ANA SƏHİFƏ / YAZARLAR

DAY-DAY

Nicat Novruzoğlu

9250    |   2018-03-29 16:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zəmanəmizin xilaskarı. Neyləyərik onsuz biz? Odur bizi tramplinə mindirən, odur bizi dartıb aparan, odur bizi biz eliyən. Onsuz biz nə karəyik.

Bu day-day o əksəriyyətimizdə olan dayıdan deyil. Yəni anamızın qardaşına dediyimiz dayıdan deyil. Bu day-daydı. O anamızın qardaşından da, hələ desəm özümüzdən də qiymətlidi.

Biri dünyaya gəlir. Böyüyür boya-başa çatır. Savada, elmə yiyələnir. Bu savadla, elmlə düşür bizim yaşadığımız əyalətin gerçəkliyinə. Özünü oda vurur, oddan bir şey çıxmır. Bu dəfə közə vurur. Közdən də bir şey çıxmır. Vurnuxur, hoppanıb-düşür, ora qaçır, bura qaçır. Amma nə fayda. Qalır ortalıqda. Day-day yoxdu deyə. Deyən də zamanında zaman deyib-bir ləlsən, çifaidə, yox qədrini bilən.

Amma böyründəki savadsızın biri gedir hey irəli. Heç ortalıqda görsənmir də. Elə xımır-xımır, addım-addım, səssiz-səssiz gedir irəli. Deməli, day-dayı var. Deyən də yoxdur ki, ayə, hara gedirsən, ayə.

Və yaxud da ki, oxumur qiymət alır, içkili vəziyyətdə "qai" saxlayır buraxır, sənəd verir darampıltıyla götürürlər işə, adam döyür gəzir, ağac kəsir, daş atır, mahnı oxuyur, bina tikir, torpaq zəbt edir, yolu qazır, klinika açır, dərman satır, rüşvət alır və s.

Day-day həyat içində həyatdır.

Day-day şandı, şöhrətdi. Lap elə baldı.

Hələ sevgidir də. Ən böyük sevgi day-daya olan sevgidir.

Day-day bir sığorta kartıdır. Hələ ondan da qabaqdı.

Amma nolsun ki, biz day-daylarımıza o bizə verdiyimiz həyatın müqabilində heç nə etməmişik. Çox heyf.

Baxdım şairlərimizin day-day haqqında qələmə aldıqları bir şeir tapmadım. Elə bil bunların day-dayı olmayıb. Elə bil day-daysız yaşayıblar. Day-daysız şair olar? Nolar bir day-day şeri yazsaz? Misranızın qafiyəsi pozular?

Heç day-day mahnımız da yoxdu. Oxumamışıq day-dayımıza mahnı. Anaya oxumuşuq, ataya oxumuşuaq, bacıya, qardaşa, sevgiliyə, balaya, meşəbəyinə, tut ağacına, qara xala, sarı gülə, nə bilim daha nələrə, amma day-dayı unutmuşuq. Baxmayaraq ki, day-day oxudub onları. Day-day dəstəyi ilə çıxıblar efirə.

Day-day odur ki, kimisə saxlasın. Day-day ki kimisə saxlamadı o day-day sayıla bilməz. Kimisə saxlamaq day-dayın nizamnaməsi, əsasnaməsidir. Di gəl ki, bir saxlanılan durub deməz ki, məni filankəs saxlayır. Məsələn, götürək elə müğənniləri. Bu balaca ölkədə əksəriyyət bilir ki, kimi kim saxlayır, kimi də xalq saxlayır. Həmişə xalqın adını çəkirlər, amma day-dayın yox. Niyə ay manıs, day-day sənə pislik edib? İstəmisən manıs olasan, o da edib də.

Hələ bu bir tərəfə. Birdən ki, bu day-dayın həmən o manısla şəkili çıxa efirə. Yenə də danırlar. Manıs da danır, day-day da. Onda məlum olur ki, sən demə, day-day sənətsevərmiş. O üzdən manısa day-daylıq edirmiş.

Bütün bunlarla yanaşı bir də görürsən ki, biri pır elədi qanadlandı. Deyirlər ki, redbull içib. Boş söhbətdi. O qanadı redbul verə bilməz. Həm də redbulun verdiyi qanad 1-2 saatlıq qanaddır. Onun redbulu day-daydır. Day-dayın verdiyi qanadın etibarlılıq müddəti müddətsizdi.

Day-dayın hər şeyi olduğu kimi cinsi də olur. O həm qadın cinsində ola bilər, həm də kişi. Amma hər iki halda da day-day elə day-daydır. Bu gün elə qadın day-daylar var ki, kişi day-dayları heç nədir onun yanında. Kölgəsində itib batır. Ona görə deyiblər ey, day-dayın erkəyi-dişisi olmaz.

Bu virtual həyat da day-daylara soyuqqanlı yanaşır. İnternetdə day-day yazdım kimsə çıxmadı. Çox heyfisləndim. Niyə gizlədirsiniz day-daylarınızı? Və ya nə vaxtacan gizlədəcəksiniz day-daylarınızı?

Bəlkə də day-daylar özləri bu gizlinli

yin tərəfdarıdırlar. Təvazökarlıq.

Vikipediyada day-day səhifəsi yoxdu. Yığmıyıb day-dayları başına vikipediya. Onların etdiklərini çatdırmayır dünyaya.

Bax belə, laqeyidlik axırı day-daysız qoyacaq Sizi. Gizlətməyin day-daylarınızı. Qoy hamı bilsin ki, kim kimin day-dayıdır.

P.S. Yeri gəlmişkən, mənə bir xahişlik day-day lazımdır. Kim day-dayını borc verə bilər?




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK