hacklink Adalet.az | ELİMİN ƏZİZ ADAMI Adalet.az | ELİMİN ƏZİZ ADAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ELİMİN ƏZİZ ADAMI

Fəridə RƏHİMLİ

21935    |   2018-05-04 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu şəxsən tanımırdım, amma cəbhə zonasında fəəaliyyəti haqqında eşitdiklərimdən gəldiyim qənaət bu idi ki, Heydər Əliyev Azərbaycan üçün kim idisə, onun yetişdirdiyi və güvəndiyi kadrlardan biri olan Nəbi Muxtarov da Füzuli üçün o idi.

Nəbi Muxtarovu həmişə el-obamın layiqli ağsaqqalı kimi tanımışam, sayqı duymuşam. Bəlkə də adi günlərdə olsaydı, onun rayonumuza rəhbərliyi mənə o qədər də maraqlı gəlməzdi. Dinc dünyada yaşamağa, idarə etməyə nə var ki. Amma onun rəhbərliyinin çox hissəsi müharibə vaxtına düşdü və cəbhə zonasındakı ümidsiz, panikaya düşmüş insanları idarə etmək qat-qat çətin idi. Bəlkə də kənardan baxanlara bu, asan görünə bilər. Bəzən hansısa vəzifəliyə yarınmaq üçün "gecə-gündüz işləyir" ifadəsi səslənəndə gülməyim gəlir. Amma onun haqqında bu söz çox yerinə düşmüş olur. Cəbhə zonasında hiyləgər düşmənlə üzbəüz yaşayaraq həm təsərrüfata, həm insanlara cavabdeh olmaq, əməliylə, hərəkətiylə, təmkiniylə, səbriylə onlara nümunə olmaq üçün böyük ürək sahibi, müdriklik, qorxmazlıq, mübarizlik gərəkdi. O, içindəki təlatümləri üzünə yansıtmağı sanki özünə qadağan etmişdi. Ağsaqqal çəkinərsə, xalq qorxaq olar, rəhbər arxada gizlənərsə, xalqın öndə dayanmağa inamı qalmaz. O, hər sahədə nümunə idi - ağlıyla, intellektiylə, tarixi, siyasi, ədəbi biliyiylə, situasiyanı anında dərk edib, ölçü götürmək və nəticə çıxarmaq qabiliyyəti ilə.

... Bakıda yaşadığımdan rayonda baş verənlər haqqında tez-tez yaxınlarımdan məlumat alırdım. O çətin qaçqınlıq zamanında çox yerdə işlənən "başsız qaldılar" ifadəsi bizim rayon üçün yad idi, çünki rayonu müdrik bir ağsaqqal idarə edirdi və xalq dar günündə ona arxalanırdı. Əliyalın xalqın amansız düşmənlə üz-üzə qaldığı bir vaxtda xalqın bu təmkinli el ağsaqqalına güvəni çox mənalar daşıyırdı...

Məlum hadisələrdən sonra əhalinin bir çox rayonlarımıza səpələnmək məcburiyyətində qaldığını bilirik. Rayon əhalisinin kompakt yerləşdiyi bölgələrdə dövlətin yardımını yetişdirmək, onların çatışmazlıqları ilə maraqlanmaq onun vəzifəsi idi. Amma kənar bölgələrdə eldən ayrı düşmüş bircə ailə haqqında belə məlumat almaq, gedib onları yerlərində yoluxmaq artıq vicdan, böyüklük idi. Bacımgil Mingəçevirdə məskunlaşmışdılar. Orada daha çox Ağdam və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərimiz yerləşmişdi. Füzulidən bir-iki ailə vardı ki, ondan biri bacımgil - həyat yoldaşı, üç azyaşlı uşaqları idi. Horadiz əməliyyatından sonra kəndə qayıdan bacımgil Nəbi müəllimin onların yanına getməsini, evində süfrəsinə qonaq olmasını, onlara təskinlik, toxdaqlıq verməsini hələ də hörmətlə xatırlayırlar. Bacım özlərini qərib hiss etdikləri şəhərdə Nəbi müəllimin gəlişiylə, üzündəki təmkin, səmimiyyət, əminliklə onlara qüvvət verdiyini, sanki arxalarında el-obanın dayandığını hiss etdiklərini söyləyir. Çıxarkən də: Nə ehtiyacınız olsa, mənə xəbər eləyin, - deməsi və kiçik yaşlı uşaqların üçünə də ayrı-ayrılıqda pul verib çıxması lap kövrəltmişdi bacımı... Bu yazını yazarkən onlara zəng etdim, Nəbi müəllim haqqında kiçik bir yazı yazmaq istədiyimi söylədim. - Allah onun köməyi olsun! Bəzən yerində edilmiş zərrə qədər bir yaxşılıq ömür boyu unudulmur. Ondan kimsənin narazı olduğunu eşitmədim, onun haqqında yaxşı nə qədər yazılsa, halal haqqıdır, - dedi.

Kəndimizin əhalisi məcburi köçkün düşdükdən bir müddət sonra əmim kəndə döndü və işıq, qaz olmadan ailəsiylə orada yaşadı. Vahiməli gecələrdə vəhşi heyvanların və onlardan da vəhşi olan ermənilərin hər dəqiqə hücumuna məruz qala biləcəyini gözə alaraq orada uzun müddət tək ailə olaraq yaşadılar. Sonradan bir neçə ailə də kəndə döndü. Nəbi müəllim onların fədakarlığını da qiymətləndirdiyini, onlara tez-tez baş çəkdiyini deyirdilər.

Onun haqqındakı bir yazıda Nəbi müəllimlə müəllifin o qarışıq vaxtlarda Zəngilana gedişləri haqda oxudum. Bir anlıq özümü unudaraq hadisənin ortasındaymışam kimi hiss etdim. Hadisə belə olmuşdu: Nəbi müəllim müəlliflə birlikdə rayondakı vəziyəti öyrənmək üçün gedirlər. Və qalmaq üçün bir evdə yerləşdirilirlər. Ailənin cavan kişisi cəbhədədir. Evdə xəstə ata, qoca ana, gəlin və azyaşlı uşaqlar olub. Buraya qədər normal görünür. Amma sonrakıları oxuyanda həyəcandan qanım dondu. Qoca qadın onlar qalan otağa girib təlaşla, həyəcanla ermənilərin kəndin yuxarısını aldıqlarını bildirir və əlacsızca Nəbi müəllimin üzünə baxır. Əliyalın, silahsız insanlar və amansız düşmən! Qoca nənənin, xəstə babanın halını düşünün, onların üzünə baxıb qorxudan saralmış körpələri düşünün və onların hamısının da güvən bilib üstünə qaçdıqları Nəbi müəllimin halını təsəvvür edin. Əsl kişilər belə anda təmkinli olurlar. İnsanın əsl xisləti belə anlarda üzə çıxır. Canını düşünən, uşaqları, xəstəni, qadını yox sayıb aradan çıxan nə qədər "kişilər" oldu... O isə tam təmkinlə, heç bir şey olmamış kimi ailəni sakitləşdirib, baltanı əlinə alaraq həyətə odun doğramağa düşür... Bu epizod kino lenti kimi o qədər gözümün önündən keçib ki. Tək bu epizoddan təsirli bir film çəkmək olardı. Doğrudanmı o, uşaqlar soyuqda qalmasınlar deyə, sobaya qoymaq üçün odun doğramağa düşmüşdü həyətə? Məncə yox! O, öz hərəkəti ilə əlacsızca onu izləyənlərə qorxmaq lazım olmadığını təlqin edirdi, eyni zamanda düşünmək üçün vaxt qazanırdı, çıxış yolu düşünürdü, doğradığı yalnız odun deyildi, xəyalında düşmənə endirdiyi zərbə idi. Odun doğranması neçə dəqiqə çəkmişdi, mən bilmirəm, amma xəyalımın orada olan anlayışına görə bu, çooox uzun çəkmişdi. Həm də bu, onun həyatının ən ağır dəqiqələrindəndi. Bu an düşmən qapıda görünərsə, qocanı, yaşlınımı, gəlinimi, uşaqlarımı - hansını qoruya bilərəm, necə müdafiə edə bilərəm ki, gəlin, uşaqlar düşmən əlinə keçməsin, qocalar təhqiramiz şəkildə öldürülməsin. Özünü də düşünə bildimi, yəqin ki, yox, çünki özünü düşünənlər o anlarda orda deyildilər. Qəhrəmanlığa əvvəlcədən hazırlaşmırlar, məşq eləmirlər, o, an məsələsi olur. Özünü düşünən qəhrəman ola bilməz. Bu hekayəni (real hadisəni) oxuyanda Nəbi müəllimi ata, ağsaqqal, el adamı kimi bir daha kəşf etdim və bir daha hələ belə kişilərin var olduğu üçün qürurlandım.

Nəbi Muxtarov! Hörmətli Nəbi müəllim, idarəetmə sistemində çalışmaq istəyən hər kəsə nümunə ola biləcək həyatınız, ağ saçlarınızın sayı qədər gözəl əməlləriniz boşa getmədi. Bu yolda ən böyük mükafatınız el məhəbbətidir. Sizi el-obamız sevir və bu sevgini qazanmaq rəhbər mövqe tutan hər kişiyə nəsib olmur.

Elimin əziz adamı, sizə can sağlığı, uzun ömür, ömrünüzün sonuna qədər belə vüqarla, qürurla yaşamanızı, hörmətlə, sayqıyla yad edilmənizi arzulayıram. Xalqın gözündə ucalan dağ əzəmətiniz daim var olsun!

f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK