ANA SƏHİFƏ / AVTOMOBİL

Azərbaycanda avtomobillər UCUZLAŞACAQ

14414    |   2018-04-12 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş "Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir.

İqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycanda avtomobil istehsalının təşkil edilməsi qeyri neft sektorunda kifayət qədər innovativ müəssisənin istehsalı kimi qiymətləndirilməlidir:

"İllik 7 min avtomobilin istehsal edilməsi bir tərəfdən idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Nəticədə idxal olunan avtomobillərin bir hissəsi yerli bazar hesabına ödəniləcək.

Bundan başqa, yeni brendin yaradılması ekonom avtomobillərin qiymətlərinə təsir göstərəcəyi gözlənilir. Neftçala Sənaye Məhəlləsi Azərbaycanın ilk sənaye məhəlləsidir və ölkə iqtisadiyyatında çox önəmli rol oynayır. Belə sənaye məhəllələrində Azərbaycan brendi ilə yeni və keyfiyyətli ixracyönümlü məhsulların istehsal olunması ölkəyə xarici valyutanın daxil olması baxımından çox vacibdir.

Ekspertin sözlərinə görə, Azərbaycana avtomobil qiymətlərinə təsir edəcək:

"Bu, ilk illərdə olmasa da, tədricən sonrakı illərdə xaricdən idxal olunan, ili köhnə avtomobillərin qiymətlərinin azalmasına gətirib çıxara bilər.

Amma 2018-ci il üçün ekonom avtomobillərdə qiymət azalması gözlənilmir. Nəticə etibarı ilə istehsalın gücləndirilməsi və bazara yerli məhsulların daxil olması ili köhnə olan və 2000-ci illər ətrafında istehsal olunan avtomobillərin qiymətlərində azalmalara gətirib çıxaracaq”.(modern.az)




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK