tamamı əfşar türklərinin bir qoludur, bir hissəsi də İranda yaşayır.
Rəcəb bəy bundan başqa, "Türkmən və Aysor kilsələrində oxunan Türkcə ilahi mətnləri", "Dəvrəntdən Dərbəndə", "əthəm Bəyin sürgün illəri və Simav olayları", "Simav türkləri və Osmanlı dönəmində Simav", "əfqanıstan türkləri", "Toponim tədqiqləri", "Qafqazya-Borçalı yer adları" adlı əsərlərin də müəllifidir. Fevralın 27-si günü Bakıdan bir dostum zəng edərək Rəcəb Hacaloğlunun özünə qəsd elədiyini internetdən oxuduğunu söyləyincə şok keçirdim və bir müddət özümə gələ bilmədim. Ondan iyirmi gün qabaq "Atilla" jurnalının təqdimatı olacaqdı, zəng etdim, "Azərbaycanın milli qəhrəmanı İbad Hüseynli də gələcək tədbirə gələrsənmi", - dedikdə çox sevindi,  "mütləq gələcəyəm", dedi və gəldi. Tədbir qurtardıqda qulağıma əyilib: "Bu millətin İbad Hüseyinli kimi qəhrəmanları olduğu müddətdə ona gözünün üstündə qaşın var deyən bir kəs olmayacaq, ola bilmiyəcəkdi. Dur, bu qəhrəmanı bir daha harda tapacayıq, çağır onunla bir yerdə şəkil çəkdirək", - dedi, İbad bəyi çağırdım, birlikdə şəkil çəkdirdik. Bir anda onunla bağlı bu cür xatirələrim bir sinəma pərdəsi kimi gəlib gözümün qabağından keçib getdi. Gözəl bir ailə atası, həddən artıq hüsn-niyyət sahibi, mərhəmətli, haqqa-hüquqa hədsiz dəyər verən, vətənsevər, Türkçü-Turançı fikirlərə sahib mükəmməl bir insandı. O, özünə qəsd edəcək xarakterdə biri deyildi, buna qəti olaraq inanmaram. Meyitini Kütahya vilayətinin Simav qəsəbəsinə bağlı kəndlərində atasının qəbri yanında tapmışdılar. Allah qəni-qəni rəhmət eləsin. Yenə deyirəm, onun özünə qəsd edəcəyinə qəti olaraq inana bilmirəm və inanmıram da, bunda nəsə var.
Bir neçə gün sonra bir karqo şirkəti evə kimi gəlib yoldaşım Fatma xanıma, bağlamanız var, deyərək onu verib gedib. Evə gəldikdə bağlamanı açdım, gördüm ki, Rəcəb bəyin yazdığı "Türklərin İranı" adlı əsərdir. Özü nəşriyyata evimizin ünvanını verib, onlar da gətirib təhvil veriblər.
Rəcəb Hacaloğlu Türkçülüyü hər bir şeydən üstün tutan, Azərbaycanın, Türk dünyasının dostu, onu səmimi qəlbdən sevən, görkəmli bir ziyalısı və mübarizi idi. Deməli, Allahın məsləhəti belə imiş. Ulu Tanrıdan yeganə arzum və diləyim onun ölümünün üstündəki buludların dağıdılması və gerçəklərin üzə çıxmasıdır.
Tanrıdan ona rəhmət, ailəsinə və sevənlərinə təkrar səbr diləyirəm.
Seyfəddin Altaylı, Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK