nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | DƏMLƏNƏN QAZIMIZ Adalet.az | DƏMLƏNƏN QAZIMIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DƏMLƏNƏN QAZIMIZ

Nicat NOVRUZOĞLU

13119    |   2018-03-12 17:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çayı qoymuşam dəmə. Dəm alır özü üçün, həm də mənim üçün. Dəmə düşdükcə suyunun üzərinə qalxır çay. Üzərini tam tutduqda hazırdı. Bir az geciksən qaynayar. Acı olar çayımız. Tələssən də dəmsiz olar. Gərək vaxtında götürəsən odun üstündən. Noolsun ki, rəng qatıblar. Adı ki, çaydı. İçəndən sonrada vacibdir ki, stəkanını yaxalayasan. Yaxalanmamış qalsa içimizin rəngini görəcəyik orda.

Tək çay dəmlənmir. İnsanlarda dəmlənir. Onlar da özlərini dəmə qoyurlar. Bu dəmin suyu spirtdi. İçib dəmləşirlər. Olurlar əjdaha. Başlayırlar sağa-sola od püskürməyə. Həm ətrafındakıları yandırırlar, həm də özlərini. Ya qəza törədirlər, ya da ki, cinayət. Can da alırlar. Cəzaların da.

Dəmlənib can alan həm də qazdır. O hər zaman dəm olub. Elə bu səbəbdən adı dəm qazıdı. Bu dəmlilikdə həm də qaz var. İkisi bir yerdə daha güclüdü. Həm də ki, sakit. Dəm qazı canı sakitcə alır. Bir də ayılırsan ki, hə... Dəm qazı "dəmləndirib" səni.

Biz həmişə qazdan istifadə edirik. Həmən o dəmli qazdan. İstifadə edirik ki, bədənimiz isinsin. Yeməyimiz isinsin, çayımız isinsin, başımıza axıtdığımız su isinsin. O da bizə bu xidməti göstərir. Yanır bizim üçün. Amma bir də görürsənki həm yanır, həm də "dəmləndirir". Çıxır axırımıza sakit-sakit. Alır canımızı.

Maraqlandım ki, ötən il nə qədər insanımızın nəbzini dəm qazı dayandırıb, tapa bilmədim. Yoxdur belə rəqəm. Bunun statistikasını aparan yoxdu. Yəqin ya qazın dəmindən, ya da ki, dəmin qazından ehtiyat edirlər. Ya da ki, ölümün sakit gəlməsi hələ bizi ayıltmayıb. O səbəbdən statistikası da yatıb. Bəlkə də elə onu da dəmləndirib.

Məncə, insan ölümünün səbəblərinin statistikası aparılmalıdı. Nə qədərimizin ürəyi partlayıb, nə qədərimizi xərçəng aparıb, nə qədərimiz qudurub ölüb, nə qədərimiz suda boğulub, nə qədərimiz yol qəzasında ölüb, nə qədərimiz həsrətdən ölüb, nə qədərimiz döyüşüb ölmüşük, nə qədərimizi maşın vurub və s. O cümlədən də nə qədərimizi dəm qazı öldürüb. Yəqin ki, bu ölümlərin eləsi var ki, statistikləşir. Amma dəm qazının aldığı canların statistikası yoxdur.

Biz də hər şeyə nəysə qatırlar. Qatqısız nəyimiz var? Qatılanları yazsam çox olar. Qatılmayanı da ki, tapa bilmədim. Deyirlər ki, dəm qazına nəysə qatırlar. Və bu qatqı havada spesifik bir kütlə yaradır ki, insan bu kütlə içərisində çox qala bilmir. Bəlkə də düz deyirlər. Bəlkə də maraq var bu söhbətdə. Bunu yaza bilmərəm. Çünki bilmədiyimi yazmam. Bəlkə də qatmalıdırlar ki, qaz yansın.

Yazmaq istədiyim başqa məsələdir. Laqeydlikdir, məsuliyyətsizlikdir.

İnsanlar ölür. Məsuliyyətsizlikdən də ölür. Həm də maarifsizlikdən də. Niyə kimsə çıxıb insanları başa salmır ki, dəm qazı istifadə etdiyiniz otaqlarda təhlükəsizlik üçün nə etməlisiniz? Niyə zamanı çatanda qapımızı pul üçün döyən məsullar bir gün də qapını döyüb dirəşmirlər ki, tüstü bacanızı təmizləyək? Məgər onlar ancaq pul yığmaq üçünmü işə götürülüblər? Onların belə vəzifə borcları yoxdurmu?

Mənzil istismar sahələri, mənzil tikinti kooperativləri cibdən başqa tüstü bacasına da baxsalar olmazmı? Qorxurlar ki, gözlərini tüstü tutar?

Sumqayıtda 6 nəfər dəm qazından öldü. Ölənlərdən 3-ü uşaq idi. Gələcəyini bilmədiyimiz uşaq. Vəzifə və məsuliyyətini anlamayan kiminsə məsuliyyətsizliyinin güdazına gedən uşaq. Azdırmı? Yenəmi öldürək? Və ya yenəmi ölək?

Onlar ölən gündən artıq bir neçə gün keçib. Zamanında yazmadım. Gözlədim. İzləyirdim KİV-i. Bu faciədən sonra bir adam çıxıb camaatı maarifləndirmir ki, necə edin ki, canınızı qaz almasın. Danışan olmadı. Əvəzində ailənin digər üzvünü axtarıb tapıb soruşdular ki, sən niyə neçə gündür ata-ananla əlaqə saxlamırsanmış ki, biləsən ki, boğulub ölüblər.

Gərək onu da verəydilər dəm qazının caynağına ki, sən də öl.

Kim istər ki, ölsün? Amma hamı öləcək. Bəziləri də dəm qazından öləcək. Nə edək ki, ölməsinlər? Mən bu vaxtsız ölümdən necə qurtulmağın yolunu bildiyim qədəri ilə yazım. Bəlkə yaşamağınıza bir köməyimi dəydi.

Yaşadığınız həyət evlərində tüstü bacanızı evinizin damından ən azı 1 metr yuxarıya qaldırın. Qoy bacanız evinizdən hündür görsənsin. Qaz yandırdığınız vanna otağında qapının aşağı hissəsində bir neçə dəlik açın. Yaşadığınız binada tüstü bacalarının içərisinin təmizlənməsinə diqqət ayırın. Havanın buradan necə sorulmasını mütəmadi yoxlayın. Ki, çox yaşayasınız. Əgər istəyirsinizsə.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-08
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK