ANA SƏHİFƏ / YAZARLAR

XANALIQ

Nicat NOVRUZOĞLU

3291    |   2018-02-12 18:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu yazının Xınalıqla heç bir əlaqəsi yoxdu. Bu soyuqda, qarda, çovğunda, buzda Xınalıqda nə işimiz qalıb. Heç alpinistlər özləri o tərəflərə, dağ-dərəyə sağ-salamat gedib gələ bilmirlər. O ki qaldı biz.

Bu xana başqa xanadır.

Səhər durub aynada özümü yaxşı görmədim. Yaş artdıqca gərək özünə daha çox diqqət yetirəsən. Bir azca görkəmini boş buraxdın kimdi səni sayan. Nəsə, işim oldu bərbərxanalıq.

Deyəsən bərbər bacarmadı. Yenə də ayna belə göstərir. Bərbər dedi ki, mənlik deyil, rəngin saralıb o üzdən belə görsənirsən. Aynayla bərbərin sözü düz gəldi. Üz tutdum xəstəxanaya.

Qanımı aldılar, içimi çəkdilər, qarnımı əllədilər, guppuldayana qulaq verdilər, dedilər ki, heç zadın yoxdur. Sağollaşıb çıxmaq istəyəndə dedilər sən dəlixanalıqsan.

Gəldim dəlixanaya. Qanımı aldılar, suallarına cavab aldılar, sonucda belə məsləhət oldu ki, iynələsinlər.

İynələdilər. Düşdüm zülmətxanaya. Hər şey görsənir, amma ala-bula görünür, qaranlıqdı, axı. Alan alır, verən verir, satan satır, qaçan qaçır, tutan tutur, döyən döyür, söyən söyür. Amma qaranlıqdı.

Ayıldım. İynənin zülmətxanasından çıxıb düşdüm işıqxanasına (bu da sizə təzə söz, yəni ki, neoloqizm). Kefim kökəldi, başladım söyüş söyməyə. Məni iynələyəni gözəl-gözəl söyməyimə baxmayaraq məni verdi polisə. Dedi bu dəli-zad deyil. Başı üstündədi. Dəli də adam söyər. Basın getsin içəri.

Soxdular məni həbsxanaya. Ordan da zindanxanaya.

Bayılda cəriməmi ödəyib çıxdım bayıra. Qarnım guruldayır.

Gördüm xəngəlxana. Girdim hamının girdiyi yerə. Gördüm xəngəl də gürcünün, menyu da gürcünün.

Çıxıb girdim yeməkxanaya. Qazanın dibi yanıb. Bunu hər yanı bürüyən iydən bildim.

Getdim kababxanaya. Oldu nuş.

Qarın ki, oldu tox, başladım genəlməyə. Oldum yekəxana.

Bir-iki addım atmışdım ki, gördüm yeni bina. Üstünə yazılıb yetimxana. Deməli, hələ yetimlərimiz çox olacaq.

Qarşıda zibilxana.

Sağda qəssabxana.

Altda fahişəxana.

Solda emalatxana.

Dalda istixana.

İrəlidə rəsədxana. Baxıram uzaqlara. O gün yaxın idi. Bu gün uzaq və viranxana... Gözüm axtarır zorxana...

Bəs hanı kitabxana? Hər yer nərdxana, dominoxana, "pleysteyşinxana".

Aha AA seriyalı ayna kimi maşın. Özümə onun aynasında baxdım, ağzım sulandı. Gör içində olsam necə olaram?

Xəyallarım pozuldu. Girdim internetxanaya. Baxdım bu AA-nın dosyesinə. Evləri var xana-xana, içində də zərbxana.

Üzümü göyə tutdum. Göydə quşxana.

Baxmağa peşman oldum. Üç alma düşdü, üçü də təpəmə. Ayıldım ki, görüm indi hansı xanalıqdayam.




İmza:

YAZARIN ARXİVİ

2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK