ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: ADAMIN LAP ƏTİ TÖKÜLÜR EY!

11739    |   2018-04-04 14:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Elə bil çoxları üçün hər şey göydəndüşmə olur. Yəni nə yoğurur, nə yapır, hazırca kökə tapır. Aylarla, illərlə əzab-əziyyət çəkən, dişiylə, darnağıyla nəyisə əldə edən və hər addımbaşı da nadanın, cahilin təpkisinə, sıxıntısına məruz qalan istedadlı adamlar isə çox vaxt yerlərində sayırlar. O qədər yerlərində sayırlar ki, bir də baxıb görürlər qocalıb əldən düşüblər və hara getdi iş istəyəndə bildirirlər ki, artıq sən qocalmısan və təqaüd yaşındır. Bizə sənin kimilər lazım deyil…

Bax, bu sözü eşidən istedadlı, savadlı adamın ayağının altından yer qaçır. Və bir anlıq ürəyi, əlləri əsməyə başlayır və dodaqları titrəyir. Bir yerə baxır, bir göyə, bir də ötən günlərə boylanıb görürür heç bir iş görməyib, papağı günə yandırıb. Ancaq iki eşşəyin arpasını bölə bilməyənlər və hətta tərcümeyi-halını yazmağı bacarmayanlar nəinki özlərinə, övladlarına və nəvələrinə bir gün ağlayıblar. Onları işə də düzəldiblər, ev də alıblar və altlarına maşın da qoyublar…

Biz heç kimin paxıllığını çəkmirik ey! Kiminsə nəyi varsa sağlığına qismət! Amma gözə o görünən nədirsə, onu halal yolla, alın təriylə, zəhmətlə qazansın. İndi gəlin görək bizdə yerə, göyə sığmayan evlərinin sayıyla öyünən, maşınlarıyla fəxr edən, sayı-hesabı bilinməyən mağazalarını, dükanlarını gözə soxan adamların hamısımı bu var-dövləti halal yolla əldə eləyib? «İki eşşəyin arpasını» ifadəsini boş yerə işlətmədik. Bax, o iki eşşəyin arpasını bölə bilməyənlər, tərcümeyi-hallarını yaza biləmyənlər, amma çox maddiyata malik olanlar nəyi desən əldə ediblər.

Tez-tez oxuduğum bir kitab var: «Qabusnamə». Orda yazılır ki, harda uca imarət gördün, harda bir-birindən yaraşıqlı malikanələr gözünə dəydi, bil ki, onun hər daşı, hər kərpici haramlıqdan yoğrulub. Bununla da işimiz yoxdur. Çünki «Qurani-Kərim»də buyrulur ki, kim nə iş görür, ona görə də buna özü cavab verəcək...

… Son vaxtlar isə bir çox toy müğənnilərinin bir-biriylə bəhsi başlayıb. Biri deyir beş evim var, biri deyir altı evim var, biri də beşmərtəbəli villasının görüntülərini sosial şəbəkədə yayır. Bayaq dedik axı, kimin nəyi varsa sağlığına qismət. Amma bu var-dövləti başqalarının gözünə soxmaq lazım deyil. Çünki bura Azərbaycandır və hamı da bilir ki, kim o var-dövləti hansı yolla əldə eləyib. Xüsusən də müxtəlif televiziya kanallarında səsi olmayıb görünüşü gözəl olan qadın müğənnilərin bu pulu necə qazanması çoxlarına yaxşı bəllidir.

Bir dəfə əməkdar artist Baloğlan Əşrəfov qadın müğənnilərin villaları ilə bağlı söhbət düşəndə dedi ki, məndən çox toya gedən yoxdur, mənim elə malikanələrim və villalarım yoxdur. Düz sözə nə deyəsən? Özü də Baloğlan Əşrəfov sevilən müğənnilərdəndir. Əlli ilə yaxındır ki, toylara gedir və özünün çoxlu sayda pərəstişkarları var.

Hələ heç kəs dünyasını dəyişəndə özüylə o dünyaya bir var-dövlət apara bilməyib… Hələ heç kəs rəhmətə gedəndə o dünyaya nə maşın aparıb, nə də beşmərtəbəli ev… Hələ heç kəs bu qədər var-dövlətdən o dünyada kiməsə verib cənnətə düşməyi bacarmayıb… Ən yaxşı halda kimsə Allah-Təala qismət eləsə beş metr ağ apara bilər. Bunu da qismət eləsə deyirik ha! Bəzən elə ölümlər olur ki, heç adamın baş verən faciə zamanı bir tikəsini də, bir sümüyünü də tapmaq mümkün deyil...

… O günü qəzetimizin gənc yazarlarından Nicat Novruzoğlu telefonunu qurdalayaraq internetdən bir neçə hikmətli sözlər oxudu. O sözlərin biri yadımda qalıb: «Bu gün ayağın altında bitən kol, sabah məzarın üstə bitə bilər». Görəsən bunu dərindən düşünən, duyan, anlayan adam varmı? Təbii ki, var, niyə də yoxdur! Amma anlamayanlar, cahillər və nadanlar daha çoxdur!..

Bəzi müğənnilərin müxtəlif televiziya kanallarına böyük «sevgisi» lap adamın ətini tökür. Elə hansı kanalı açırsan, ya Şəbnəm Tovuzlunu görürsən, ya Əlikrəm Bayramovu, ya Yusif Mustafayevi, ya da başqalarını. İnsaf naminə deyək ki, onlar heç də pis müğənni deyillər. Yəni özlərinə görə dinləyicisi, səsi və avazı var. Amma bu kanaldan o kanala çıxıb ucuz reklam dalınca qaçmağı şəxsən bir tamaşaçı kimi onları mənim gözümdən salır. Bəzən başa düşmək də olur. Çünki «toy tutmaq» lazımdır, pul qazanmaq vacibdir. Adlarını qeyd elədiyim müğənnilər reklam üçün nə qədər pul xərcləyir. Heç də özəl kanallar hər gün efirə çıxardıqları müğənnilərin qara qaşına, qara gözünə aşiq deyil. Onların puluna və cibinə aşiqdilər. Əgər həmin müğənnilər bir dəfə o kanala pul verməsələr, çətin ki, ikinci dəfə onları özəl kanal dəvət eləsin. Burda Rəmişin bir fikri yadıma düşür: «Özəl kanallar Kubinkaya bənzəyir. Pul verməsən səni heç vaxt efirə dəvət eləməzlər».

Rəmişin bu sözlərindən sonra bəzi özəl kanallar özlərini yığışdırdılar, onu deyəsən efirə pulsuz dəvət eləməyə başladılar. Və bir də özəl kanalların minnəti olsun ki, Rəmiş kimi vertioz bir musiqiçi o kanala gəlir və gitaranı əlinə götürüb möcüzələr yaradır.

Axı, bəzi müğənnilərin tez-tez efirə çıxmasından danışırdıq. Bunu da başa düşmək mümkündür. Amma ürəkağrısıyla deməliyik ki, elə müğənnilər var ki, hər hansı verilişə dəvət olunur, orda ekspert kimi çıxış edir və bu zaman da savadsızlığını üzə çıxarır. Dəfələrlə tanıdığım, yaxşı səsi olan müğənninin söhbət zamanı gülməli vəziyyətə düşməsinin şahidi olmuşam. Bax, həmin müğənnilər bir daha dərindən düşünməli, öz tamaşaçılarına hörmətlə yanaşmalı və elitar, elmli, savadlı insanların gözlərindən özlərini salmamalıdılar.

Mənim bir dostum var, Tovuzda yaşayır. Adını deməyəcəyəm, özü hesabını götürəcək. Onun da Rusiyada çox yaxşı imkanlı qardaşları var. Yəni alverlə çoxlu pul qazanıblar. Loru dildə demiş olsaq, pula pul demirlər. Bakıda, Gəncədə, lap elə Rusiyanın özündə 7-8 evləri var. Sözümün canı bu deyil. Sözümün canı odur ki, həmin qardaşlardan biri bir il bundan qabaq Tovuzda bir toy elədi, müğənnilərə, özü də «bezdarnı» müğənnilərə 60 min manat pul verdi. Və o müğənnilər də bu pulu görəndə sevincindən gözləri kəllələrinə çıxdı. Yapışdılar onun yaxasından, qadan alım, belə toy olanda bizi çağırın...

… İndi onun Rusiyada olan balaca qardaşı da nəvəsinə sünnət eləyir. Toya kimi dəvət eləsə yaxşıdı?! Damlanı və bir də meyxanaçı Pərviz Bülbüləni. Onlara nə az, nə çox 20 min manat pul verəcək. Özü bilər, istəyir 100 min versin! Amma bizim Rusiyada yaşayan bəzi iş adamlarımızın pulları çox olsa da, musiqi zövqləri çox bəsitdir. Ay qardaş, elə Tovuzda nə qədər gözəl müğənnilər, aşıqlar var, onları dəvət elə də?! Elə qonşu kəndinizdən olan Aşıq Zülfiyyəni niyə gətirmirsən? Həm yaxşı saz çalır, həm də yaxşı oxuyur. Çünki qardaş, «ev buzovundan buğa olmaz» deyimi bax, burda lap yerinə düşür. Biz heç vaxt gözümüzün qarşısındakını, yanımızdakı istedadı qiymətləndirməyi bacarmırıq. Təki kənddə desinlər ki, bəs filankəsin toyuna Bakıdan filan «bərkgedən» müğənni və meyxanaçı gəlib…

Nə isə… Mən çox acı danışıb kimlərinsə kefinə soğan doğramaq istəmirəm. Allah bütün valideynlərin ovladlarına, nəvələrinə toy qismət eləsin. Çünki imkanımız olanda biz də gedib qohumların toyunda kefimiz istədiyi kimi olmasa da, elə-belə də iştirak eləyirik. Axı bizim pulumuz, varımız, dövlətimiz başqaları kimi çox deyil . Məsələn, pullu adamı toya dəvət eləməyəndə inciyir, pulsuz adamı toya dəvət eləyəndə küsür. Deyir ki, ay rəhmətliyin oğlu, bu basabasda Məşədi İbadın sözü olmasın, heç hənanın yeridimi məni toya sağırırsan?!

Deyəsən, ətimiz töküldü axı! Bu cür söz-söhbətlərdən, bəzi müğənnilərin sinəsinə döyüb özlərini reklam eləməsindən. Və bir də ətimiz niyə tökülməlidir? Guya ətimiz var idi ki, tökülə də! Onsuz da bir həsirik, bir də Məmmədnəsir!!!...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK