ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: RUHUN AYDIN OLSUN!

Polad Qasımovsuz ötən bir ilin yığcam hesabatı

10222    |   2018-02-19 16:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(19 Fevral 2017-ci il)



Hə, qardaş, xoş görüşdük, bu da bir il. Həmişəki kimi hal-əhval tutmaqdan başlayıram. Yəqin ki, sən uşaqları, nəvələri soruşacaqsan. Mən də deyəcəm ki, hamısı əlindən öpür, sənə salamları var. Sonra yazı-pozudan soruşacaqsan, səhhətimlə maraqlanacaqsan. Mən də deyəcəm ki, yazı-pozu boyuma biçilib, ölüncə yol-yoldaşımdı. O ki, qaldı səhhətə, onu da tapşırmışam dərmanlara. Hə, bundan sonra mən sənin səhhətinlə maraqlanacam. Sən də həmişəki kimi bircə kəlmə deyəcəksən:

- Sağ ol, ay qağa, babat dolanıram. Heç kimdən incikliyim, narahatlığım yoxdu, şükür bu günə. Əsas odur ki, evdə salamatçılıqdı. Hərdən xanımın təzyiqi olur, onu da qızım özü yoluna qoyur...

Hə, bu hal-əhvaldan sonra yerindən qalxırsan və deyirsən:

- Düşək aşağı bir çay içək. Onsuz da hər səhər Anarın bir manat çay pulunu verməsək rahat olmayacağıq. Həm də siqaret götürərik, yəqin səndə də qurtarıb.

Bax, beləcə başlayırdı hər günümüz. Amma düz bir ildi ki, mənim günlərim belə başlamır... düz bir ildi ki, mən səhərlər çay içmək üçün bufetə, Anarın yanına düşmürəm... və düz bir ildi ki, bu sualları özümə verib cavabları da özümə qaytarıram. Amma bu gün, yəni səninlə ayrılığımızın düz bir il tamamında qəflətən hardansa ürəyimə gəlib doldu ki, sənə bir hesabat verim. Deyim ki, xəbərin olsun.

Doğrudur, bilirəm ruhun başımızın üstündədi, hər şeyi görürsən, eşidirsən, hər şeydən xəbərin var. Amma özümün sənə deməyimin də bir faydası olar. Axı, bu hesabatdı...

Bəli, Polad müəllim, düz bir ildi ki, səni məndən soruşanlar olub. O soruşanlar arasında ölümünə inanmayanlar da xeyli var idi. Hətta elələri oldu ki, inanmayıb mobil telefonuna zəng vurmaq istədilər. Və mən onda səni soruşanların səmimiyyətinə bir daha inandım. Doğrudur, "meşə çaqqalsız olmur”, deyirlər. Dalınca ağız büzənlər də, verdiyin çörəyi tapdalayanlar da tapıldı. Olsun! Biz onsuz da belə şeylərə öyrəşmişik. Və biz onu da yaxşı bilirik ki, hər kəsin rəhmət haqqı Allahın senzurasından keçir. Qəbul edib-etməmək onun ixtiyarındadı. Bəndə nə karədi ki, Allaha məsləhət versin, yol göstərsin. Sadəcə, mənə toxunan o oldu ki, məhz əlindən tutub ağızlarını çörəyə çatdırdıqların haqqını yedilər. Bax, bu ürək bulandarınlar olmasayadı, mən yəqin ki, sənin bu bir ildə mənsiz orda necə yaşadığını, nələr düşündüyünə daxilən narahat olmazdım. Bilərdim ki, yerin cənnət, ruhun rahat, özün də qayğısızsan. Çünki sən doğrudan-doğruya yaşadığın ömürdə cənnəti, rahatlığı haqq eləmişdin. Və bir kimsə sənin sağlığında sənə nədəsə iynə ucu boyda da olsa irad tutmamışdı. İndi isə... Bəli, mən mövzunun həmin hissəsini Allahın ixtiyarına buraxıb keçirəm öz içimdəkilərə...

Qağa, sən doğurdan cənnətlik insansan, valideynsən, atasan, babasan. Çünki yurduna sahib olanlar öz tərbiyələriylə, öz əxlaqlarıyla sənə layiq olduqlarını bu bir ildə mənə sadəcə davranışlarıyla dönə-dönə sübut etdilər. Gördüm ki, oğlanların bir-birinə qarşı necə diqqətlidi... gördüm ki, bu iki qardaş analarına qarşı nə qədər həssasdılar... gördüm ki, nəvələrin və qızın səni nə qədər uca tuturlar... şahidi oldum ki, xanımın öz ağbirçəkliyində necə də dəqiq və təmkinlidi. Və bir də müşahidə etdim ki, ot kökü üstündə bitir. Yəni sənin zəhmətin, sənin qoyub getdiyin əzizlərinə güvənin yerində və dəqiq imiş. Sən yanılmamısan nə verdiyin tərbiyədə, nə qoyduğun dəsti-xətdə, nə də göstərdiyin yolda...

Qağa, bu bir ildə "Azərbaycan" nəşriyyatında da xeyli küləklər əsib. Tanıdığımız neçə-neçə sifətin tanımadığımız neçə-neçə sifəti üzə çıxıbdı. Söz, mətbuat bir az solxuyub, rəngi qaçıb. Maddi durum tarazlığını itirdiyindən mətbuatda çalışanların bir qismi perik düşübdü. Yadımdadı, sən hələ o vaxt demişdin ki, sözə, qəzetə, qazanc dalınca, çapıb-talamaq ardınca gələnlər dar məqamda duruş gətirə bilməyəcəklər. Bax, dediyin bu söz yerini alıb. Və mən də sənin ağsaqqalcasına söylədiyin neçə-neçə fikirlərin, münasibətlərin göyərdiyini gördükcə bir daha sənin qələmə, sözə bağlılığına baş əyirəm.

Bütün bunlar bu bir ildə sənsiz yaşadıqlarımın yığcam xronikasıdı. Təfərrüatı özüm bildiyimdən mən çox dərinliyə getmirəm. Və elə bu bir ildə nəşriyyatda yaşadıqlarımın nələrdən ibarət olduğunu sən elə öncəki illərdə də bildiyindən mən sənə ancaq ümumi mənzərəni söylədim. İstədim ki, bir daha əmin olasan ki, bu bir ilim sənsiz keçməyib... Və bu bir ildə səni və məni tanıyan hər kəs səni məndən soruşmaqla yanaşı, sənə rəhmət də oxuyubdu. Mən də o oxunan rəhmətlərin səmimiyyəti içərisində bir dost, bir qardaş kimi təsəlli tapmışam. Hətta içimdə öz-özümə demişəm ki, bax, yaşamaq budur. Sağ-salamat ayaqda olanda qazandığını ruhun da yaşayırsa, deməli, bu, ölümsüzlükdü. Sevinirəm ki, sən mənim ölümsüz dostlarımdan birisən. Və...

Hə, qağa, bu da bir il... Və bu bir ildə dünyada, məmləkətdə, nəşriyyatımızda, ailələrimizdə nələr olub hamısını bitdə-bitdə görüşəndə danışacam. Ona qədər isə sənin ruhuna səbir, mənim özümə də görüşmək arzu edirəm. Necə deyərlər, söhbətimizin davamı qalsın ikimizin arasında. Sən narahat olma, hər şey öz axarıyla gedəcək. Çünki sənin çəkdiyin arx təkcə ayrılıqdan axan yaşları deyil, bütvölükdə sellərin, suların hamısını axıdıb apara bilmək gücündədi. Su isə aydınlıqdı. Ruhun aydın olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK