hacklink Adalet.az | BAYRAMIN ƏZABI Adalet.az | BAYRAMIN ƏZABI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BAYRAMIN ƏZABI

29260    |   2013-03-30 07:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bayramlar bizim ən şad və sevincli günlərimizdir, bu hamıya məlumdur. Ümumiyyətlə milli bayramlarımız isə təqvim və dini bayramlardan çox fərqlənir. Milli bayramlarımız, ulu babalarımızın olum-ölüm döyüşündən uğurla çıxdıqları, talelərinin onları ağ qoçun üstünə tulladıqları və simurqun qanadına mindirib qaranlıq dünyadan işıqlı dünyaya çıxdıqları günlərin yadda saxlanıb nəsildən-nəslə ötürülməsi hadisələridir.

Hər bayram gəldikdə böyük-kiçik, kişi-qadın, oğul-uşaq hamı ən gözəl libaslarını geyinir, bir-birinə təbrik deyir. Xüsusilə Novruz Bayramı isə bizlər üçün daha bir ayrı məna daşıyır. Yaxşı xatırlayıram, kəndimizdə ən əziz bayram Novruz idi, o xalq arasında həm orucluq, həm də qurban bayramından daha ulu, daha müqəddəs sayılırdı.

Bayram hazırlığını anam bir ay qabaqdan görərdi. Axır çərşənbədən qabaq qonşu qadınlarla iməcilik edib qovurqa qovurub onu kirkirədə çəkib qovut qayırardılar. Axır çərşənbə axşamı böyük bir qabımız vardı, anam onu qovutla qalaqlama doldurur, üstünü sığallayıb yük yerinin üstünə qoyardı. "Bala, Xızır əleyhissalam ağ atıyla bu gecə gəzməyə çıxacaqdı. Hansı evə baş çəksə onun atının nalının izi o evdəki qovutun üstünə düşəcəkdir. Hansı evin qovutunun üstündə onun atının nalının izi görünsə, deməli, Allah baba o evə bol bərəkət və ruzi yollayacaqdır. Biz də dua edək ki, Xızır əleyhissalam evimizə gəlsin, bizlərə xeyir-bərəkət gətirsin". Anam ayrıca saxladığı qovutdan halva düzəldər və onun bir topasını evimizin damına tullayar, "ey ocağın yiyələri, bu da sizin payınız!.." - deyərdi. Ona "ana, bu ocaq bizim deyil bəyəmə - deyə sual verdikdə, "əlbəttə bizimdir, ancaq bu ocağı bizə miras qoyub gedən dədə-nənələrimiz var, onların ruhu hər bayram gələndə gəlib ocağını ziyarət edir, əgər halvadan onlara pay verməsək ruhları inciyər, bizdən küsərlər" deyərdi.

Biz uşaqlar üçün Novruz Bayramının başqa bir sevinci daha vardı; sevincdə səməni halvasının da ayrı bir yeri. Məhəlləmizin qadınları buğdanı cücərdər, dibəkdə döyər, sonra da bir təndirin başında yığışıb böyük qulqlu qazanlarda səməni halvası bişirərdilər. Dibəklərdə döyülüb hazırlanan məhlulu doldurduqları qazanda uzun bir kösövün ucuna bağladıqları ərsinlə qarışdırar və ərsinin tiyəsinin ağzında yığışan qazmağı növbəyə dayanan bizlərə verərdilər. Kəndimizdə indi səməni bişirirlərmi, bilmirəmg Heyhat!..

Düz iyirmi bir ildir hər bayram gələndə əzab çəkirəm. Kəndimizdəki bayramı Ankaradakı evimizdə, ordakı kimi olmasa da davam etdiririk, ancaq kəndin, ata-ananın, qohumların, yaxın dostların, ordakı qonşuların əlçatmaz uzaqlıqda olması hər bayram gələndə ürəyimi əzir. Artıq Şəhriyar demişkən, bayramda kəndimizdəki gecə quşları oxumur, sayıb-sevdiyimiz böyüklərimizin hardasa sümükləri də torpaq olub. Bu dünyaya gəldilər, bizlərin ürəyində sevgi tumunu cücərtdilər, işıqlı dünyaya boylandıqları pəncərənin qabağından yavaşça sürüşüb getdilər. Dünya yalan, hər şey boş imiş. Görkəmli şairimiz Cahit Sıtkı Tarancı bir şeirində;

Hayata bərabər başladığımız,

Dostlarla da yollar ayrıldı bir-bir;

Gittikçə artıyor yalnızlığımız...

- deyir.

Doğma kəndimizdən çıxalı iyirmi ildən çoxdur, kənddə qoyub gəldiklərim, xatirələrim, sevdiklərim Şəhriyar dəmişkən, itib-batıb dağılsa da məni zərrə qədər sarsıtmır, sadəcə olaraq ürəyimdə bir nisgil kimi qalırlar. Ancaq elə dərdlər vardır ki, bayram günlərində paslı bir xəncərə dönüb insanın ürəyinə sonqulub qalır, ha dart ki çıxardasan. Ulu babalarımızın hər bayramı təntənə ilə qeyd etdikləri, Ulu Tanrı tərəfindən cənnətdən bu dünyaya köçürülmüş, bizə bağışlanmış yerlərimiz vardı; Şuşa, Kəlbəcər, Ağdam, Laçın, Füzuli və digər torpaqlarımız, onların dünənki nökərlərimizin murdar çəkmələri altında tapdağa çevrilməsi hər gələn bayramı insanın ürəyində zəhərə döndərir. Keçən bu Novruz Bayramında da həmin hissləri keçirdim, həmin iztirabları duydum, həm də ürəyimin ən dərin guşəsində. Bayram günü Türkiyədə yaranan ayrı bir qanqaraldıcı əhvalat da ona əlavə oldu. Mərhum şairimiz Məmməd Akif ərsoy, "bir zamanlar biz də millət, həm də nə millətmişiz" deyəndə görəsən indiki nəslə, yəni bizlərə nəsə demək istəmişdi!ə Bir ovuc terrorçu nəyə görə belə meydan sulayır, başa düşmək mümkün deyil ki, deyil!..

1985-ci ildəndir yazıb-cızıram və dilimin döndüyü qədər də danışıram ki, İran şahı Rza Pəhləvinin 1967-ci ildə həyata keçirdiyi Ağ İnqilab öz ixtirası deyildi, onu İngilis-Amerikan gücü həyata keçirtmişdi. 70-ci illərdən sonra onlara biri də qoşuldu və bir trio yarandı, indi Orta Şərq və Yaxın Şərqdə onların diktəsi həyata keçirilir. Diyəsən yel ki, belə əsir bölgədə çox qanlar axacaq, çox ocaqlar sönəcəkdi. İraqda dörd milyon Türkmən yaşayırdı, onları heç kəs nəzərə almadı, Suriyada üç milyon yarım Türkmən yaşayır, onlar da nəzərə alınmayacaqdı, sabah biri gün zərbə İrana yönəlsə ordakı otuz beş milyonluq kütlə də özgəsinə qul ediləcəkdi. Mən bu barədə qəti fikirliyəm. Görünən kəndə nə bələdçi. İraqda, Livyada, Misirdə nələr baş verdi gördük, növbə özgələrinə gəlib çatıb diyəsən. Bu fikrimin də əsası var. Xomeyni, Parisdə olanda mərhum ağsaqqalımız Şəriətmədariyə söz vermişdi ki, Şah qovulandan və öz hakimiyyətləri yaranandan sonra İranda yaşayan türklərə öz mədəni hüquqları veriləcəkdi. Ancaq o Parisdən gəlib taxta çıxandan sonra verdiyi sözü danmaq da nədi, Şəriətmədarini ev dustağı etdi, hətta həkimin ona verdiyi dərmanları belə almağına, istifadə etməyinə icazə vermədi. O Şəriətmədari ki, Şah Xomeyninin qətlinə fərman verəndə ona ayətullahlıq diplomu verərək ölümdən xilas olmasını təmin etmişdi, Türkiyə də onu qonaq kimi qəbul etmiş, hörmətlə yanaşmışdı. Xomeyni, Şəriətmədariyə qarşı o addımı atarkən arxasında Qərb dünyası dayanmışdı, ona dayaq vermişdi.

Ulu Tanrı müqəddəs kitabımız "Qurani-Kərim"də Rad surəsinin on birinci ayəsində buyurur: "Bir millət özünü dəyişdirmədikçə Allah onların vəziyyətini dəyişdirməz". Deməli biz ya özümüzü dəyişdirməliyik, ya da məhv olub getməliyik.

Allah axırını xeyir eləsin.

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK