ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: YUXUMDA GÖRDÜYÜM SURXAY ƏLİBƏYLİ

5650    |   2018-02-12 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Mən yuxulara çox vaxt inanmıram. Və yuxu yozmaqla bağlı da elə bir istedadım yoxdur. Çünki yuxu yozmaq elə özü də bir elmdir. Allah-Təala peyğəmbərlərin arasında Yusif peyğəmbərə yuxu yozmaq elmini də öyrətmişdi. Və Yusif peyğəmbər də hər hansı yuxunu çox dəqiq yozub, gələcəyi olduğu kimi görə bilirdi. Mənə qalanda isə hər yuxu görəndə əlləşə-əlləşə qalıram. Düşünürəm ki, heç olmasa gördüyüm yuxudan ziyan tapmayım. Rəhmətlik Telli nənəm deyərdi ki, bala, pis yuxu görəndə başqasına danışmayın, gedin suya danışın. Danışdığınız o su da pis nə varsa, hamısını yuyub aparacaq, sizi aydınlığa çıxaracaq və pis şey sizin qarşınıza çıxmayacaq…

… Bir neçə gün bundan əvvəl isə yuxumda Surxay Əlibəylini görmüşəm, O Surxay ki, bir vaxtlar bizim qəzetimizdə işləyib və istedadlı publisist kimi gözəl yazılar qələmə alıb. Surxayın bir istedadı da ondan ibarətdir ki, heç bir şeydən maraqlı yazı yazmağı bacaran jurnalistdi. Və o, zamanında istedadlı publisist-jurnalist kimi özünü təsdiq etməyi bacarıb. Bir-birindən rəngarəng kitablar və publisist yazılar qələmə alıb. Bütün bunlar təbii ki, onu mətbuat tarixində yaşadan məqamlar, anlardı…
İndi qayıdaq onun mənim yuxuma girməyinə. Sözün düzü, yuxuma çox xəstə durumda gəlmişdi. Gördüm ki, nə sual verirəm susur və əlini yelləyib deyir ki, əşi, siz nə etibarsız adamlarmışsınız. Elə beləcə çəkilib gedir və dönüb geri də baxmır...

… Surxay Əlibəylinin səhhətində bir ilə yaxındır ki, müəyyən problemlər var. Ümumiyyətlə, indi elə bir adam yoxdur ki, ağrayıb-acımasın. Səhv eləmirəmsə, onun da yaşı 70-ə çatıb. 70 yaşında da adamın ağrıyıb-acıması normal haldı. Amma 70 yaşında adamın yaxınları, doğmaları, dostları tərəfindən unudulması və yaddan çıxması o adama yəqin ki, psi təsir eləyər. Və Surxaya da belə anlar darıxdırıcı məqamlar gətirir…

… Onu hamı açıq ürəkli, səmimi insan kimi tanıyır. Çünki bir tikəsini üç-dörd yerə bölməyi bacaran adamdı. Elə mən də Surxayı belə ürək sahibi kimi tanımışam. Bir müddət bayaq dediyim kimi, bizim qəzetdə işləyib, hətta 1995-ci ildə Milli Məclisə seçkilər vaxtı Aqil Abbasın Bərdə və Ağcabədi rayonlarında təbliğat işləriylə də məşğul olub. Onda bizim hamımız tez-tez həmin rayona gedər, görüşlərdə iştirak edər və seçicilər arasında təbliğat işləri aparırdıq. Surxayın isə bu rayonlarda hörməti daha çox idi. Onunla bir yerdə təbliğat işlərində rəhmətlik Mayıl Cəbrayılov və Lətif Süleymanlı olardılar. Bir dəfə də gedib çıxırlar Bərdənin Şərəfxanlı kəndinə, orda da başlayırlar Aqil Abbasdan danışmağa. O qədər danışırlar, danışırlar, axırda bir nəfər seçici deyir ki, qardaşlar, axı biz tərəfdə namizəd başqa adamdı. Aqil müəllim qonşu kənddən namizədliyini verib. O dəqiqə dostlarımız anlayırlar ki, kəndi səhv salıblar və başqa kəndə getməlidilər. Amma həmin kəndin adamları da onları rahatlıqla buraxmır. Deyirlər ki, gedib filan yeməkxanada bir tikə çörək kəsəcəyik, sonra sizi yola salacağıq. Aparırlar onları yeməkxanaya, doyunca hinduşqa kababı çəkirlər və dostlarımız da möhkəm yeyib-içib kefikök başqa kəndə gedirlər...

Surxay vaxtında imkanlı adam olub. Deyilənlərə görə, Ağdamda parkın direktoru işləyirmiş. Yanına gələn heç bir qonağı yeyib-içmədən yola salmazmış. Yəni kimsə onun qapısını açarmışsa, yanına gedərmişsə, mutləq Surxay ona səhər xaş, günorta hinduşqa kababı, axşam da bozbaş verdirərmiş. Bax, Surxay Əlibyəli belə çörəkverən, diqqətcil adam olub.

Stolun arxasında əyləşər, qabağına toyuq soyutması və 200 qram da araq qoyardı. O, toyuqdan cəmi bircə qanadını yeyərdi. Qalanını ətrafdakı dostlarına verərdi. Düzdü, onlara da yemək gətizdirərdi. Amma o görərdi ki, dostları öz payını yeyəndən sonra yenə gözlərini həmin toyuq soyutmasına zilləyib. Və o da boşqab qarışıq toyuq soyutmasını onların qabağına itələyərdi. Dönüb heç vaxt baxmazdı ki, bunun qismətini dostları niyə yeyir? Əksinə, «halal xoşunuz olsun» deyib sakitcə bir toyuq qanadıyla o 200 qramı bala-bala «vurardı».

Bu yaxınlarda «Azərbaycan» nəşriyyatının qarşısında onunla uzun müddət dostluq eləmiş tanınmış publisist-jurnalist Salman Aloğluyla görüşdük. Bir daha Surxayı yada saldıq. Birdən elə bilərsiniz Surxaya nəsə bir şey olub?! Sadəcə olaraq, bir balaca xəstəlik keçirib, evdə müalicə olunur.
Onu yuxumda görməyim də çox qəribəydi. Və yuxudan qalxandan sonra həmin gün özümə gələ bilmədim. Gördüm ki, içi mən qarışıq bütün dostlarından inciyib, küsüb. Həmin günü zəng eləyə bilmədim. Daha doğrusu, mobil telefonunu tapmadım. Fevralın 11-də axşam vaxtı zəng elədim. Dəfələrlə telefonun çağırmasına baxmayaraq, onu açmadı. Amma 5-10 dəqiqə keçmiş gördüm ki, həmin nömrədən mənə zəng gəldi. Telefonu açdım, Surxayın xırıltılı səsi gəldi. O dəqiqə məni tanıdı. O dəqiqə gördüm ki, həyəcanlanır. Bir-iki söz deyib kövrəldi. Sonra da dilləndi:

- Məəttəl qalmışam ki, nə yaxşı məni yada salmısan. Deməli, hələ yaddan çıxmamışam. Səhhətim də pis deyil. Düzdür, özümü narahat hiss eləyirəm. Həmişə «Azərbaycan» nəşriyyatına getmişəm. Amma indi tay gedə bilmirəm. Sağlamlığım imkan vermir . dostluq elədiyim, tonlarla çörək kəsdiyim adamların heç birindən səs-səmir gəlmir. Allah hamısının işini avand eləsin, canlarını sağ eləsin!..
Bu sözləri deyəndən sonra o bir qədər də kövrəlir. Ancaq kövrəlməyə qoymuram. Görürəm ki, mənimlə danışanda özü və səsi bir az da yorulur. Bir az ümid, bir az həyat eşqi, bir az da gələcəyə olan sevgi duyğuları aşılayaraq ona can sağlığı arzulayıram. Və tezliklə görüşəcəyimizi deyib telefonu bağlayıram…

Biz insanlar ürəkağrısı ilə deyim ki, çətin və ağır gündə bir-birimizi arayıb-axtarmırıq. Evinə getməsək də, bir şey alıb qapısını döyməsək də, heç olmasa bu xəstə anlarda, ağır məqamlarda tonlarla çörək kəsdiyimiz, dostluq və yoldaşlıq elədiyimiz adamlara bir telefon zəngini də çox görürük. Biz hər şeydən uzaqlaşa-uzaqlaşa doğmaları, yaxınları, hətta ömrünün son anlarını yaşayan insanları yaddan çıxarırıq. Və düşünmürük ki, biz onları yaddan çıxarırıqsa, xatırlamırıqsa, bir gün gələcək biz də yorğan-döşəyə düşəndə, xəstə olanda heç kimsə bizi arayıb-axtarmayacaq. Bax, onda Ramiz Rövşən demişkən, gözlərimiz də böyüyəcək...

Surxay Əlibəylinin çox istedadlı və qabiliyyətli oğlu var. Tanınmış idman telejurnalisti Altay Əliyev. Altay o jurnalistlərdəndir ki, öz adını Azərbaycanın mətbuat tarixinə yazıb. Xüsusən də futbol reportajlarını gənclər arasında onun kimi gözəl aparan və şərh verən ikinci bir idman şərhçisi tanımıram. Altayın danışığında həm dinamıka var, həm ritm var, həm də futbola gözəl bir sevgi hiss olunur. O hər hansı zəif futbolu da elə gözəl şərh edir ki, tamaşaçı axıra qədər futbola baxmağa məcbur olur. Düzdür, indi o, idman jurnalistikasından bir qədər uzaqlaşıb. Amma onun idman jurnalistikasından uzaqlaşması bizim müasir idman jurnalistikasına hər halda xeyir gətirməyib.

Bizim kənddə vaxtilə çox imkanlı bir ailə olub. Onların övladlarının hamısı vəzifə başında əyləşib. Böyük qardaş Mansur kişi isə uzun müddət kənddə kolxoz sədri işləyib. Və həmişə də vəzifəsinə görə sayılıb-seçilib. Bir dəfə elə olub ki, kimsə ondan soruşur ki, bəs sən «naçalnik qai» Sabirin qardaşısan? Mansur kişi bundan əsəbləşib deyib ki, yox, Sabir mənim qardaşımdı…

Bu məsəli ona görə xatırlayırıq ki, bir vaxtlar Altaya deyirdilər ki, Surxay Əlibəylinin oğludu. Və bundan da Surxay qürur duyurdu. Bu gün də deyirlər ki, Altayın atası Surxay. Yəni çoxları Surxaya Altayın atası kimi hörmət bəsləyir. Surxay bundan yenə qürur duyur və sevinir…

Bütün insanların sevinməsini, fərəhlənməsini arzulayırıq. Kimsə xəstələnirsə, yatağa düşürsə, tezliklə ayağa qalxmasına və şəfa tapmasına Allah-Təala kömək eləyir.İndi Surxay qardaşımız da bir balaca yatağa düşüb. Onu da inşallah Allah-Təala o xəstəlikdən, o çətinlikdən xilas edər. Və buna qədər isə onunla tonlarla çörək kəsən, yeyib-içən insanların bir quru zəngi lazımdı.

İnanın, xəstə adama bu zəngdən, bu diqqətdən böyük şəfa ola bilməz. Ki, heç kim bilmir sabah onun başına hansı bir faciə, hadisə gələ bilər. Əgər biz hamımız insanıqsa, yaşayırıqsa, deməli, biz də xəstələnə bilər və Surxay kimi dostların yadından çıxarıq. Gəlin, heç kimi yaddan çıxarmayaq. Çörək kəsdiyimiz, dost dediyimiz adamları çətin anda, çətin məqamda axtaraq. Və biz onları axtarsaq, heç xəncərimizin də qaşı düşən deyil…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-25
2018-04-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (42.86%)
"Real" Madrid (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda «Jaqa» ləqəbi ilə tanınan «Dostluq» kino-teatrının direktoru Fazil Qasımov (məşhur yazıçı Əlfi Qasımovun qardaşı) kabinetində oturub «Fillər mənim dostumdur» filmindən qazandığı pulları sayır:

- Üç min dörd yüz, üç min beş yüz, üç min altı yüz əlli…

Fazil müəllimin də «Paxan» ləqəbi ilə tanınan Bəxtiyar adlı bir oğlu vardı, dava-şavasız günü keçməzdi.

Elə pulları saydığı yerdə ki üç min altı yüz əlli, administrator girir içəri, deyir:

- Fazil müəllim, indicə paxan Mədəniyyət evinin qabağında bir nəfəri bıçaqlayıb.

Fazil müəllim stolun üstündəki pulu əlinin arxasıyla sıyırıb tökür döşəməyə, deyir:

- Fillər də belə getdi ey…





digər lətifələr
ARXİV
FACEBOOK