ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: QUŞ DA UÇA BİLMƏZ…

3359    |   2018-02-14 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Məktəb məscid qədər müqəddəs yer sayılıb. Və biz məktəbə gedəndə elə düşünürdük ki, müəllimlərimiz nə çörək yeyir, nə su içir, nə də hava udur. Biz düşünürdük ki, müəllimlərimiz ən müqəddəs, ən təmiz və ən saf adamlardılar. Və düşündüklərimizi də hər gün, hər saat, hər dəqiqə məktəbdə görürdük. Müəllimlər gedən xeyir-şərə, toy məclisinə biz heç vaxt qorxumuzdan addım ata bilməzdik…

Bəs necə oldu ki, qısa zaman kəsiyində müəllim peşəsi, müəllim sənəti və məktəb bu qədər birdən-birə gözdən düşüb. Biz demirik ha, pis müəllimlər var! Pis müəllim yoxdu, pis şagird və pis də məktəb direktoru var. Heç kim deyə bilməz ki, hansısa müəllim, hansısa ziyalı cəmiyyətdə sevilmir və bu gün də cəmiyyətdə sevilən, hörmət edilən və həmişə sevgi ilə qarşılanan müəllimlər var. Şəxsən mənə dərs demiş və bu gün təqaüddə olan ibtidai sinif müəlliməm Həqiqət xanımı görəndə həmişə əllərindən öpürəm. Ondan dünyasını dəyişmiş müəllmilərimin, lap elə doğma anamın da ətrini duyuram. Tək mən yox, bizim sinif yoldaşlarımızın hamısı Həqiqət müəlliməni görəndə qaça-qaça ayağına gedir və onun əllərindən öpürlər…

Ancaq son illər təhsilimizin, məktəbin və ən nəhayət, elmin yaman günə qoyulması müəllimi də gözdən salıb, hörmətini azaldıb. Axı bayaq dedik, müəllim, məktəb məscid qədər, valideyn qədər müqəddəsdir. Bu müqəddəsliyə kimlər xələl gətirdi, kimlər kölgə saldı, bax bu, çox qaranlıq bir mətləbdir?! O qaranlığa hələ də biz işıq salmaq istəmirik, vicdanlı, namuslu müəllimləri irəli çəkib layiq olduğu yerlərdə əyləşdirməyə çalışmırıq…

… Bir gün eşidirik ki, bəs filan məktəbdə şagird müəllimi bıçaqlayıb. Bir gün eşidirik ki, bəs bəhmən məktəbdə şagirdə təpindiyinə görə valideyn müəllimin üstünə hücum çəkib və bir gün də eşidirik ki, Bakı məktəblərinin birində 11-ci sinif şagirdi 7-ci sinifdə oxuyan qızla seksual hərəkətlər edib. Bütün bunlar bu gün bizim məktəblərdə baş verir. Çox təəssüf ki, bizimsə hələ də tüklərimiz tərpənmir ki, tərpənmir. Sanki hər şey elə belə olmalıymış.

Bu gün baş verən hadisələrin hamısını məktəbin üstünə atmaq, yaxud da valideynləri əsas səbəbkar kimi göstərmək bizim düşüncəmizlə bir o qədər də ədalətli deyil. Ən birinci mövcud mühiti, şəraiti nəzərə almaq lazımdır. llk növbədə yerləri səhv düşən məktəb direktorlarını arayıb-axtarmaq lazımdır. Layiq olmadığı halda, kimsə gəlib əyri yollarla məktəb direktoru olursa, orda da xaos, özbaşınalıq, hərc-mərclik baş alıb gedəcək.

Heç kimə sirr deyil ki, bu gün məktəb direktoru olmaq üçün çox adamlar dəridən-qabıqdan çıxır. Bəlkə onlar daha savadlıdı, daha təcrübəlidi? Əsla yox! Çünki onlardan da savadlılar, istedadlılar «oyundankənar» vəziyyətdə qalırlar. Xüsusən də Bakıda məktəb direktoru olmaq üçün dəridən-qabıqdan çıxırlar. Zarafat deyil, məktəb direktoru olursan, bir-iki ildən sonra özünə villa da tikirsən, bahalı maşın da alırsan, uşaqlarını vəzifəyə də qoydurursan. Bax, bizdəkilərin çoxu üzr istəyirik ifadəmizə görə, direktor vəzifəsinə buna görə can atır. Mən məktəb direktoru tanıyıram ki, əvvəllər heç nəyi olmayıb. Amma 5-6 ildə özünə üçmərtəbəli malikanə tikdirib, uşaqları da «Porshe»də gəzir. Hansı əmək haqqıyla direktor bu imkanları əldə eləyə bilər? Təbii ki, buna yüz il də o vəzifədə işləsə pulu çatan deyil.

Bəzi direktorlar məktəbə təhsil, elm və tərbiyə mərkəzi kimi deyil, biznes mərkəzi kimi yanaşırlar və ətrafına da özü xarakterində və özü düşüncəsində olan müavinlər toplayırlar. Tanışlarımdan biri deyir ki, bir məktəb direktoru özünü elə aparır ki, elə bil alçaq dağları o yaradıb. Məktəbdə də deyir ki, bu dəlləkxananın sahibi mənəm. Heç kəs burda mənim icazəm olmadan kimisə qəbul edə, kimisə də qarşılaya bilməz. Və hər şey mənim gözümün qarşısında baş verməlidir. Məktəbə kommersiya marağı ilə yanaşan direktorun da kollektivində təbii ki, normal mühit olmayacaq. Çünki o, dərs bölgüsündən tutmuş ayrı-ayrı vasitələrə qədər hər şeyi «əl-əli yuyar, əl də üzü» prinsipiylə həll eləyir. Bir balaca düz söz deyən, haqsızlığa etiraz eləyən müəllimi də elə topa-tüfəngə tuturlar, elə gözümçıxdıya salırlar ki, o müəllim də düz söz deməyinə peşman olur.

Sovet dönəmində indiki kimi məktəb direktoru olmağa müəllimlər arasında bu qədər böyük maraq və həvəs yox idi. Çünki onda məktəblər biznes marağı ilə idarə olunmur, şagirdlərə elm, təlim-tərbiyə öyrədilirdi. Hətta kimisə direktor qoyanda kollektivlə razılaşardılar. Ötən əsrin 90-cı illərin əvvəllərində mənim qohumlarımdan biri kənddə məktəb direktoru işləyirdi. Amma o, bir müddət keçmiş öz ərizəsiylə çox yalvar-yaxardan sonra işdən çıxarıldı. Onun yerinə qoyulan direktoru da xahiş-minnətlə vəzifəyə gətirdilər və o da heç kəsdən bir qəpik pul ummadan məktəbdə yüksək tədris prosesi yaratdı. Yəni heç bir müəllimdən heç nə umulmadı və o müəllimlər də namusla, vicdanla şagirdlərə dərs keçdilər. Ona görə də bu məktəbi bitirən 40 şagirdin hamısı ali məktəbə qəbul olunub.

Biz bayaq dedik ki, müəllimləri də gözdən, nüfuzdan salan səbəblər var. Məsələn, müəllim bir şagirdə deyə bilmir ki, bala, niyə əyri oturmusan? Əgər müəllim o şagirdə bu iradı tutsa, bax, onda o şagird gedib valideynini müəllimin üstünə göndərəcək. Valideyn də səsini başına atıb müəllimi o ki, var yıxıb-sürüyəcək. Bir də ki, müəllim uşağa şillə vursa, çubuqla döysə, bax onda o müəllimin dədəsinə od vuracaqlar. Və hətta işdən çıxaracaqlar ki, niyə filankəsin uşağına bir şillə vurmusan?

Uşaqların müəllimdən qorxmaması, özləri bildiyi kimi məktəbə gəlib-getməsi məhz bu cür özbaşınalığın və dərəbəyliyin yaranmasında az əhəmiyyət kəsb eləmir. Kim nə deyir desin, uşaq müəllimdən, valideyndən çəkinmirsə, ondan heç vaxt ağıllı, tərbiyəli, savadlı gənc olmaz. Bizim dövrümüzdə belə idi ki, müəllim bizə bir şillə vuranda qorxumuzdan valideynimizə demirdik. Əgər müəllim şillə vurduğunu desəydik, dədəmiz də yıxıb bizi yerə o ki, var eşşək sudan gələnə kimi çırpardı. Bir dəfə bibim oğlu Təbriz məktəbin direktoru Əvəz müəllimə nəsə mızıldanmışdı, Əvəz müəllim də onu salmışdı şapalağının altına. Rəhmətlik Nəsib əmim bunu eşidib Təbrizi o qədər çırpmışdı ki, bir həftə ona pəndəm qoydular.

Qorxu olmayan yerdə məsuliyyət də olmur. Məsuliyyət olmayan yerdə müəllimə sevgi də yaranmır. Yəni bu gün təhsilimizdə olan bu cür xoşagəlməz hadisələrin baş verməsinin əsas səbəblərindən biri də valideynlərin öz uşaqlarını başlı-başına buraxmasıdı. Bir çox valideynlər məktəb tərəfindən çağrılan iclaslara belə getmirlər. Bizim bir müəllimimiz vardı, Allah ona rəhmət eləsin, Ənvər müəllim. Deyərdi ki, balam, dədəniz malınızı naxıra ötürür, heyvan da itəndə gedib naxırçının yaxasından yapışır. Amma sizin bəzilərinizin ataları ildə bir dəfə maraqlanmır ki, mənim uşağım məktəbdə nə işlə məşğuldur?

Deyirlər ki, Avropa təhsil modeli, nə bilim Qərb modeli. Vallah, bunları mən bir o qədər də anlaya bilmirəm. Bir onu bilirəm ki, uşaq məktəbdə, evdə nəzarətsiz qalanda axırda gəlib axmaq bir yola düşür. Bir dostumuz vardı. Deyirdi ki, mən oğlumla dostluq eləyirəm. Bir yerdə yeyirik, içirik, toya gedirik və hətta üzr istəyirəm, başqa şeyə də bir yerdə gedirik… Axırı nə oldu? Axırı da o oldu ki, onun oğlu bu sərbəstlikdən istifadə eləyərək narkomaniyaya qurşandı.

Ümumiyyətlə, ciddilik olmayan yerdə heç vaxt normal əxlaq tərzi mümkün deyil. Ay filan şey belə dəbdədi.. Avropada bu cür yaşayırlar… Bizim təfəkkür və düşüncə tərzimiz hələ o səviyyəyə çatmayıb ki,sərbəst olanda biz hər şeyi dərindən dərk eləyək, müəllimə, ağsaqqala normal münasibət bəsləyək…

Bu gün məktəblər çox güclü mühafizə olunur, qorunur. Xüsusilə də Bakı məktəblərinə quş quşluğuyla düşə bilməz. Yəni məktəbə girmək üçün gərək sənə icazə verələr ki, sən də içəri keçəsən. Bax, bunu başa düşmək olmur. Düzdür, məktəbi mühafizə eləmək lazımdır. Amma cəmiyyətdən, insanlardan niyə qorxurlar, bax, onu başa düşmək olmur. Çünki Bakı məktəblərinin çoxunda direktorlar at oynadır, orda öz «qanunlarını» yeridir və ona görə də istəmirlər ki, kimlərsə gəlib həmin nöqsanları görsünlər. Hansı ki, məktəb cəmiyyət üçün, mətbuat üçün açıq olmalı və orda hər şey şəffaflıqla həyata keçirilməlidir. Əgər bu şəffaflıq, bu duruluq yoxdusa, məktəblərdə bundan da betər hadisələr baş verəcəkdir.

Cəmiyyətdə isə bu gün müəllimlərə münasibət birmənalı deyil. Amma gəlin ona inanaq ki, Azərbaycanda çoxlu sayda istedadlı, vicdanlı, namuslu, vətənini və millətini sevən müəllimlər var. O müəllimlərin heç vaxt üstünə yerimək, əziyyətlərini puça çevirmək və ən nəhayət, onların nurunun, işığının üstünə qaranlıq salmaq heç də ədalətli deyil. Və bu müəllimlər bizim övladlarımıza, nəvələrimizə az məvaciblə dərs keçirlər, onlara elm öyrədirlər, təlim-tərbiyə verirlər.

Müəllim cəmiyyətin ən aparıcı, ən işıqlı qüvvəsidir. Və bu gün biz Azərbaycan müəllimini bir-iki məsuliyyətsiz, səhlankar, bir az da kobud demiş olsaq, məktəb direktoruna qurban verə bilmərik. Biz müəllimləri cəmiyyətin çirkablarından, şərindən, böhtanından qorumalı və onların daha aydın yola çıxmalarına kömək göstərməliyik. Çünki bu aydın yola gedən müəllimlər bizim gəncləri işıqlı aləmə aparırlar…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-02-18
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK