ANA SƏHİFƏ / YAZARLAR

ÖMRÜN OTUZ ÜÇ ANI

Altmışın içərisində otuz üç mənə daha doğmadı

62737    |   2013-03-30 07:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Pəncərə önündə dayanmışam. Elə bilməyin ki, qədim və zaman-zaman təkrarlanan bir bayatını xatırlatmaq istəyirəm. Xeyir. Sadəcə dünyanın bir pəncərə olduğunu və hər kəsin də bu pəncərədən baxıb getdiyini bilə-bilə mən yenə pəncərə önündə dayanmağa üstünlük verdim... Bunun nədən qaynaqlandığını, niyə məhz bu seçimi etdiyimi ilk anda fəhm edə bilmədim. Düzü, bu bir az mənə, loru dildə desəm, çöçün gəldi. Elə bil özüm özümdən sıxıldım. Amma sonra baxdığım pəncərə sanki mənə dayaq oldu, əlimdən tutdu. Bir az da dürüst ifadə etsəm, dirsəkləndim pəncərəyə və...

...Onda dünyada böyük bir güc mərkəzi var idi. Onda bu güc mərkəzinə dünyanın çox-çox yerləri də həsəd aparırdı. İndi hamı özünü istiqlal mübarizi, azadlıq aşiqi kimi təqdim etsə də, amma bir gerçəklik də var, ondan yan keçmək, onu etiraf etməmək mümkün deyil. Şəxsən mən və mənim yaşıdlarım orta məktəbdə məşhur bir şeiri, yəni "Mən sovet vətəndaşıyam" şeirini bir nəfəsə əzbərləmişdik. Mayakovskinin bu şeiri bizə qürur verirdi. Ölkə hüdudlarını keçəndə sovet vətəndaşı olduğumuzu bir təkəbbürlə nümayiş etdirirdik... Bunu elə-belə xatırlamadım. Bunun da səbəbi var. Səbəbi də ömrün 33 anıdı...

Bir məşhur film də var idi. Yəqin onu da xatırlayırsınız: "Baharın on yeddi anı"! Mən on yeddi andan daha çox, az qala onun iki dəfəsi həcmində anlar yaşamışam. Və bu anlar məhz pəncərə önündə dayandığım həmin o məqamda gözümün önündə canlanmağa başladı. Çox qəribədi. Görünür insan yaşlaşdıqca o təkcə kövrəlmir, həm də xatirələrə daha çox meyl edir. Bu da səbəbsiz deyil. Axı torpaq insanı çəkir... insan torpağa daha çox yaxınlaşır. Deyilənlərə görə, torpaqdan yaranmışıq. Elə bu da bir səbəbdi. Yarandığımıza qayıdış... İstəsək də, istəməsək də bu, danılmaz və əbədi bir gerçəklikdi...

Bax, pəncərəyə dirsəklənib baxdığım həmin o məqamda mən ömrün 33 anının birinci hissəsini 33 mərtəbənin ilk pilləsini xatırlayıram. 1980-ci il idi. Ordudan qayıdıb dövlət universitetinə daxil olmuşdum. Bir az ordu havası, bir az yazı-pozu havası, bir az da dostluq etdiyim, necə deyərlər, ətraflarında olduğum Nüsrət Kəsəmənlinin, Sabir Rüstəmxanlının və Çingiz Əlioğlunun sayəsində ədəbi mühitə qaynayıb qarışırdım. Mənə elə gəlirdi ki, yanlarında göründüyüm bu adamların aurası yavaş-yavaş mənə də hopur, məni də öz sırasında digərlərinə təqdim edir... Beləcə, 1980-ci ilin təqribən sentyabr ayının ortalarında bir istirahət günü qala divarının yanındakı çayxanada onu gördüm. Öz dostları ilə çılğın, əl-qolla danışan, saçları da az qala çiyinlərinə düşən bu ortaboylu oğlan əvvəllər adını eşitdiyim bugünkü 60 yaşlı yazıçı, millət vəkili idi.

Beləcə, dostlarımın çevrəsində tanıdığım adamların sırasında onunla ilk ünsiyyətim yarandı. Sonra ömrün ikinci anı başladı. Yəni artıq 33-dən başlanan anların ikincisi yaddaşımda təzələndi...

Bir "Sovet kəndi" qəzeti var idi. Bu qəzet daha çox kənddən, onun işıqlı adamlarından, təsərrüfatdan yazsa da, amma qəzetdəki mədəniyyət, ədəbiyyat şöbəsi mərhum jurnalist, gözəl pedaqoq, həyatımda unudulmaz yeri olan, evində çörək kəsdiyim Nəriman Zeynalovun qayğısı ilə demək olar ki, ədəbi ictimaiyyətin diqqətini çəkmişdi. Şöbəyə Vaqif Bəhmənli rəhbərlik edirdi. Nəriman müəllimin birbaşa tapşırığından sonra hörmətli Vaqif müəllim mənə bir az da artıq diqqət ayırmışdı. O, təkcə şeirlərimi çap etmirdi, həm də söz-sənət adamları barəsində yazılar yazmaq barədə mənə tapşırıqlar da verirdi. Məhz "Sovet kəndi" qəzetində həmin o qala divarının dibindən tanıdığım, salamlaşıb hal-xoş etdiyim oğlanla bir az da yaxın münasibətimiz yarandı. İndi artıq qarabağlı kimi, bir bölgənin adamları kimi də yaxınlaşmışdıq. Onun "Ulduz" jurnalında nəşr olunmuş və zamanına görə ədəbi mühitin diqqətini çəkmiş povesti yaşıdlarım arasında geniş müzakirə olunurdu. Səmimi etiraf edim ki, bizim dövrün, daha doğrusu, bizim ədəbi nəslin bu uğuru hamımızı həvəsləndirmişdi. Necə deyərlər, yaşlı nəslin qarşısına tutarlı, samballı bir əsər qoyulmuşdu. Bununla da yaşlı nəslə sanki bir mesaj verilmişdi:

- Ədəbiyyat var, yaranır və yaranacaq! Heç nə bitib tükənmir, yerində dayanmır!

Daha bir an. Artıq onu söz adamları da, mədəniyyət-ictimaiyyət aləmi də tanıyır... böyük bir qəzetin şöbə müdiridi... öz ətrafı, öz üslubu, necə deyərlər, öz dəst-xətti, öz yolu var. Pəncərəsindən baxdığım "Azərbaycan" nəşriyyatının əksər işçiləri, özü də təkcə jurnalistlər yox, eləcə də çap sexində çalışanlar da onu tanıyırdılar. Hətta nəşriyyatın birinci mərtəbəsindəki böyük yeməkxana və burada çalışan yaşlı kassir xanım da onun gəlişinə sevinirdi. Burada hər kəs özü özünə xidmət edirdi. Əlimizdə sini götürdüyümüz yeməklərlə kassaya yaxınlaşanda o bizdən öndə dayanıbsa, mütləq arxaya çönüb özündən sonra növbə gözləyən dostların, tanışların da yeməyinin pulunu ödəyirdi. Özünəməxsus şəkildə kassir xanıma:

- Hamısı mənlikdi! - deyirdi.

Bilmirəm, bu məqamı xatırlamağım, daha doğrusu, dilə gətirməyim nə qədər əxlaqa uyğundu, amma deyir "aşıq gördüyünü çağırar". Mən gördüyümü, şahidi olduğumu, yaddaşıma köçürdüyümü yazmağı özümə borc bildim. Çünki bu həyatımın çox qəribə məqamları ilə bağlıdı. Onun hərəkətləri heç kimə qarşı bir özündən razılıq, özünü göstərmək, özünü reklam etmək təsiri bağışlamırdı. O, sadəcə hər şeyi o qədər səmimi edirdi ki, etiraza yer qalmırdı. Adama elə gəlirdi ki, elə belə də olmalıdı...

Dördüncü an. Artıq Qarabağ göylərini qara buludlar alır... Ölkədə mitinq havası hökm sürür... meydan aşıb-daşır... hər kəs öz bildiyi, öz bacardığı, özünün gücü çatdığı bir şəkildə nəyinsə qulpundan tutmağa, nə isə etməyə çalışır. İndi mən Dağlıq Qarabağda fəaliyyət göstərirəm və elə bilirəm ki, bura qayıtmağımla hər şeyi yerinə qaytarıb qoyacam... Qara buludları "sim-sim" deməklə qovub haqqı, ədaləti bərpa edəcəm. Amma onda bilməsəm də, indi bütün gerçəkliyi ilə anlayıram ki, çox yanılmışam. Hətta o səviyyədə yanılmışam ki, nə torpaq üçün, nə də ailəm üçün heç nə edə bilməmişəm. Yazdıqlarım da, şahidi olduğum hadisələr də, əlimdə tutduğum silah da ən yaxşı halda nə vaxtsa tarix üçündü. Təbii ki, o da ona lazım olsa. Çünki ordudan təxris olunandan sonra yaxınlaşdığım bir məmur gözlərimin içinə baxa-baxa dedi:

- Səni orduya mən göndərməmişəm ki, indi durub mənim üstümə gəlirsən...

Hə, bu da beşinci an...

...Ölkə müstəqillik qazanıb. Doğulduğum kənd işğal olunub, özü də gözlərimin qarşısında yandırılıb, tüstüsü göylərə bülənd olub... az qala havalanmışam, elə havalı-havalı da yazmışam.

Yandı evim-eşiyim

Yandı divarım, daşım

İsit, qoyma üşüyüm-

İsit məni, göz yaşım...

Hə, bax belə bir məqamda üçüncü dəfə qaçqınlığın nə olduğunu yaşamağa başlayanda üz tutdum "Azərbaycan" nəşriyyatına. Dəhlizdə qarşılaşdıq. Yenə həminki qaynarlığı ilə, həminki mehribanlığı ilə görüşdü. İlk kəlməsindən "vəziyyətdən xəbərdaram!" deyib qolumdan tutdu:

- Birlikdə işləyərik!

Elə bil içimdə ümid qığılcımı alışdı... elə bil düşdüyüm qaranlıq quyudan çıxmaq üçün kimsə mənə bir kəndir atdı, bir nərdivan uzatdı... Elə bil qarşımda bir ağ yol açıldı, başdan-başa ağappaq yol... İnanın ki, o ana qədər, o qarşılaşmaya qədər belə bir təklif, belə bir münasibət gözləməmişdim, heç ağlımdan da keçirməmişdim. Ona görə də özümdən asılı olmadan yerimdə quruyub qalmışdım. İndiki məşhurların sözü olmasın, sanki stresdəydim, şoka düşmüşdüm. Qolumun sıxıldığını hiss edəndə özümə gəldim və onun dediyinin nə qədər həqiqət olduğunu dəqiqləşdirmək üçün bir az təəccüb, bir az heyrət, bir az da tərəddüdlə gözlərinin içinə baxdım. Axı zamanının ən populyar bir qəzetinin redaktorunun ilk qarşılaşmada, dərdin içində girinc olduğun bir vaxtda təqdimatsız, tapşırıqsız, hətta "şirinliksiz" səni öz kollektivinə dəvət etməsi doğrudan-doğruya qeyri-adi bir yanaşma idi. Lap yumuşaq desək, mənim üçün möcüzə sayılacaq bir gerçəklik idi. Arxada, yəni sığındıqları uşaq baxçasında məni gözləyən ailəm üçün bundan böyük hədiyyə, bundan böyük müjdə, bundan şirin, bundan şad xəbər ola bilməzdi. Bunları mənə, ailəmə o verdi.

Altıncı an. Bir yerdə işləyirik. Cəbhə müxbiriyəm. Qarabağdan, müharibədən, qaçqınlardan, bir sözlə, özümdən yazıram, öz həyatımdan yazıram. Yeganə məqsədim gördüyüm, yaşadığım gerçəyi yazmaqdı. Etiraf edim ki, qəzetin və onun baş redaktorunun adı hər yerdə əlimdən tutur, hər yerdə köməyimə çatır, hər yerdə məni saydırır. Mən də öz əxlaqıma uyğun olaraq qəzetin də, onun kollektivinin də, redaktorunun da adını, nüfuzunu qorumaq üçün nəyi bacarıramsa, onu da etməyə çalışıram. Bax, belə məqamların birində o, mənə dedi:

- Sən uşaqlarının qayğısına qal! Qəzetin problemlərini özüm həll edəcəm. Başqalarına verdiyim tapşırıqların sənə aidiyyatı yoxdu.

Bəli, mən onu bu dəfə təkcə redaktor, jurnalist kimi yox, həm də qayğıkeş dost, böyük qardaş kimi tanımağa başladım. Çünki etdiyimiz söhbətdə o, mənim necə yaşadığımı, necə dolandığımı bütün çılpaqlığı ilə bir-bir üzümə söylədi və sonda da vurğuladı ki, mənim ailəni dolandırmağa, qəzeti vaxtlı-vaxtında oxucuya çatdırmağa imkanım var. Sən uşaqların üçün nəyi bacarırsansa, onu et. Özüm də sənə kömək edəcəm.

Bəlkə bu fikirlər kimlər üçünsə ayrı prizmadan yozuldu, göründü, kimlərsə bunu yarınmaq kimi qiymətləndirdi... Olsun. Mən bu yazını yazmaq qərarına gələndə həmin yozumun, həmin şit təbəssümlərin olacağını göz önünə almışdım. Ona görə də bir Allah şahiddi ki, yaşadıqlarımı, şahidi olduqlarımı, gördüklərimi yazıram. Məhz təkcə mənim yox, övladlarımın da həyatına, yaşamına diqqət ayırdığını təkrar-təkrar mənə deyən, hətta bunu bəzən hökmlə diktə edən baş redaktorun səmimiyyətini bütün ömrüm boyu özümlə, övladlarımla birlikdə illərdən-illərə daşımışıq və daşıyacağıq da. Çünki bu bizim, yəni qaçqınlığın, yurdsuzluğun bütün sitəmlərini yaşamış bir ailənin həyatda eşitdiyi, hiss etdiyi ilk və ən böyük qayğı, diqqətdi. Bunu unutmaq elə özünü, əxlaqını, insanlığını, yediyin duz-çörəyi, verdiyin salamı unutmaq kimi bir şeydi.

Yeddinci an. Artıq yenidən Bakıya köçmüşəm. Necə deyərlər, redaksiyada kollektivin içərisindəyəm... İndi daha çox təmasımız olur. Tez-tez birlikdə döyüş bölgəsinə, eləcə də müxtəlif rayonlara səfərlər edirik... yol-yoldaşlığımız zamanı onu daha yaxından tanıyıram. Mənim üçün sirli olan, maraqlı olan neçə-neçə məqamlar ortaya çıxır. Bəzən anlaya bilmədiyim, tərəddüd içərisində qaldığım vaxtlar da olur. Çünki o, dəvət olunduğu məclislərin hamısında məni də özü ilə yanaşı əyləşdirir... öncə məni təqdim edir, mənim yazı - pozumdan danışır. Və mən bu qəribə məqamlarda sıxıldığım kimi, həm də özüm də bilmədən daxilən qürrələnirəm, fərəhlənirəm, mənə olan münasibətin böyüklüyü, səmimiyyəti içərisində özümə yer tapa bilmirəm. Onun ürəyinin genişliyinə, onun vəhylə söylədiklərinə heyran qalıram. Hətta qonağı olduğu dostuna ərklə dediyi sözləri bir az çəkinə-çəkinə qəbul edirəm, dinləyirəm. Çünki o, açıq bir şəkildə ərki olan dostuna hamının yanında:

- Əbülfət üçün bir pay hazırlayın! - deyir.

Onlar da məmnuniyyətlə mənə, mənim ailəmə pay düzəldirlər, maşınımıza həmin o payı qoyub "nuş olsun!" deyirlər. Və biz ölkəni birlikdə gəzir, birlikdə xeyir-şər məclislərinə gedir, birlikdə ailələrimizin, özümüzün və qəzetimizin problemlərini bölüşürük.

Səkkizinci an. Mən ömrümün 33 anının hər birini yazmaq istəyirəm. Çünki onların hər biri mənim üçün əzizdi, maraqlıdı və həm də onların hər birinin içərisində təkrar yaşamaq istədiyim və istəmədiyim məqamlar var. Amma etiraf edim ki, yaddaşıma yazılmış, ömrümə hopmuş bu anlar məni şərəfləndirir. O anların sayəsində mən də kifayət qədər cəmiyyətdə görünmək imkanını haqq etmişəm. Onun millət vəkili seçilməsi... seçki prosesinin özü, bu proseslər zamanı baş verən hadisələr, ona yarınan bir çoxlarının "qaynatdığı ağzı qapaqlı qazanlar", ortada çömçə kimi, özü də yuyulmamış çömçə kimi fırlananlar, onun adından, nüfuzundan, eləcə də müəyyən məqamlardakı həlimliyindən istifadə edərək qılığına girib özünə "xal" toplayanlar, daha kimlər, kimlər... nələr, nələr... Hətta məni öz ailəsinə qəbul edib üzümə qapı açması və kimlərinsə (təbii ki, indi ad çəkməyin nə yeridi, nə də məqamı. Heç buna lüzüm da yoxdu - Ə.M) günahı üzündən töhmət almağım da ömrümün həmin o anlarındandı. Və mən bu anlar üçün öncə Allahıma, sonra da ona minnətdaram. Elə bu yazını da həmin o minnətdarlığın kiçik bir ifadəsi kimi yazıram. Yazıram ki, o, özünün 60 yaşında mənə ayırdığı 33 an üçün təəssüflənməsin... Yazıram ki, bu 33 anın ona nə qədər doğma və yaxud yad olduğunu o da bir anlıq düşünsün... Yazıram ki... bugünkü yubilyarımız bilsin ki, mən elə həmin sədaqətlə, həmin səmimiyətlə, həmin inamla qarşıda məni gözləyən anların yolundayam. O anlar mənə ayırsa da, ayırmasa da!..

Bəli, oxucu fikirləşər ki, görəsən yerdə qalan anları niyə kağıza köçürmədim. İndi onun niyəsini deyim. Çünki bir dəfə özünə demişəm, daha doğrusu, söhbət zamanı bildirmişəm ki, Allah ömür versə, təqaüdə çıxa bilsəm, sizin və başqa bir dəyərli, bu gün vəzifədə olan dostum barəsində ürəyimdə, yaddaşımda olanların hamısını "Xatirələrim" adı altında yazacam. Ona görə də indi qalan anları yazmıram. Yazsam, onda xatirələrimi ya oxumayacaqsınız, ya da maraqsız olacaq...

60 yaşın mübarək, 33 il bundan əvvəl qazandığım DOST!

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-19
2018-06-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (25%)
Argentina (12.5%)
İspaniya (12.5%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK