ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QARĞA SƏSİ

8426    |   2018-05-10 12:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Dünyada bütün səslər gözəldi. Hətta qarğanın da səsi qəşəngdi. Ancaq bülbül cəh-cəh vuranda, bülbül oxuyanda istər-istəməz qarğanın səsi o səsin şirinliyində, məlahətində itib batır, əriyir və yoxa çıxır. Və bir də görürsən ki, artıq həmin qarğa ağacdan uçub gedib və onun yerində cəh-cəh vuran bülbüllər qalıb…

Axı dedik, hər bir canlının səsi var. Və o cümlədən insanların da bir-birinə bənzəməyən səsləri olur. Amma bəzən görürsən ki, bülbül kimi cəh-cəh vuran müğənni qalır «oyundan kənar» vəziyyətdə, qarğa kimi səs çıxaranlar efirlərdə meydan sulayır – o kanal sənin, bu kanal mənim! Və bəzən elə olur ki, orta bir səsi olan müğənni eyni vaxtda bir kanalda canlı çıxış edir, o biri kanalda isə əvvəl çəkilmiş verilişdə əlinə mikrofon götürüb oxuyur. Və oxuduğu da bir şey olsa adamı yandırmaz. Yəni nə mahnının musiqisi yönlüdü, nə sözləri normaldı, nə də ifa yetərincə deyil. Noolsun, bu cür müğənnilər üçün çoxlarının lap ürəyi gedir.. Hansı toya gedirsən görürsən ki, televiziyalarda reklam olunan müğənnilər at oynadır. Özü də elə-belə qiymətə yox ha, lap əməlli-başlı baha qiymətə. Yəni yarım saatı Bakı toylarında üç min manat, bütöv toy isə altı min manat!

Özü də canlı oxumurlar ha! Görürlər ki, toy sahibinin başı qonaq-qaraya qarışıb canının hayındadı və o dəqiqə bundan istifadə edən bəzi müğənnilər başlayır fonoqramma oxumağa. Bu millət də nə toyda tamadaya qulaq asır, nə danışanı dinləyir, nə də fonoqramma oxuyan mütənniyə fikir verir…

Məsələn, mənim Səməd Səmədovun toy aparmasına heç bir sözüm yoxdur. Demək olar ki, toyda şou yaradır, canlı ifalar edir və həddindən artıq maraqlı gedişlər eləməyi bacarır. Ancaq Səməd Səmədovun xətrinə dəyməsin, onun ifa etdiyi mahnıların və musiqilərin böyük sənətə heç bir dəxli yoxdur. Düzdür, ona «toylar kralı» da deyirlər və bayaq dediyimiz kimi apardığı toyların tayı-bərabəri də ola bilməz. Amma inciməsin, 10-20 ildən sonra Səməd Səmədov böyük sənətkarlar kimi xatırlanmayacaq. Çünki sənətkar deyəndə müsiqi aləmində yadımıza Seyid Şuşunski düşür, Xan əmi düşür, Rəşid Behbudov düşür, Yaqub Məmmədov düşür, Qədir Rüstəmov düşür, İslam Rzayev düşür, Arif Babayev düşür, Əlibaba Məmmədov düşür… Bax, bunlar sözün həqiqi mənasında korifey sənətkarlardır.

Bu yaxınlarda Zaur Kamalın «Xəzər» televiziyasındakı «5/5» verilişinə Rəqsanə İsmayılova dəvət edilmişdi. Və onu da qeyd edək ki, Rəqsanə xanım sevilən müğənnilərdəndi. Vaxtilə onun ifa etdiyi sözləri Telli Pənahqızına məxsus olan «İnanımmı» mahnısı dillər əzbəriydi. Hətta o mahnını Türkmənistanın prezidenti həddindən çox xoşlamışdı.

Bunlar hamısı çox gözəl. Amma Zaurun verilişində bir məqam məni çox narahat etdi. Orda Şövkət Ələkbərovanın şəkli göstərildi. Aparıcı soruşdu ki, bu kimin şəklidi? Rəqsanə xanım cavab verdi ki, Leyla Bədirbəylinin. Yenidən ekrana ikinci bir şəkil gəldi. Rəqsanə xanım onu da tanımaqda çətinlik çəkdi və sonra da dilləndi ki, bu şəkil Akif İslamzadənin mamasıdı. Bax, belə bir müğənninin Şövkət Ələkbərovanı, Sara Qədimovanı tanımaması qəbahət deyilmi? Ola bilər hansısa tamaşaçı, böyük sənətkarı tanımasın. Ancaq populyar bir müğənninin iki korifey sənətkarı – Şövkət Ələkbərovanı və Sara Qədimovanı tanımaması bizim fikrimizcə heç də yaxşı hal deyil...

O da sirr deyil ki, bəzi müğənnilərimizin musiqi savadı olmamaqla yanaşı, elmi dünya görüşləri də yoxdur. Yəni onlar az kitab oxuyublar, çağdaş ədəbiyyatı izləmirlər və öz üzərlərində çalışmırlar. Amma gözəl danışan və gözəl söhbət edən savadlı müğənnilər də az deyil. Niyaməddin Musayev, Təranə Vəlizadə, Faiq Ağayev, Tünzalə Ağayeva həm gözəl ifaları, həm də gözəl danışıqları ilə tamaşaçıların yaddaşında qalıblar. Və onlar sevilən müğənni olmaqla yanaşı, sevilən də həmsöhbətdilər. Çünki danışanda ağızlarından dürr tökülür…

Bir çox müğənnilər isə sinələrinə döyüb deyirlər ki, mənim sosial şəbəkədə hər hansı bir mahnımı milyondan çox tamaşaçı dinləyib. Bu fikrə söz ola bilməz. Ola bilər ki, hansısa müğənniyə bir milyondan çox dinləyici qulaq assın. Məsələn, Talıb Tale və eləcə də Damla tez-tez xatırladır ki, onların milyonlarla sosial şəbəkədə tamaşaçısı var. Bax, buna da sözümüz yoxdur. Amma gəlin görək 10-15 ildən sonra həmin mahnılara yenə qulaq asan olacaqmı? Bu müğənnilərin az-çox istedadları var, həm də zəhmətkeşdilər. Ancaq onlara sənətkar, böyük ifaçı demək bir o qədər də düzgün deyil. Damlanın oxuduqları mahnını bir vaxtlar Şəfa adlı müğənni də ifa edib və onun yolu bir qədər Şəfanın yoluna bənzəyir.

Hər halda, böyük kütlə bu müğənniləri sevirsə, bu kütlənin öz işidi. Bu gün kiməsə demək olmaz ki, sən filan müğənniyə yox, bəhmən müğənniyə qulaq as! Çünki kimin istedadlı, kimin sənətkar olduğuna zaman özü qiymət verəcək. Hələ heç kəs zamanı qabaqlaya bilməyib.

Sadəcə olaraq, hər şey reklamdan asılıdır. Bu gün hər hansı zəif toy müğənnisi efirlərdə reklam olunursa, o da gündəmdə qalır. Və böyük əksəriyyət də reklam olunan müğğənini toylara dəvət edir. Gündəmdə olmaq, populyarlıq qazanmaq sənətkar olmaq deyil. Qədir Rüstəmovun «Sona bülbüllər»i yüz il bundan sonra da elə həmin «Sona bülbüllər» kimi təravətli, məlahətli və bal kimi şirin olacaq. Çünki o səs qeybdən gələn səsdi… çünki o səs min il bundan sonra da elə belə bal kimi şirin olacaq, onu dinləyəni, eşidəni götürüb aparacaq bir anlıq Allahın dərgahına. Necə ki, 50 il bundan əvvəl Bəhmənlidə xalaoğlu Tərxan məktəbdə qaravolçu işləyəndə hər səhər «Sona bülbüllər»ə qulaq asıb Allahın dərgahına üz tuturdu. Necə ki, xalaoğlu Tərxan dünyasını dəyişəndə də «Sona bülbüllər»in «qucağında» Allahın dərgahına qovuşdu…

Səs, musiqi, söz bir-birini tamamlamalıdır. Yəni biri çatışmayanda o dəqiqə o musiqi ya kar olur, ya da lal olur. O müğənni böyük müğənnidir ki, ifa etdiyi mahnının musiqisi də gözəldi, sözləri də və ifa da. Bax, bu böyük sənətdir!..




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK