viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | QARABAĞ KAFE DEYİLDİ... Adalet.az | QARABAĞ KAFE DEYİLDİ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QARABAĞ KAFE DEYİLDİ...

Fəridə RƏHİMLİ

23543    |   2018-04-20 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu bahar günlərində kəndə yolum düşdü. Yağı düşmənin uşaqlıq, gənclik xatirələrimi tapdalayıb viran etdiyi kəndimə. O xatirələri andıracaq kiçicik bir detal axtardım, tapa bilmədim. Yolum bağlıydı uşaqlığıma, gəncliyimə. Düşmən o yolu, xatirələrimin izlərini təkcə minayla, silahla deyil, həm də tikan-qanqalla bağlayıb...

Kəndə gedən yoldan başqa heç nə əvvəlki kimi deyil. Düzdü, o zamanlar torpaq yoldu, indi asfaltdı, amma yeni yolu köhnənin üstü ilə çəkdiklərindən ayaqlarım o yolu tanıdı. Evimizin yerində tikilən ev də ata evimi xatırlatmır. Həyətdəki güllərin, ağacların, tikililərin hər biri yenidir, köhnədən bir ağacı belə saxlamayıb azğın düşmən. Bir ağacı belə! Heç olmasa o ağacın altında oturub ötən günlərə bir cığır sala bilərdim. Həyətdə oturub, gözlərimi yummaqla ötən günləri xəyalıma gətirirəm. Arada, uzaqdan eşidilən atəş səsləri xəyalımın qanadlarını qırsa da, yenə o günlərə geri dönürəm. Nə yaxşı ki, xatirələr var! Doğrudur, ağrıdıcıdı, üzüntülüdü, qubarlıdı. Ən gözəl anı belə xatırlayanda qüssə burulğanına düşür insan. Bir dərdli müdrikin sözlərini xatırladım: Əgər dərdin tüstüsü olsaydı bütün dünyanı tüstü bürüyərdi. Orda, o an kəndimi tüstü içində təsəvvür elədim. Mənim, o həyətin ortasında oturub dağılmış, viran olmuş, sonra yenidən abadlaşmış yurdumun dərdini çəkməm mənasız görünə bilər bəlkə, çünki o ağrını hiss etmək üçün o yaşantılar içinizdən keçməlidir. Kimin yurd yeri dərdi, göynərtisi, torpaq, el-oba itkisi varsa, o anlayar məni. Bu itki elə, bala itkisi qədər acıdı. Amma o yurdun düşmən əlindən keçib yenidən sənə qaytarılması, mənə görə, sanki tilsimi qırılmış, möcüzəsi faş edilmiş illüziyaçının varlığı kimidir – kimsəyə maraqlı deyil. Çünki, həmin tilsim mənim uşaqlığımı, gəncliyimi keçirdiyim o yerlərdə idi, mənim gözümün-könlümün sevdiyi, alışdığı, ürəyimə, beynimə həkk olunmuş, hər bir guşəsi bir sevgi mənbəyi olan o keçmiş kənddə idi. O vaxtkı, keçməyə qorxduğum bol sulu Qarasuydu, yazda ötən məkik quşunun uşaqlıqda uydurduğumuz "tut, bit” mahnısıydı, həzin yay gecələrində, hekayələrini eşidib qəmləndiyim, səsi gələndə məni ağladan İsaq-Musaq quşuydu, sərhəd məftillərinin yaxınlığında bir-birinə aman vermədən vaqqıldaşan tülkü-çaqqaldı, şor kanalda öz səslərindən feyziyab olan "qurbağalar orkestri” idi o kənddə...

İran İslam Respublikası ilə sərhəd olan zonaya üz tuturam. Bəlkə bir xatirənin izini taparam deyə. Həyətin aşağısına enirəm – Araz çayının bir qolu olan Qarasuya tərəf. Uşaqlıq çağlarıma gedən yolu, cığırı tikan, qanqal basıb. Gözüyumulu taparam dediyim yolu, ha baxıram ayırd edə bilmirəm (Mina təhlükəsi xəbərdarlığı da var!). Kəndin aşağısında sonradan salınmış cığır məni sərhədə deyil, Cocuq Mərcanlı kəndinə tərəf aparır və məsciddə bitir. Bu kənddə heç vaxt məscid olmayıb. Ürəyə huzur verən azan səsindən sonra kənd camaatının oraya axışacağını zənn etsəm də, mənlə gedənlərdən başqa heç kimsə gəlmədi. Mən bəzilərinin fəxrlə dedikləri: "Şuşadakı Gövhər ağa məscidinin eynisini Cocuq Mərcanlıda tikdik” fikrini anlamaqda çətinlik çəkirəm. Yaxud, Ağdamdakı məşhur Çay Evinin... Sizə də elə gəlmirmi? O torpaqları geri almadan onun kopyalarını çıxarıb dar çərçivəyə sığışdırmaqda nə məna görürsünüz? O müqəddəs torpaqlardakı yer adlarını restoranlara, şadlıq evlərinə, kafelərə, marketlərə verməklə işbazlar vətənpərvər olduqlarını nümayiş etdiklərini zənn edirlər. Amma bu, məndə ikrah hissi oyadır və məncə bu adların qoyulmasını qadağan etmək lazımdı. Bir neçə ildən sonra indi o torpaqlardan uzaq düşmüş uşaqlarımızdan, gənclərimizdən Qarabağ, Şuşa, Laçın, Kəlbəcər... soruşanda şadlıq evi, restoran, gecə klubu, market ünvanı göstərəcəklər. O zaman onları başa sala bilməyəcəyik ki, Qarabağ kafe deyildi...

Bayaqdan düşünürəm, niyə kəndə gələndə xatirələr daha çox yapışır yaxamdan. Tapdım deyəsən, indi bildim məni xatirələrin ağuşuna atan kəndimin havasıdı. Mərmilər, güllələr atılsa da, hava təmizdir, lap ondakı kimi. Mənə doğma olan – uşaqlığımdakı kimi, şirin yuxu verən təmiz hava elə əvvəlki kimi bihuşedicidi. Ciyərdolusu hava uda bilirsən kənddə.

Sanki cılızlaşmış, suyu azalmış, sahili sozalmış çaya baxıram - axır, bir an gördüyün suyu bir saniyə sonra görə bilməzsən, çünki o su axıb gedir gözlərin qarşısındakı isə o deyil. Ömür də belədi, bir anın qətiyyən o birini əvəz edə bilməz. Görəsən havadamı eynidir? Bəs niyə mənə bu qədər doğmadır. Elə o zamankı kimi! Hələ çiçəklər, baharın gəlişiylə hər tərəfə gözəllik, ən bahalı marka parfüm şirkətlərinin yaratmağa gücü yetməyəcək qədər əvəzedilməz təbii qoxu paylayan, rəngarəng çiçəklər. Ey qarı düşmən, bizim içimizdə bu istək varsa, qopara bilməzsən bizi torpaqlarımızdan! Sən nə qədər cəhd etsən də, bu torpaq bizi səsləyəcək, özünə çəkəcək, torpaq özü bağlayacaq bizi yurda, elata.

Əmin Abidin təbirincə:

Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Amma səni qoruya bilmirik, gücümüz çatmır. Qarşında günahkarıq, günahsız yurdum. Şah babamız Xətai nəsihətini, vəsiyyətini bugün üçün etmişdi: "Ey türk oğlu, dilinin bir kəlməsini dünyanın ləl-cəvahiratına, bir ovuc torpağını dünyanın var-dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərə çatdır”. Qoruya bilmədik, Şah babam! Qoruya bilmirik. Əlimdən bir şey gəlmədiyi üçün mənə yalnız ötənləri xatırlayaraq kədərlənmək, ağlamaq qalır. Başqaları uşaqlıq xatirələrini çözələyərkən "kəndimizdəki filan ağacın altı”, "filan təpənin üstü”, "filan dağın ətəyi” deyə bilirsə xoşbəxtdi, çünki biz onu deyə bilmirik, o xatirə erməni mərmisiylə dağıdıldı. İndi yenisini qururuq. Əlinizdə olanın qədrini bilin, - demək istəyərdim, amma xeyri yoxdu, çünki biz yenə unudacağıq, yenə əziləcəyik, yenə düşmənə qucaq açacağıq və yenə yurd həsrətiylə ulayacağıq...




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK