ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: BEYLƏQANDAN BAŞLANAN DOSTLUQ

Nizam Rüstəmovun 70 yaşına dost təbriki

4783    |   2018-04-10 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən dostlar, tanışlar haqqında yubiley yazıları yazanda çevrilib arxaya baxırsan və o dostluğun, o tanışlığın ilk anından bilgisayar önündə dayandığım məqama qədər olan zaman kəsiyini xəyalən bir də keçib gəlirsən. Və yol boyu da yaddaş səhifələnir, vərəqlənir, sən də özünü dostluqla birlikdə o səhifələrin naxışlarında, yazılarında, cizgilərində görürsən. Və bu da həm ötənləri təkrar yaşamaqdı, həm də ötənləri təkrar yaşatmaq.

Bəli, həyatın qəribəlikləri içərisində bir məqam da var. O da təsadüf və zərurətdən gəlib keçir. Elə bir insan yoxdur ki, onun həyatında təsadüf və zərurət olmasın. Bax, bu mənada mənim 1988-ci ildən başlayan və əslində itirdiyim yurd-yuvamla bağlı ömrümə yazılan günlərin içərisində onun da adı var. Yəni bir mətbuat işçisi kimi mən dəfələrlə Beyləqanda, o vaxtkı Jdanov rayonunda olmuşdum. Lakin onunla qarşılaşmaq, onunla tanış olmaq zamanın hardasa qisməti, sən demə, elə 1988-ci ilin alnına yazılıbmış. Bu alın yazısı mənim də, yəqin ki, elə onun da həyatında yaxşı bir cığırın, bir izin başlanğıcı oldu. Və beləcə, başladı mənim Nizam Rüstəmovla tanışlığım...

İlk tanışlığımızda öyrəndim ki, Nizam müəllim vəkil işləyib, ali təhsilli hüquqşünasdı. O vaxtkı Dövlət Universitetini bitiribdi. Respublika Vəkillər Kollegiyasının üzvüdü. Necə deyərlər, əslən Beyləqanın özündəndi. Qardaşı da qələm adamı, mətbuat işçisi, jurnalistdi. Təbii ki, o illərin "Sovet kəndi" qəzetində işləyən İltizam Rüstəmovu yaxşı tanıdığımdan onun qardaşı Nizam müəllimlə münasibətlərimiz tezliklə dostluğa, doğmalığa çevrilməyə başladı. Yəni bu nəsil barəsindəki bilgilərim mənə imkan verdi ki, Nizam müəllimlə bir az da yaxınlaşım, bir az da könül qapılarını onun üzünə açım. Və belə də etdik. Sonra...

Sonra hadisələrin inkişafı öz axarında Nizam Rüstəmovu prokurorluq sisteminə gətirdi. Və o, 1992-ci ildə respublikanın baş prokurorunun əmriylə Şirvan şəhərində fəaliyyətə başladı. Sonra Beyləqanda, Füzulidə, Ağcabədidə şəhər və rayon prokurorluqlarında böyük köməkçi vəzifəsində özünün bilik və bacarığını sərgiləyə bildi. Bu qısa xronologiyanı sözgəlişi xatırlatmıram. Demək istəyirəm ki, üç övlad, yeddi nəvə sahibi olan Nizam Rüstəmov 1992-ci ildən yaş həddiylə bağlı təqaüdə göndərildiyi ana qədər özünün şəxsiyyətini, özünün peşəkarlığını və bir də insanlarla, ətrafla səmimi, gerçək münasibətini təkcə qoruyub saxlamadı, həm də onu püxtələşdirdi, onu cilaladı. Sübut etdi ki, o, vəkil kimi çalışdığı illərdə qazandığı nüfuzu, qazandığı etibarı prokuror köməkçisi işləyəndə bir az da güvənli etdi, bir az da onun insanlara faydalılığını, özünün isə insanlıq çalarlarını, müsbət keyfiyyətlərini artırmaqla bar gətirən ağac kimi ailəsinin də, dostlarının da qürurunu, sayğısını, sevincini möhkəmlətdi. Bütün bunların bir səbəbi də kökünə aid olduğu ünvana sədaqətdən qaynaqlandığından Nizam Rüstəmov öz kimliyini hansısa bir dəyişən vəzifəyə qurban vermədi. Əksinə, dəyişən vəzifəsiylə öz kimliyini bir az da bütövləşdirdi. Və...


Bəli, mən onunla Beyləqanda tanış olub, sonra da dostlaşdım. Evinin, ailəsinin ünvanını bildim. Övladlarının xoş günlərinin iştirakçısı oldum. Kədərli anlarının həmsöhbəti kimi ona könül toxtaqlığı verənlərin sırasında yer tutdum. Bütün bunlar mənim təkcə çörək kəsib dostluq missiyası daşıyan bir insan kimi borcum olmaqla yanaşı, həm də Nizam Rüstəmovla bizim ikimizin ortaq dostlarının da sayəsində reallaşmışdı. Şəxsən mən hər dəfə ya telefon zənglərimizdə, ya Beyləqanda, Bakıda görüşlərimizdə bu gün təqaüddə olan və 70 yaşının əlini sıxmağa yaxınlaşan Nizam Rüstəmovla üz-üzə gələndə öncə çox dəyərli dostum mərhum Elman Ağayevi xatırlayıram. Elman müəllimlə Nizam Rüstəmov birlikdə işləyirdilər. Rəhmətlik Elman müəllim uzun müddət hüquq-mühafizə orqanlarında çalışmışdı və biz Nizam müəllimlə tanış olanda o, Beyləqan rayon prokurorunun müavini, sonra isə prokuror əvəzi vəzifələrini icra edirdi. Çox zarafatcıl, ədəbiyyata, sənətə böyük sevgisi olan, başdan-başa müsbət aura daşıyıcısı kimi yaddaşıma hopmuş Elman Ağayevlə hər dəfə qarşılaşanda dərhal zarafatla deyirdi:

- Bəlkə Nizama bir tapşırıq verək!

Mən də guya heç nədən xəbəri olmayan kimi soruşurdum:

- Elman müəllim, nə tapşırıq?

- Sənin kimi şair, jurnalist qonaq gəlmisən. Bir qara çolpa, ya bir qara quzu, nəsə bir şey təşkil eləsin, birinci sağlığı da Nizamın şərəfinə içək...

Bu sözdən sonra Rüstəmovu çağırtdırırdı yanına. Çox ustalıqla məsələni ona çatdırırdı. Təbii ki, bir tikə çörək. Bir saat istirahət hər kəsin haqqıdı. Amma onu dostlarla birlikdə yemək, o süfrə arxasında deyib-gülmək isə bunu bacaranların qabiliyyətidi. Bax, rəhmətlik Elman müəllim də, eləcə dəyərli dostum Nizam Rüstəmov da çörəyin qədrini bilən, dostluğa önəm verən KİŞİlərdən idilər. Ona görə də onlar Füzuli rayon prokurorluğunda işləyəndə də bu münasibətləri qorumağı, yaşatmağı bacardılar.


Mən Nizam müəllimin çalışdığı rayon və şəhər prokurorluqlarının hamısındakı vəziyyətdən xəbərdar idim. Onunla Şirvanda da, Füzulidə də, Beyləqanda da, Ağcabədidə də görüşlərimiz kifayət qədər olmuşdu və içdiyimiz çay, kəsdiyimiz çörək öz halallığını heç vaxt nəyləsə qarışdırmayıbdı. Ona görə də dostluğumuz yaşayıb və yaşayır... Ona görə də münasibətlərimiz də dostumun adının mənası kimi nizamlı olub.

70 yaşı tamam olan Nizam müəllimin xoş günlərində onun barəsində söhbət salıb tanıyanlardan, bilənlərdən bir növü atüstü fikir öyrənməyə çalışdım. Millət vəkili, yazıçı-publisist Aqil Abbas bildirdi ki, yollarımız kəsişib Nizam müəllimlə. Qardaşı İltizamla birlikdə işləmişəm. O ailəyə, o nəsilə böyük hörmətim var. Və Nizam müəllimin peşəkarlığını da, insanlığını da həmişə yüksək qiymətləndirmişəm. Bu gün də ona həmin o böyük sayğıyla uzun ömür, can sağlığı arzu edirəm.

Bəli, yaşanan günləri, ayları, illəri şərəfli etmək hər kəsin öz əlindədi. Bu mənada təqaüddə olan kiçik ədliyyə müşaviri Nizam Surxay oğlu Rüstəmov 70 ili şərəflə yaşayıb və bu illərin özünü də şərəfləndiribdi. Ona görə də unudulmur, yaddan çıxmır. Bir veteran kimi respublika prokurorluğu rəhbərliyinin yaddaşında onun adı var və əlamətdar günlərdə, peşə bayramlarında böyük hörmətlə adı çəkilir, hədiyyələri, mükafatları ünvanına göndərilir. Bir dost olaraq düşünürəm ki, 70 yaşının tamamında o yenə xatırlanacaq, yenə mükafatlandırılacaq. Mən isə öz növbəmdə dəyərli Nizam Rüstəmova gümrah və uzun ömür arzu edirəm. Nəvələrin, nəticələrin xoş günlərinin şahidi olmasını ona Tanrı nəsib etsin!..



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK