Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qaranlıq dünyanı işıqlandıran XALÇAÇILIQ Adalet.az | Qaranlıq dünyanı işıqlandıran XALÇAÇILIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / RUBRİKA

Qaranlıq dünyanı işıqlandıran XALÇAÇILIQ

4 saylı qadın cəzaçəkmə müəssisəsində növbəti xalça təqdim olundu

38549    |   2018-02-22 16:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində xalçaçılıq artıq ənənəvi peşə sahəsinə çevrilib. Cəzaçəkmə müəssisəsində olduğumuz zaman burada yaradılan şərait, xalçaçıların peşə fəaliyyəti, maddi texniki baza və digər təminatları ilə bağlı bizdə yaranan fikirlər bunu deməyə əsas verir. Pentensiar Xidmətlə Azərbaycanın xalq rəssamı Lətif Kərimovun tələbəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin birgə əməkdaşlığı burada xalçaçılığa marağı daha da artırıb. Xanım məhkumlar da işə həvəslə yanaşırlar...

Nizami yaradıcılığı İLMƏLƏRDƏ

Müəssisədə olduğumuz zaman məlumat verildi ki, E.Hacıyevlə müəssisənin əməkdaşlıq tarixi 4 aya yaxındır. Bu müddət ərzində bir neçə xalça toxunub ki, onlardan da ən əsası dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığını özündə əks etdirən xalça nümunəsidir. Bu əsər barəsində danışan E.Hacıyev deyir ki, yaradıcılığında Nizami Gəncəviyə böyük yer verir və bu zamana kimi Nizaminin Xəmsəsinə daxil olan epozidlardan ibarət bir neçə əl işi olub. Onları ilmələrə köçürüb və nəticədə ecazkar sənət əsəri meydana çıxıb. Bu əsərdə isə Nizamni yaradıcılığına ümumi baxış sərgilənib. Belə ki, əsərdə Nizaminin poemalarından hissələr öz əksinin tapıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, xalçanın kənarlarından fars dilində Nizaminin kəlamları işlənilib. Fonda Nizaminin şəkili elə dəqiqliklə işlənilib ki, bu əsərə baxan yenidən baxmaq istəyir.

E.Hacıyev əsərin 4 ay ərzində başa gəldiyini bildirdi. Qeyd etdi ki, iki xanım məhkumun toxuduğöu xalçanın davamı olaraq yeni əsərlər üzərində çalışır və yaxın zamanlarda milli geyimləri, adət-ənənələri özündə əks etdirən sənət əsəri artıq hazır olacaq. Xalçanın ilmələrini vuran Arzu Mollayeva və Aişən Mehdizadə bu işə o qədər ürəklə yanaşıblar ki, xalça barəsində onların fikirlərini söyləyəndə məhkumlara məxsus tərzdə susaraq cavab verdilər. Ancaq onların gözlərinin içində dərin sevinc hissi duyulurdu.


Müəssisədə olduğumuz zaman digər məhkumların əl işləri ilə də maraqlandıq. Kiçik ölçülü xalça üzərində çalışan məhkumlar həvəslə öz işlərini görür heç bizə məhəl qoymurdular. Müəssisə rəhbərliyindən isə bildirdilər ki, xalça sexinin maddi texniki bazasının təminatı yüksək səviyyədə həyata keçirilir. Bura lazım olan iplərin alınması, xalça dəsgahları var. Ümumilikdə havaların soyuq olmasına baxmayaraq xalça sexində istilik təminatının da yüksək səviyyədə təmin olunduğu diqqətdən yayınmadı.

E.Hacıyev onu da qeyd etdi ki, hazırda müəllifi olduğu rəsm əsərlərinin ilmə üzərinə köçürülməsi ilə bağlı mühüm işlər göğrülür. Yağlı boya ilə çəkilən bu əsərlər yaxın vaxtlarda müəssisədə olan xanım məhkumlar tərəfindən toxunacaq.


Ədil Ədilzadə




İmza:
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK