Adalet.az | YALANÇININ ŞAMI Adalet.az | YALANÇININ ŞAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YALANÇININ ŞAMI

17478    |   2018-04-28 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Öncə doğrunu öyrənmək vacibdir, doğru öyrənilsə səhvin nə olduğu da bilinmiş olar; ancaq öncə səhv öyrənilsə doğruya çatmaq çox çətin olar".
Farabi

Əziz oxucularım yaxşı bilir ki, yazılarımda həmişə düz ilə əyrini, yaxşı ilə pisi, bizimlə qeyrilərini üz-üzə gətirib müqayisə etmək imkanı yaratmağa çalışıram. Bununla da xüsusi ilə bizimlə digərləri arasındakı fərqi öz düşüncəmə görə araya qoymaq yeganə məqsədimdir. Bunda uğurlu olub-olmamağım məsələsində yeganə qərarı verəcək məqam oxucularımdır. Mənim fikirlərimi qəbul etməyən oxucular da vardır, olacaqdır da, digər oxucularıma hansı hörməti bəsləyirəmsə, onlara da həmin səviyyədə hörmətim vardır. Fərqli fikirlər olmaz isə toplumda tərəqqi olmaz, mən buna inanıram.
Məlumdur ki, SSRİ-nin ləğvi ilə iki qütblü dünyadan tək ağalı dünya yarandı. Ancaq çox çəkmədi ki, Sovetlər Birliyini əvəz etməkhəvəsindən əl çəkməyən Rusiya Federasiyası sələfinin rolunu götürmək qərarına gəldi. Bu da təbii olaraq dünyanın ən strateji yeri olan Orta şərqdə bir vəhşi kaftarın məsum ocaqları dağıtmasına, "O yedi mənə qalmadı" hissiyyatı ilə ayağa duran digər kaftarın da həmin bölgəyə hücumuna gətiribçıxardı.
Onda belə bir sual verilə bilər. Bu kaftarlar Orta Şərq bölgəsinə niyə hücum çəkirlər?
Başını ABŞ-ın çəkdiyi qərblilər 2004-cü ildə dünya ictimaiyyətinə Böyük Orta şərq Projesi "Greater Middle East"-ni bəyan etdilər. Bu projenin məqsədi Orta şərq və ətrafında yerləşən ölkələr də qərblilərin başa düşdüyü mənada bir demokratiyanın olmaması(???) səbəbilə ora demokratiya aparılması, bölgədəki iqtisadi münasibətlərin və əməkdaşlıqların artırılması təmin edilərək bölgədə sabitliyin yaranması idi. Bölgədə bunlar doğrudan da yoxdu???Əslində bu tamamilə insanların gözünə kül üfürməkdən ibarət söyləmlərdi. Əsas məqsəd 1920-ci ildə İngiltərə tərəfindən bölgədə təyin edilən sərhədlərin yenidən nəzərdən keçirilməsi, onların dəyişdirilməsiydi.
ABŞ adlı vampir sərhədlərin səhv müəyyənləşdirilməsindən asılı bölgədə sabitsizlik olduğunu və terrorizmin yuvasına çevrildiyini iddia edirdi. Bölgədəki əlaltısı da İsraildi. ABŞ-ın tanınmış simaları Donald Rumsfeld, Dick Cheney, Paul Wolfowitz, William Kristolvə Richard Perlenin rəhbərliyində 1997-ci ildə "Yeni Amerikan Əsri Projesi" yaradıldı. Ancaq Amerikanın bölgə ilə bağlı marağının kökü düz 1871-ci ilə gedib çıxır. Osmanlı Dövləti o vaxt Almaniya ilə görüş keçirərək Mosul bölgəsində Mandali bataqlığında bir buruq vurulması qərarına yetişib və iş həyata keçirilib. Bundan qarnı ağrıyan İngiltərə 1901-ci ildə Alman Deutsche Bank şirkətinə dolayı yollarla şərik olub və neftdən özünə pay götürüb.
Qərblilər Osmanlı Dövlətini məhv etmək üçün həm içəridən, həm də xaricdən ardıcıl hücumlar çəkib. 1908-ci ildə Jön Türk inqilabının yaranması və padşah II Əbdülhəmidin II Məşrutiyyəti elan etməsi məsələsinin özülündə yatan əsl səbəb qərbin gizli fəaliyyətləridir.
O vaxtlar inkişaf etməkdə olan ABŞ da neftçıxarma işinə girişib və üzünü Orta şərqə çevirib.
Qərblilərin fikrinə görə, Orta şərq cənubi qərbi Asiya və bura ilə tarixi, mədəni yaxınlığı olan Türkiyə, İran və İsrail kimi ölkələrdir. Onlara görə Böyük Orta şərq Projesinə, adı çəkilən bu üç ölkədən savayı Azərbaycan, Suriya, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Birləşik Ərəb Əmirlikləri, Omman, Küveyt, Bəhreyn vəYəmən də daxildi. Əsrlər boyu Osmanlı hakimiyyətində olan Orta şərqin 16 may 1916-cı il tarixində İngiltərə və Fransanın diplomatları Mark Sykesilə Francois George-Picotun qol çəkdiyi sazişlə dədələrinin malı kimi bölüşüldüyü məlumdur. Ancaq İngiltərənin o vaxtlar Cəmiyyəti Əqvamdakı (BMT) gücü Fransanı ikinci plana atıb və bölgənin müstəmləkəçilik hakimiyyəti 1920-ci ilin aprel ayında İngiltərəyə təhvil verilib, onlar da başlayıblar bölgəni sümürməyə.
ABŞ Suriyaya 10 min kilometr uzaqlıqdadır, ancaq indi Türkiyəyə qonşu olub. Prezident Trumpun "Suriyadan çəkiləcəyik" deyə bəyanatlar yaymasına baxmayaraq Pentaqonun adamları biz ancaq Suriyada istədiyimiz ictimaimühit yaranarsa çıxa bilərik və o vaxta kimi Suriyada qalacayıq. Yəni Suriya və İraqdakı yeraltı-yerüstü sərvətləri qurtarana, Uzaq şərqdən izticarət yolunun hakimiyyətinin rolu axıra çatana kimi burada qalacayıq, bölgədə yerləşən, başda İran, Türkiyə kimi ölkələri bölüb-parçalayana, yerində yaradacağımız kukla bəyliklərin burnuna noxta salıb dolandırana və buradakı sərvətləri qarət edib qurtarana kimi buradan əlçəkmiyəcəyik deməkdir.
Onların niyyəti belədir.
Böyük Orta şər Projesinin bərabər hüquqlu rəhbəri olmaqla döşünə döyüb öyünənlər vardı, görəsən onlar harda itib-batdılar?
Bir xatırlatma: Birinci Dünya müharibəsi yaranmasına az qalmış Türkiyə torpaqlarının işğalı üçün Avstraliya, Yeni Zellandiya, Hindistan və digər müstəmləkə ölkələrindən ordular gətirib o çağın ən müasir silahları və vasitələri ilə üstümüzə cumanlar vardı. Onların sərhədlərində gün batmayan imperiyalarının qüdrətli ordularının şərəfini Çanaqqalanın sərin sularına qərq etdik, həm də ayağına geyinməyə çarığ tapa bilmiyən Məhmətçiklərlə.
Həə, bir vaxtlar İtaliyanın başnaziri Benito Mussolinidə Türkiyədən torpaq almaq istəyirdi. Mərhum alim və şairimiz HüseynNilah Atsız ona şeirlə bir dəvətnamə yazmışdı, onun bir hissəsini oxucularımla bölüşmək istədim:

"Ey Benito Musolini! Ey gayət yücə,
İtalyanlar başvəkili muhtərəm Duçə!
Duydum ki, yelkənləri edip də fora
Gələcəkmiş orduların yeşil Bosfora.
Buyursunlar... Bizim için şavaş düyündür;
Din Arabın, hukuk sizin, harp Türklüyündür.
Açlar nasıl bir istəklə koşarsa aşa
Türk əri də öylə gidər kanlı savaşa.
Həm karadan, həm dənizdən ordular indir!
Çarpışalım, ən doğru söz süngülərindir!
Kaləm, fırça, mərmər nədir? Birər oyuncak!
Şahəsərlər süngülərlə yazılır ancak!
Çağrı Bəylə Tuğrul Bəyin kurduğu dəvlət
İtalyalı mələzlərdən üstündür əlbət;
Bizim əski uşakları alda yanına
Balkanlardan doğru yürü ər meydanına;
Çəlik zırhlı kartalları göklərə saldır...
Fakat zafər sizin için söz və masaldır...
Dirilərək başınıza geçsə də Səzar
Yinə olur Anadolu sizə bir məzar.
Bəlki fazla bel bağladın şimal komşuna,
Biz güləriz Cərmənliyin kuduruşuna,
Tanıyoruz Atilladan bəri Cərməni,
Farklı mıdır Prusyalı yahut Erməni?
Sənin dostun Cərmanyaya biz Nəmçə deriz,
Bir gün yinə Bəç onündə düyün edəriz."




YAZARIN ARXİVİ

2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2018-08-15


VİDEO