ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: OVQATIN İFADƏSİ

Qaranlığı otağıma daşıdığım anın yazısı

10445    |   2018-03-02 16:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç yaxşı xəbər olmadı. Səhərin gözün açılar-açılmaz bütün informasiya şəbəkələri yaydı bu acı xəbəri. Və biz də ölkə paytaxtında baş vermiş faciənin təsiri altına düşdük. Təbii ki, üzülmək insana məxsus hissdi, amma həyat da davam edir. Bunu da insan anlayır. Bu davam edən həyatda hər üz var - kədəri də, sevinci də, gecəsi də, gündüzü də, işığı da, qaranlığı da. Yəni insanın fizioloji olaraq iki sifəti olduğu kimi, onun yaşadığı həyatın da iki sifəti var. Görünür, elə bunun özü də hardasa insanı istiqamətləndirən, yönəldən və bəlkə də elə yaşadan səbəblərdən biridir. Nə bilim...

Bu fikir qəflətən gəldi ağlıma. Söz-sözü çəkdi və özüm də bilmədən ağlımdan gəlib keçdi. Elə ağlımdan keçənlərin işığında baxdım ətrafa. İstədim çevrəmdə olanların sifət cizgilərini bir-bir oxuyum. Gördüm ki, yox, bacarmayacam. Ona görə ki, bu cizgilər də ikilidi. Görünəni də var, alt qatda qalanı da, yəni görünməyəni də. Hətta görünməsinə rəng qatılanı da. Bu da "xüsusi" adamların qabiliyyətidi. Onlar mühitə, təbiətə, havaya, duruma uyğun olaraq sifət cizgiləri daşıyırlar. Ona görə də o cizgiləri oxumaq özü bir məktəb keçməyi tələb edir. Mənim də yaşım artıq məktəbli yaşını çoxdan geridə qoyubdu. Hətta geridə qoymasa da, inanmıram ki, məni o məktəbə yaxın buraxsınlar. Axı, o məktəbə də təqdimat və bir də dayaq duran lazımdı. Yəni sözümü deyəsi bir kimsə gəlmir ağlıma. Amma...

Amma bildiyim bir şey var. O da Tanrı yazısıdı. Allahın yazısını heç kim dəyişmək gücündə deyil. İstəyir səni qəbul edən olsun, istəyir etməyən. Bax, bu prizmadan baxanda əvvəldə vurğuladığım sifət cizgiləri mənim üçün bir az mənasını itirir. Və özüm-özümə təsəlli verirəm ki, bu dünyada hansı oyunu oynayırsan oyna, hansı sifətdə olursan ol, onsuz da son məlumdu. Əgər son məlumdursa, onda heç burcutmağa da yer yoxdur. Çünki iki vur iki dörddü!

Hə, bu, bütün hallarda birmənalıdı. Mən elə bu yazını diktə edəndə də bunun şahidi oldum. Həyatın qarşıma çıxardığı hər nə varsa, hamısı mənim haqq etdiklərimdi. Nəyə layiqəmsə, onunla qarşılaşacağam. Burdakı inciməyin, küsməyin heç bir yeri yoxdur. Axı, ağıl olan yerdə ağılsız hərəkət edib günahını başqasının ayağına yazmaq olmaz. Sadəcə, soyuq başla düşünmək gərəkdir. Bax, onda etdiyin səhvin günahkarını axtarmayacaqsan. Biləcəksən ki, günahkar özünsən. Elə mənim kimi. Çünki mən hamı üçün sadə, adi sıradan biri oldum. Ona görə də bütün yollar gəldi məndən keçdi - yaxşısıyla, pisiylə. Belə olan halda kimdəsə günah axtarmaq yenə vurğulayıram, öz günahkar olmanı arxa qata tullamaq, gözdən iraq tutmaq deməkdir. Elə bu məqamdaca vurğulamaq da istəyirəm. Hər şeyin hökmünü verən öz adil qərarıyla sağaldır bütün yaraları. Cismdə olmasa da, ruhda bu gerçəkləşir. Ona görə də:


Qaranlığı geyindim

Gecə köynəyi kimi...

Ruhumun sızıltısı -

Yara göynəyi kimi!..


Ürək yay tək gərildi

Qəm boyundan dərindi...

İstəmirsən sən indi -

Söylə, görməyi kimi?!


Yerin bir bölgəsində

Mən adlı köləsin də...

Qoruyur kölgəsində -

Allah, gör nəyi, kimi!..


***

"Heç hənanın yeri deyil" ifadəsini yəqin eşitmisiniz. Əgər eşitməmisinzsə, eşidənlərdən onun mahiyyətini, hansı səbəbdən söylənildiyini soruşub öyrənmək imkanınız var. Vaxt tapanda, təbii ki, istəsəniz soruşarsınız, öyrənərsiniz. Amma mən həmin o ifadənin indiki məqamda lap yerinə düşdüyünün canlı şahidiyəm. Bilirsiniz niyə? Ona görə ki, son vaxtlar daha çox günün, zamanın reallıqları ilə qarşılaşıram... daha tez-tez dünəndə, keçmişdə mənə qəribə gələn, mənə təsir edən, hətta məni ağrıdan halların aydınlaşması şərhi ilə üzləşirəm. Sanki kimsə bütün olmuşların araşdırmasıyla, təhqiqatı ilə məşğul olub və indi bir-bir onların hamısını sərgiləyir gözümün qarşısında. Və mən də bir az heyrət, bir az maraq, bir az da keçmiş üzgünlüyün ovqatı içərisində bütün bunları izləyirəm. Və içimdə Allahın böyüklüyünə şükürlər edə-edə düşünürəm ki, nədən bütün bunlar olmalı idi? Və sonra da öz sualımın cavabını elə özüm də ağlımdan, ürəyimdən keçirirəm. Bunlar etdiyim səhvlərin və bir də mənə yazılmış taleyin yazısıdı. Mən o səhvləri özüm etdim və o tale də mənim boyuma biçildi. Lakin burda bir nüans var. O da ayaqda qalmaqdı, sınmamaqdı. Bax, bu nöqtədə mənim güvəndiyim, pənahına sığındığım Allahım və Sən məni qorudunuz, daha doğrusu, mənə ümid verdiniz. Elə bil ki, əlimi möhkəm sıxıb "özünə qayıt!" dediniz. Mən də toparlanıb qayıtdım özümə. Düzdü, hərdən hissə qapılıb içimi də, içimdəkiləri də ağrıtdım. Bunu etiraf etməliyəm. Axı, birdən-birə hər şeyə "keçmiş olsun" demək olmur.... Və birdən-birə də dərdin, ağrının içindən silkələnib qalxmaq da mümkün deyil. Müdrik bir kəlamda deyildiyi kimi, zamana ehtiyac var. İndi o zamanın içindən keçib dünənə baxanda mən Allahıma da, Sənə də olan minnətdarlığımın ölçüsünü göz önünə gətirə bilmirəm. Heç olçü vahidi ağlıma da sığışmır...

Bir də ki, sözlə, qələmlə yoldaşlıq etmək, onun yanında və içində olmaq özü də hərdən adamın köməyinə çatır. Onu təklənməkdən, yıxılmaqdan qoruyur. Mən də sözə könül verdiyimdən söykəndiyim qələm dadıma yetib. Hətta etiraflarımı da, ağrılarımı da söyləmişəm qələmə. O da misralara çevirib onu. O misralar da bir məlhəm kimi ovudub, oxşayıb ruhumu.


Biz günəşli günlərin

Yağışına düşmüşük...

Çiçəklərin, güllərin

Ağuşuna düşmüşük -

Üst-başımız şehlidi...


Bir ömürdü, bir sevgi

Tanrıdan möhlətimiz...

Düşündüyünü de ki,

Sözümüz, söhbətimiz -

Bir azacıq mehlidi!..


Haqdan gəlib haqq payı

Bir məhəbbət sirr olub...

Varmı onun heç tayı

İki ürək bir olub -

Bir-birinə behlidi!..


Yəqin ki, bu misraların ovqatı sizə nələrisə dedi, nələrisə anlatdı və mənimlə razılaşdınız ki, Haqdan gələni geri qaytarmaq və ya yolunu bağlamaq yalnız haqqın öz əlindədi. Bu fikir təkrar olsa da, amma gerçəkdi. Bunu yaşamış və şahidi olmuş bir Tanrı bəndəsi kimi deyirəm. Yəqin ki, sizin də həyatınızda, yaşamınızda bu dediklərim özünü müəyyən formalarda büruzə verib. Sadəcə siz özünüz-özünüzə pıçıldamısınız mənim yazdıqlarımı. Mən isə hamı üçün pıçıldayıram...

***

Gecənin tən yarısı olmasına baxmayaraq, yuxum ərşə çəkilir. Və mən ərşə çəkilən yuxunun içərisində işıqlı nəsə axtarıram. Amma neyləyim ki, bu gecə göy üzü də o qədər qaranlıqdır ki, heç ulduzların izi də görünmür. Ay çoxdan bulud arxasında qalıb. Əsl zülmətdi. Bu zülmət qaranlıqda əlimdəki qələmə baxıb öz-özümə qəribə sözləri kağıza yazmağa, kağıza söyləməyə cəhd edirəm. Xüsusilə otaqda işığı da söndürüb bayırdakı qaranlığı otağa köçürmək və sonra bu qaranlığın içərisində özüm də işıq kimi qaralmaq niyyətinə düşürəm. Bu sizə dəlilik əlaməti kimi görünməsin. Sadəcə, mən belə etməklə ağlıma dolan həmin o pərakəndə fikirlərdən qurtulmaq istəyirəm. Elə bilirəm ki, bu zülmət qaranlıq bəlkə məni fikirlərdən uzaq tutdu. Fikirləşmək istəyi bir anlıq da olsa dondu, sükuta qərq oldu. Sən demə, bu mümkün deyilmiş. Qaranlıqda adam daha aydın düşünürmüş. Bu aydınlığın başqalarına nə vercəyini, nə bağışlayacağını deyə bilməsəm də, amma mən doğrudan-doğruya bayırdakı qaranlığı da içərisinə daşıdığım bu qaranlıq otaqda anladım ki, mənim həyatım, mənim ömrüm bəlkə də milyonların ömründən, həyatından işıqlıdı. Çünki bu ömrün, bu həyatın güvənci Tanrı və Sənsən! Onda mənim misralarımdakı ovqatın müəyyən çalarlarını anlamaq və ona sözün və bir də sözün doğulduğu məqamın ovqatından baxmaq lazımdı. Əgər bu prizmadan yanaşsanız onda:


İllərin arxasındakı

Zamanın boyun sevirəm...

Boğulduğum bax, bu anda -

Samanın boyun sevirəm...


Nə qalıb ki, nə götürəm

Üzü aşağı gedirəm...

Tay daley, daley etmirəm -

Aman, amanı sevirəm...


Ömrümə hopdurdun anı

And yerim olan yar canı...

Qurban verib yara canın -

Dinin, imanın sevirəm...


Mən də bir biçənək seçib

Hər gün ot, ələfin biçib...

Ümidin əridib içib -

İnci gümanın sevirəm...


Gördünüzmü, hər anda, hər məqamda sevgi tapmaq mümkündü, boğulanın saman çöpünü sevdiyi kimi!...

Gülməli gəlməsin sizə. İynə ucu boyda qığılcım da alova çevrilə bilir! Bunlar möcüzə sayılsa da, amma gerçəklikdi. Və mən də içində olduğum gerçəkliyin hər anını, hər məqamını sevə-sevə, duya-duya, yana-yana, necə deyərlər, canıma, qanıma hopdura-hopdura yaşamağa çalışıram. Çünki:


Heyrətləndirir məni

Qədərimin naxışı...

Kipriklər su səpəni

Kədər isə yağışı -

Bu ömrün!


Vağarmış çəməni

Axtar, tapsan dər çiçək...

Dibçək gülü, səməni

Çiçəyidi, tər çiçək -

Bu ömrün!


Küləklərin əlini

Tellərində daraqla...

Duymasan mən dəlini

Mənasını varaqla -

Bu ömrün!


***

Yazımın əvvəlinə qayıdıram. Çünki günün ovqatı ordan başlamışdı. Sonu da hələ ki, onunla davam edir. Bütün sonların aydınlığa qovuşması hər kəsin, diləyidi, arzusudu. Mən də bu aydınlıq arzusuyla günümüzün xoş ovqatla bitəcəyinə inanıb elə hardasa özümün özümə duam olan misralarımla yazıma nöqtə qoymaq istəyirəm. O misraları yəqin ki, bəyənəcəksiniz. Axı, duanın pisi olmur.


Otağıma təbəssüm

Çilə işıq əvəzi!

Dodağıma od salsın -

Sən mələyin nəfəsi...


Yatağıma qor səp ki,

Kipriklərim düyülsün...

Qucaqladığım balış -

Göz yaşımla döyülsün!..


Yanağıma toxundur

Məst olsun qoy tellərin...

Duasını oxutdur -

Sevgimizə ellərin!..


Bəli, bu da sizə mənim bağışladığım bir ovqat. Ovqatınız xoş olsun!..




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK