ANA SƏHİFƏ / YAZARLAR

FAİQ QİSMƏTOĞLU: BİRYUMRUĞA...

11295    |   2018-02-23 13:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Hava həddindən artıq çox istidi. Biz tərəflərdə yay həmişə belə keçir. Xüsusən də iyun, iyul, avqust ayında adam az qalır istidən ürəyi partlaya. Amma bizmikilər bu cür istiyə artıq çoxdan alışıblar. Hətta Əli kişi bu isti havada əlinə dəryaz götürərək həyətdəki yoncanı elə gözəl, elə səliqə ilə çalır ki, onun özündən çox, kənardan baxana ləzzət eləyir. Yoncanın da ətri ətrafa yayılır. Bu yonca bu isti gündə yenə öz ətrini itirmir...

Biz uşaqlar həmişə Əli kişiyə heyranlıqla baxırdıq. Çünki o, başqa yaşlı adamlardan fərqli olaraq heç vaxt ot çalmaqdan yorulmazdı. Biz balaca uşaqlar Əli kişinin ot çalmağına çox həvəslə baxardıq və sonra da otu çalıb qurtaranda həyat yoldaşı Bilqeys arvadı səsləyərdi:

- Ay Bilqeys, ay Bilqeys, o termosu gətir bura!

Bilqeys xala da termosu gətirib qoyardı Əli kişinin yanına, Əli kişi də ləzzətlə termosdan çayı qalın stəkana süzərdi. Və sonra da qapqaynar çayı yavaş-yavaş yox, elə su kimi içərdi. Görürdü ki, biz də ona baxırıq və o dəqiqə deyərdi:

- Ürəyinizdən keçir, gəlin Bilqeys xalanızın termosda dəmlədiyi çayı siz də için. Görün nənəniz yaxşı çay dəmləyir, yoxsa xalanız?

Və biz uşaqlar da gələrdik Əli əminin yanına, o çaydan içərdik. Və sonra da Əli kişi yenə də ağacın altındakı kölgəlikdən ayağa qalxar, dəryazı götürüb yenə səliqə ilə yoncanı çalmağa başlayardı. Bizim kənddə heç kim Əli kişi kimi qəşəng ot çala bilmirdi...

Onda biz orta məktəbin 9-cu sinfində oxuyurduq. Bir qayda olaraq tez-tez qoyun növbəsinə gedirdik. Bizim də qapımızda nə az, nə çox 10-15 qoyun vardı. Və o qoyunları da digər qonşuların sürüsünə qatardıq. Və bu sürü də çoxalıb olardı 400-500 qoyun. 400-500 qoyunu da hər gün bir adam otarardı. Günlərin bir günündə də növbə gəlib çatdı bizə. Böyük qardaşım Gəncədə Pedoqoji İnstitutunun tarix fakültəsində oxuyurdu, balaca qardaşım da heç vaxt saqqalı ələ verən deyildi. Yəni belə bir iş olanda, o dəqiqə aradan çıxardı və ilim-ilim itərdi. Deməli, yenə yük mənim üzərimə düşürdü. Və mən də aydı iki-üç dəfə qoyun növbəsinə gedirdim...

... Bir gün də qoyun növbəsinə gedəndə hava həddindən çox isti idi. Göydən əməlli-başlı od yağırdı. Qoyun sürüsünü götürüb apardım "Selbasan" deyilən yerə. Orda qoyunlar bir az otalyandan sonra istidən kölgəli yer axtarırdılar. Bizim də kənddə ən kölgəli yer beş çinarın bir-birinə söykəndiyi məhlə idi. Və bu beş çinarın eni hardasa 10-12 metrə çatırdı. Hündürlüyü isə 50 metrdən artıq idi. Horadiz şəhərindən Bəhmənlidəki o çinarı aydın görmək olurdu. Və Horadizlə Bəhmənlinin arası 25 km çatır...

Hətta kənddə həddindən artıq isti olanda çoxları gəlib bu çinarın yanında domino, nərdtaxta oynayırdı. Domino, nərdtaxta oynayanlar adətən axşam sərini gəlirdilər. Çinarın ikisi isə zastavanın həyətində idi. Həmin yerdə əsgərlər talvar düzəltmişdilər. Talvarda hava həddindən çox isti olanda əsgərlər ora qalxıb yatırdılar. Bir dəfə möhkəm külək əsmişdi, çinarın biri də aşmışdı. Onda əsgərlərdən biri ağır yaralanmışdı. Onu da apardılar Xankəndinə, orda dünyasını dəyişdi. Sonradan həmin talvarı sökdülər...

... Qoyunlar lap istidən birtəhər olmuşdular. Elə özləri başını aşağı salıb kölgəliyə tərəf gedirdilər. 15 dəqiqədən sonra bütün sürü kölgəliyə çatdı və qoyunlar sərinliyi hiss edib rahatca orda uzandılar. Bizdən bir neçə yaş balaca olan uşaqlar: Elxan, Mirələm, İslam, Nazim, Gəncalı çinarın kölgəsində sərinləyib "xoşmətə" oynayırdılar. "Xoşmətə" də beş-altı daşdan ibarət idi. Yığardılar daşları balaca bir oyuq yerə başlayardılar oynamağa. Uşaqların başı bu oyuna qarışmışdı.

... Birdən Lətif kişinin qara eşşəyi çinarın kölgəliyinə gəlib çıxdı. Və bu qara eşşək başladı bir-bir qoyunların quyruğunu gəmirməyə. Bir qoyunun quyruğunu gəmirdi, onun yeri qanamağa başladı. Təzədən bu qara eşşək o biri erkəklərin quyruğunu dişlədi. İki-üç erkəyin quyruğunu dişləyəndən sonra gedib bizim qara qoçun quyruğunu gəmirdi. Və qara qoçun quyruğu da qanadı. Axı mən də qoyun növbəsindəyəm. Kimin qoyununa bir şey olsa gəlib yapışacaqdı mənim yaxamdan. Eşşəyi neçə dəfə ordan qovmaq istədim, getmədi. Yenə qoyunların quyruğunu dişlədi...

... Dörd dəfə, beş dəfə, axır ki, eşşək məni yığdı boğaza və bezdirdi. Necə hirsəlindimsə, eşşəyin qulağının dibindən bir yumuruq ilişdirdim. Eşşək səndirləyib yerə yıxıldı. "Xoşmətə" oynayan uşaqlar eşşəyin yıxılmağını görüb oyunu dayandırdılar. Sonra da dedilər ki, ayə, sən Lətifin eşşəyini vurub öldürdün. Uşaqlardan biri dedi ki, ə, yox ey, eşşək ölməyib. Yenidən hamısı gəlib eşşəyə baxdılar və gördülər ki, eşşək yerindən tərpənmir, amma gözləri açıqdı. Bu vaxt Tubunun oğlu Dilavər gəlib çıxdı. Dedilər ki, sənin eşşəkdən yaxşı başın çıxır. Gör, bu eşşək ölüb, yoxsa sağdı? Tubunun oğlu Dilavər eşşəyə yaxınlaşdı, başını qaldırdı, amma eşşəyin başı qalxmadı. Sonra da dedi:

- Ayə, bu eşşək çoxdan ölüb!

"Ölüb" sözünü eşidəndə "xoşmətə" oynayan uşaqların hamısı aradan çıxdı. Bircə mən qaldım ortalıqda. Axı bəd xəbərin ayağı yüyrək olur. Heç yarım saat keçmədi ki, eşşəyin yiyəsi Lətif kişi gəlib çıxdı. Bir hay-küy qaldırdı ki, gəl görəsən. Ondan-bundan soruşdu, hamı da dedi ki, eşşəyi Qismət kişinin oğlu öldürüb. O, bir söz demədi və susdu...

Bir də gördüm ki, axşam Lətif kişi bizə gəlib. Hər şeyi atama danışıb, kişi də məəttəl qalıb ki, mənim oğlum eşşəyi nə ilə vurub oldürüb. Lətif kişi də bildirib ki, oğlun necə yumuruq vurubsa, eşşəyin gicgahından dəyib. Bax, indi mən qalmışam çıxılmaz vəziyyətdə. Eşşəyin bir balası var, hələ də əmirdi. Qoduğun gözünə baxa bilmirəm. Qoduğun gözünə baxanda yazığım gəlir...

Əlqərəz, atam soruşdu ki, mən nə etməliyəm? Lətif kişi də dedi ki, 200 manat pul verməlmsən. Kişi də çıxarıb o 200 manatı verdi. Lətif kişi də gedib 200 manata tay eşşək almadı, bir motosiklet aldı və o motosikletə də bir araba qoşdu. Yəni eşşəyi motosiklet əvəz elədi. Bəlkə də Lətif kişinin ürəyincə idi ki, mən onun eşşəyini vurub öldürmüşəm. Yoxsa pambıq suvarmaqla 200 manat qırağa qoyub motosiklet almaq çox çətin idi...

Lətif kişinin qoduğu böyüyüb eşşək oldu, amma anası kimi qoyun-quzunun quyruğunu dişləmədi. Lakin Lətif kişi istəyirdi ki, o da anası kimi qoyun-quzu dişləsin və biri də vurub onu öldürsün. Və Lətif kişi də onun qanpulunu alıb özünə bir at alsın. Bir dəfə də bibimoğlu (mamamoğlu) Təbrizlə rəhmətlik Nəsib əmimin briqadir olduğu sarayda pambıq tayasının üstündə bokslaşırdıq. Bir az mənə zərbə atdı, bir az da mən ona yumuruq tulladım və bir də gördüm ki, atdığım yumuruq onun burnuna dəydi. Zərbə necə güclu olmuşdusa, yazığın burnu şişdi, düz bir il burnu əyri gəzdi. Bunu da görən rəhmətlik Nəsib əmim mənə bir söz demədi. Amma Təbrizi saldı təpiyin altına, o qədər çırpdı ki, burnunun ağrısı yadından çıxdı.

... O vaxtlar rəhmətlik Telli nənəm mənə deyərdi ki, balam, sənin əlin çox ağırdı. Heç bilmirəm arvad alsan, axırı nə olacaq. Gərək o arvad da səni hirsləndirməsin. Birdən yumuruq-zad vurarsan, camaatın qızı o yanlıq olar. Şükürlər olsun ki, 37 ildi ailə qurmuşam və yoldaşıma bir çırtma da vurmamışam. Amma qardaşım Elxan eşşəyi vurub öldürdüyüm anın şahidi olduğu üçün tez-tez bu məqamı həyat yoldaşımın yadına salır. Və o da deyir ki, mən inanmıram ki, Faiq belə bir adam olsun. Onun qədər mədəni və səmimi, sakit insan çətin tapılar. Qardaşım da deyir ki, bir sözdü də deyirəm...

Bu hadisəni qohumlarımın hamısı bilir. Ona görə də heç kəs məni əsəbləşdirmir və hövsələdən çıxarmır. İki övladım var, onlara da indiyə qədər bir çırtma vurmamışam. Çünki atam rəhmətlik də mənə bir çırtma vurmamışdı. Əgər atam rəhmətlik mənə bir çırtma vurmayıbsa, mən niyə uşaqlarımı döyməliyəm. Elə bircə baxış bəs eləyir ki, onlar yolunu azanda qaşım düyünlənsin və uşaqlar da öz yolu ilə getsinlər. Heç özüm də bilmirəm niyə 47 il əvvəl Lətif kişinin vurub öldürdüyüm eşşəyi yadıma düşdü. Lətif kişinin qara eşşəyinin günahı vardı və mən də o günahı bağışlamadım. Allah keçsin günahımdan...




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK