Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Qızım... Adalet.az | Qızım... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qızım...

44285    |   2018-02-13 16:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dəfələrlə görüşmüşdük onunla. Niyəsə heç üz cizgilərinə diqqət eləməmişdim. Ölüm xəbərini alandan şəkillərinə baxıram. Atasına çox bənzəyir. Görmədiyi atasına. Daha doğrusu, görüb də atası olduğunu hiss etmədiyi atasına. Ömrü boyu bu adın kölgəsi yaşatdı onu. Bu dünyayla vidalaşanda da nəhəng atasının adıyla getdi -Cəfər Cabbarlının qızı vəfat etdi dedilər. Uzun ömür yaşadı Gülarə xanım. Gənc ikən ölüm adlanan o geniş körpüdən keçən atasının da əvəzinə yaşadı sanki. Həyatı boyunca da atasının xatirəsin yaşatdı. Yaşadığı məmləkətdə nə qədər insana ad vermiş atanın qızı Gülarə. Bəlkə vaxtı çatsaydı Gülarəni də hansısa dramın baş qəhrəmanı edərdi. Amma özündən sonrakı dramın həyat adlanan səhnə təcəssümü Gülarə xanımın əlində oldu. Əlbəttə, ailə də buna rəvac verirdi - ömür-gün yoldaşı Seyfəddin Dağlı da çox zəhmət çəkirdi. Amma... Yenə əsas yük təbii ki, Gülarə xanımın idi.

Bütün xatirələri belə başlayırdı - anam deyərdi ki... Nə qədər söhbətlər eləmişik onunla. İndi gözlərini yumduğu evin tikilməyindən, atasının dostlarından, evin səs-küylü vaxtlarından, əsərlərin yazılma prosesindən danışmışdı. Heykəlin qoyulmasından danışmışdı.....

Bakıdakı məşhur heykəllərin yanından ötüb keçəndə bəlkə hansınızınsa ürəyində bir hiss, bir duyğu oyanırsa və bu duyğular sizi məcbur eləyirsə ki, qayğılar altında əzilən varlığınızı dikəldib yuxarıya baxasınız, nə görəcəksiniz, kimi görəcəksiniz? Sizi ucalığa, işığa səsləyənlərimi, ya sizi alçaldıb rəzil eləyənlərimi? Heykəllər sizin yaddaşınızda hansısa ötüb getmiş bir xatirəni canlandıra bilirmi? Əgər bilirsə, bu soyuq daşların sizin taleyinizdə, həyatınızda azacıq da olsa hərarət, istilik payı var. Heykəllərin də insanlar kimi qəribə taleyi olur. Təntənələrlə hündür məqamlara qalxırlar, eyni təmtəraqla da vaxtilə onlara əl çalanların ayaqları altına düşürlər. Bəzən də sökülmürlər, amma xidmət etdikləri ideologiya lazımsız, gərəksiz olur. Böyük istedadlarını, ilhamlarını sərf edib yaratdıqları lazımsız, gərəksiz olur. Bax o zaman həmin bu heykəllər soyuq daşdan başqa bir şey olmayacaq.

Bəziləri əllərini qaldırıb xoş gələcəyə də baxırlar. Düşüncəli, düşüncəli əlləri qoynunda bu millətin sabahı nə olacaq da deyirlər.

Cabbarlının heykəli şəhərin ən gur, izdihamlı bir yerindədi. Dayandığı yüksəklikdən aşağı baxır. Baxır və ömrü boyu dərdlərini yazdığı xalqının - alçaldılmış, təhqir olunmuş, həyatın dibində yaşayan insan mənzərələrini görür. Bu yer qəribə bir yerdir və Cabbarlı bizə elə burdan baxmalıydı.

Narahat idi Gülarə xanım. Bu günün insanının Cabbarlını anlamayacağından narahat idi...

Yaradıcı insanların yaradanla birbaşa təması var. Yaradan öz övladını yer üzünə göndərib sonra çarmıxda əzab verdi. Yaradıcılar öz övladlarını bu dünyaya gətirib çarmıxdan da betər əzablara düçar etdilər, sürətli templə yaşayıb 35 yaşında bu dünyadan köç eləmiş bir insanın memuar yazacaq imkanı olacaq deyildi. Onun kim olduğunu, nəçi olduğunu təbii ki, əsərlərindən öyrənməyə cəhd eləmək olar. Bioqraflar sənətkar ömrünü xronoloji ardıcıllıqla yaza bilirlər. Amma bu xronologiya 20 yaşlı bir gəncin bəlkə 50 yaşlı müdrik bir insanın ürəyindən keçirə biləcəyi hissləri, ağrıları necə anladığının, yaşadığının izahını verə bilmir. 35 illik həyatında hər qəhrəmanı ilə yaşadığı insan ömürlərini hesablasaq, o, bəlkə 135 il yaşamışdı. Böyük sənətin gözəgörünməz alt qatlarında böyük ağrı yatır. Və bir gün bu ağrı özünə yol tapıb üzə çıxırsa, qəlpə-qəlpə aləmə səpələnirsə, bu istedaddır... Bu istedad insanın fiziki ömründən kəsib, mənəvi ömrünə əbədiyyət calaya bilər!

Gülarə xanım daşıyırdı bu ağrıları....

Bu dünyanı yaradanmı yaratdı, yaradıcılarmı? Kimə inanaq, onamı, yaradıcılaramı, gözümüzlə gördüklərimizəmi? Və gördüklərinizin ürəyinizdə şəkk-şübhə toxumları səpdiyi olubmu heç.... Gülarə xanım daşıyırdı bu ağrıları.

O yerdə ki, havasız bir mühitdə bir udum havanın, çirkabın içində bir içim suyun həsrətindəsən - çırpınıb-çabalayıb özünü qurtarmaq istəyirsən, uzaqdan ilğım kimi bir yol görünür. Bir Ağ yol. Gülarə xanım atasının ardıyca getdi. Ölüm adlanan o məchulda atası ürək dolusu - QIZIM deyəcək bəlkə?

İnsan da nədir - əvvəli torpaq, sonu torpaq...

İradə TUNCAY

[email protected]




İmza:

YAZARIN ARXİVİ

2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK