ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QARDAŞ, YOXSA QARA DAŞ?!

17382    |   2018-04-28 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Qardaş adama arxadı, sirdaşdı və dostdu. Birindən soruşurlar ki, qardaşını necə tanıyırsan? O da qayıdıb deyir ki, hələ yoldaşlıq eləməmişəm. Yoldaşlıq eləsəm, deyərəm ki, yaxşıdı, yoxsa pisdi. Təbii ki, bu dünyada yaxşı qardaş da var, pis qardaş da. Bunu qardaşlar yaxşı bilirlər…

… Valideynlərdən biri dünyasını dəyişəndə o dəqiqə qardaş-bacı arasında bir soyuqluq yaranır. İkincisi rəhmətə gedəndə artıq soyuqluq dönüb olur buz kimi və aradakı körpü yavaş-yavaş uçmağa başlayır. Və bir gün də görürsən ki, o körpü artıq uçub. Yəni sənin güvəndiyin qardaş dəyişib olub arvadağız. Öz fikri, düşüncəsi qalıb kənarda, başlayıb o arvadın dediyilə hərəkət eləməyə…

Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik atamın da üç qardaşı vardı. Onun biri İkinci Dünya Müharibəsində həlak olmuşdu – bu Əziz əmim idi. İkinci qardaşı rəhmtəlik Nüsrət əmim də elə ötən əsrin 50-ci illərində 18 yaşında dünyasını dəyişmişdi. Cəmi bir qardaşı qalmışdı. Onun da adı Hüseyn idi. Atam ona qardaş kimi yox, öz övladı kimi baxırdı. Əsgərlikdən gətirtdirib rəhmətlik Gülü mamamla onlara toy elədi. Elə bir gün olmurdu ki, böyük qardaş kimi onunla maraqlanmasın, ona arxa durmasın. Və həmişə də deyərdi ki, Allah-Təala mənə Hüseynin ölümünü göstərməsin. Allah onun səsini eşitdi – nə qardaşının ölümünü gördü, nə də övladının…

… Axı dedim, qardaş yaxşı şeydi. Bəzən də görürsən ki, birinin ağzı qardaş sarıdan yananda o dəqiqə deyir: «Qardaş yaxşı olsaydı, Allah özünə bir qardaş seçərdi». Bax, burda bir balaca bu deyimə mənim iradım var. Çünki Allahın övladı olmadığı kimi, qardaşı da ola bilməz. Elə qardaş insan üçün yaranıb, insan üçün dünyaya gəlib. Ona görə ki, hər bir qardaş bir-birinə söykək olmalıdı, arxa durmalıdı. Belə qardaşlar var və həmişə də olacaq…

Mənim bir dostum var. Qardaşları və bacısı üçün ataları eləmədiyini o eləyib. Yəni üç qardaşına çətin gündə arxa durub, söykək olub. Hətta öz ailəsinin boğazından kəsib onlara yedizdirib. Və həmişə bizə pay qoyanda məni gətirib evə qoymamışdan əvvəl Yeni Günəşlidəki qardaşına dəyərdi. Verilən payı dədə malı kimi onunla yarı bölərdi və bundan sonra rahat nəfəs alardı. Hətta onların uşaqlarına əyin-baş almağı və ciblərinə pul qoymağı da yaddan çıxarmazdı. Bir bacısını qazandığı pulla texnikuma qəbul elətdirmişdi. Sonra da bir ətək pul verib onu xəstəxanalardan birində tibb bacısı kimi işə düzəltdi. Elə ki qardaşların, bacının kefi kökəldi, elə ki ev-eşik sahibi oldular, elə ki əlləri yuxarı qalxdı, bax onda çörək verən o qardaşı yaddaş çıxarmağa başladılar. Hətta qardaş bir neçə dəfə əməliyyat keçirdi, heç onda da yada salmadılar. Heç qardaşın böyüdüb boya-başa çatdırdığı o insanlara elə bir ehtiyacı da yoxu idi. Sadəcə olaraq, qardaşın bir sevgiyə, bir məhəbbətə, bir istiliyə, bir hərarətə ehtiyacı vardı. Və bunu da doğmalarından görməyəndə istər-istəməz qəlbi sınırdı. Hansı ki, çətin gündə, ağır anda onu yaddan çıxaran qardaş-bacı həmişə deyərdi ki, sən bizim böyüyümüzsən, sən bizim ağsaqqalımızsan, sən bizim ümid yerimizsən…

Bax, bunlar hamısı zaman-zaman yaddan çıxmağa başladı. İndi də elə düşünürlər ki, yəqin qardaş xəstəlik tapıb, işdən çıxıb, vəziyyəti mürəkkəbdi. Birdən onun nəyəsə ehtiyacı olar. Ona görə də hamısı o böyük qardaşla əlaqəni kəsib. Hətta heç illərdi ona telefon da açmırlar. Amma o qardaş da elə-belə qardaş deyil. Beş-altı yerdə ev-eşiyi var, iki-üç maşın qapıda dayanır, nə qədər də qazanc yeri var. Elə kirayişinlərdən aldığı pul ayda 2-3 minə çatar. Və bu qardaş da onu unudan, yaddan çıxaran və hətta məclislərində belə yada salmayan və yada salanda da artıq atılmış adam kimi münasibət bəslənir. Bax, bundan o böyük qardaş istər-istəməz mənən sıxılır. Və hərdən də mənə giley eləyir ki, sən hər şeyi görmüsən. Bunların niyə belə elədiyini bilmirəm. Görəsən, Allahdan qorxmurlarmı? O imkanlı qardaşlardan biri bir az bundan əvvəl dəbdəbəli toy eləyib. O toya Damlanı və Pərviz Bülbüləni aparıb. Axı Rusiyada qaz vurub qazan doldurur. Amma bilmir ki, bu pulu ona böyük qardaşı qazandırıb… amma bilmir ki, böyük qardaşı düz yol göstərməsəydi gedib Rusiyaya çıxa bilməzdi… amma bilmir ki, Bakıda, rayonda çətinliyə düşəndə, özü və uşaqları «ilişəndə» onu böyük qardaş xilas eləyir… Çünki elə şey var ki, o, pulla həll edilmir…

Deyirlər ki, pis qardaşdan bir qara daş yaxşıdı. Bilmirəm, pis qardaş var, yoxsa yox?! Bunu siz deyə bilərsiniz. Amma qara daş da bəzən adamın işinə yarayır. Yəni qara daşı bir-birinin üstünə yığaraq hörürsən və axırda qəşəng bir ev yaranır. Görürsünüzmü, qara daş pis qardaşdan daha yaxşıdı. Pis qardaşsa evləri dağıdır, fitnə-fəsad yayır, dedi-qodu eləyir. Harda oturur o böyük qardaşın qeybətini eləyir, onun özünü, ailəsini, balalarını gözdən salır. Soruşa bilərsiniz ki, bunu hardan bilmək mümkündü? Amma mənim dostum deyir ki, aramızda soyuqluq olan kimi o dəqiqə qardaşlarımı yuxumda görürəm. Yuxumda görürəm ki, ətrafına özü kimi savadsız, cahil, nadan adamları yığıb qeybət eləyir. Və o cahil, savadsız, nadan adamlar da cahil olduğu üçün onun dediklərini başı ilə təsdiqləyir. Çünki pullu qardaş onların ağzına yal atır. Moskvadan gətirdiyi hədiyyələri verir, birinin cibinə pul qoyur. Və beləcə, başlayır arvadı ilə bir yerdə məni gözdən salmağa…

Bir dəfə tanımadığım bir adamla maşınla gəlirdim. Yolda məni görüb avtomobili saxladı və hara getdiyimi soruşdu. Mən də dedim ki, şəhərin filan yerinə gedirəm. Dedi ki, müəllim, gəl əyləş, onunsuz da təkəm, darıxıram, bir yerdə gedək. Hara deyirsən aparıb qoyaram. Yolda ölkədə tanınan varlı bir adamdan danışdı. Çünki onların yanında işləyir. Mən də o adamın adını demirəm ki, çoxları onu yaxşı tanıyır. Həmin adam dedi ki, müəllim, mənim şefimin bir hündürboy, nurani atası var və onlar da doqquz qardaşdı. Və o doqquz qardaşın hamısının əli pulla oynayır. Heç birinin bir-birinə ehtiyacı yoxdu. Və hamısının da bir qonşuluqda çox böyük imarətləri var. Bu qardaşlar bir-biriylə balla yağ kimi yola gedirdilər. Onların ağzı nədi ki, atasının sözündən çıxsınlar. Qardaşlar da nə qədər pulları çox olsa da, bir-birinə can deyib can eşidirlər.

Görürsünüzmü, bax, belə də qardaşlar var. Qardaşlar vallah heç vaxt pis olmazlar. Onları bir-birinə döyüşdürən, qırdıran bəzi yad qızlarıdı. O yad qızları ki, həmişə çalışıblar qardaşlar arasında bir soyuqluq olsun, öz qohum-əqrəbasını irəli çəksin, gözə soxsun. Xüsusən də qardaş pullu və imkanlı olanda yad qızları onu doğmalarından daha tez təcrid eləmək istəyirlər…

Qardaşlarından narazılıq eləyən dostuma təsəlli verib dedim ki, heç ürəyini sıxma! Sən həmişə onlara əl atmısan, arxa durmusan. Allah heç vaxt mərdi namərdə möhtac eləməz. Və günlərin bir günündə onların nə qədər pulu, varı, dövləti çox olsa da, yenə səni axtaracaqlar, yenə səni tapacaqlar. Çünki onların işini çox vaxt pul həll eləsə də, bəzən o pul da köməklərinə çata bilmir. Bunu dəfələrlə özümüz də görmüşük. Və bir də örkən nə qədər uzun olsa, günlərin bir günü gəlib doğanaqdan keçir. Deyəsən, bu sözüm dostuma ləzzət elədi və əlini kürəyimə vurub dedi: «Az qalırdı ürəyim partlasın. Nə yaxşı səni gördüm və ürəyimi boşaltdım...»

Axırda da dostuma yenə bir söz dedim: «Elə bilmə ki, təkcə sənin çörəyini doğmaların itirib. Get, kiminlə söhbət eləsən, onlar da görəcəksən ki, doğmalarına çörək verib sayılmadıqlarına görə bu gün kimdənsə inciyiblər».

Allah yaxşı qardaşları da qorusun, pis qardaşları da! Amma pis qardaşlar yaxşı qardaşlara baxıb namərdliklərindən, pis əməllərindən uzaq düşsünlər. Çünki böyüyünün üzünə ağ olanın, çörəyini itirəni və illərlə qapısını açmayanı, heç olmasa bu çətin zəmanədə bir dəfə ağsaqqalına telefon açıb ovqatını soruşmayanları Allah da bağışlamır. Ona görə də böyüklərin üzünə ağ olanlar xeyirxah qardaşlarından qorxmasa da, Allahdan qorxsunlar. Allahın cəzası ağır olur…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK