Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Tarixi şəxsiyyətlərin məşhur dialoqları Adalet.az | Tarixi şəxsiyyətlərin məşhur dialoqları Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Tarixi şəxsiyyətlərin məşhur dialoqları

16161    |   2018-12-10 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az sizə tarixi şəxsiyyətlərin həyatından hazırcavablığı ilə seçilən dialoqlarını təqdim edir.










Corc Vaşinqton

ABŞ-ın ilk prezidenti olmuş Vaşinqton (1732-1799) günlərin bir günü səyahət edəndə gəlib Corciya ştatında kiçik bir kəndə düşür. O kənd restoranına girib üç yumurta bişirtdirmiş və yedikdən sonra:

- Nə qədər verməliyəm?- dedikdə:

- Yüz dollar!- deyə restoran sahibi cavab verir. Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:

- Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir!- deyir

- Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir!- deyə cavab verir.






Volfqanq Motsart

Bir gənc bəstəkar məşhur alman bəstəkarı Motsarta (1756-1791) müraciət edərək soruşur:

- Simfoniyanı necə yazmaq lazımdır?

- Siz hələ gəncsiniz, yaxşı olardı ki, əvvəlcə ballada yazmaqdan başlayasınız! - deyə Motsart cavab verir. Gənc bu məsləhətə etiraz edərək deyir:

- Siz özünüz simfoniyanı on yaşına çatmamış yazmağa başlamadınızmı?

- Doğrudur... Ancaq mən simfoniyanı necə yazacağımı başqasından soruşmamışdım! - deyə cavab verir.









Aleksandr Düma

Aleksandr Düma (1802-1870) xəstə olduğu zaman yanına gəlmiş həkim deyir:

- Vəziyyətiniz ciddidir, siz hər bir təsadüfə hazır olmalısınız. Sizin bu çətin günlərinizdə görüşmək istədiyiniz biri varmı?

Düma bu sual qarşısında bir qədər fikirləşib deyir:

- Əlbəttə!

- Kiminlə görüşmək xəyalınız var?

- Başqa həkimlə!- deyə cavab verir.







Albert Eynşteyn


Albert Eynşteyn (1879-1955) səliqəsiz geyinən və dalğın düşüncəli bir insan idi. Bir gün də dərin düşüncəyə daldığı halda gedərkən dostlarından birinə rast gəlib deyir:

- Axşam bizə qonaq gəl, professor Stimson da bizdə olacaqdır.

- Stimson elə mən özüməm də!- deyə dostu cavab verdikdə:

- Heç əhəmiyyəti yoxdur. Hər halda sən gəl!- deyib alim sözündə israr edir.




Makedoniyalı İsgəndər


Makedoniyalı İsgəndər (e.ə.356-323) ölümünün yaxınlaşdığını hiss edib deyir:

- Anama yazın ki, böyük süfrə açıb bütün aclara doyunca yemək versin. Ancaq yaxın adamı, bir əzizi ölməmiş insanları süfrəyə yaxın qoymasın.

Bu vəziyyətin səbəbini soruşduqda o, deyir:

- Anam belə edərsə görəcək ki, Yer üzündə əzizi, yaxını ölməmiş adam yoxdur. Buna görə də təskinlik tapıb az qüssə edər.





Volter


Fransız yazıçısı və filosofu Volter (1694-1778) bir nəfər ruhaninin onun qonaqpərvərliyindən istifadə edərək evinə tez-tez qonaq gəlməsindən bezir. Nəhayət, yazıçı ona deyir:

- Sizinlə Don Kixotun arasındakı fərqin nədən ibarət olduğunu bilirsinizmi? Don Kixot hər bir karvansaranı saray hesab edirdi, siz isə hər bir sarayı karvansara hesab edirsiniz!

***

Bir gün Volter bərk xəstələnir. Onun faciəsində oynayacaq istedadsız bir aktyor müəllifin xəstə olduğunu bilməyib yanına gəlir.

- Mənim vəziyyətim ağırdır. Qorxuram sabaha sağ çıxmayam - deyə Volter şikayət etdikdə aktyor çox təəssüflə deyir:

- Bu qədər bərk xəstəsiniz? Axı mən sabah sizin əsərinizdə oynayacağam?!

Volter bunu eşidib yerindən qalxaraq deyir:

- Elə isə artıq mən sabaha sağ çıxmaram!



Napoleon Bonapart

Napaleon Bonapartın (1769-1821) boyu balaca idi. Bir gün öz kitabxanasında dolabın yuxarı gözündən kitab götürmək istəyərkən boyu çatmır və bunu görən yavəri irəli gələrək deyir:

- Siz zəhmət çəkməyin, mən götürərəm. Mən sizdən ucayam.

Napaleon onun səhvini düzəldərək deyir:

- Uzunam demək istəyirdin.







Sokrat

Qədim yunan filosofu Sokrat (e.ə.469-399) haqqında çıxarılmış ölüm hökmünü soyuqqanlı qarşılayır. Zəhər dolu piyaləni ağzına yaxınlaşdırdıqda arvadı ucadan ağlayaraq:

-Ərim günahsız olaraq məhv edilir!- dediyini eşidib:

-Yoxsa sən istəyirsən ərini müqəssir kimi məhv edəydilər?- deyə ona təskinlik verir.




Conatan Svift

Məşhur İrlandiya satiriki Svift (1667-1745) bir səyahət zamanı mehmanxanada qalmalı olur. O, öz nökərini çağırıb çəkmələrini gətirməyi tapşırdıqda, nökər silinməmiş çəkmələri gətirib ona verir. Svift:

- Tom, bu nədir, mənim çəkmələrim silinməmişdir?- deyə soruşduqda:

- Gəzməyə gedəcəyinizi nəzərə alıb silmədim. Onsuz da toza batacaq yenə.

- Yaxşı-yaxşı... elə isə hazırlaş, sən də mənimlə gəzməyə gedək.

- Axı mən hələ xörək yeməmişəm, acam!- dedikdə

- Nə fərqi var, onsuz da yenə acacaqsan!- deyib Svift nökərini utandırır.





Qasım bəy Zakir

Qasım bəy Zakir (1784-1857) bir gün şair Cəfərqulu xan Vəfanın evinə qonaq gedir. Qayıdarkən başmaqlarının yoxa çıxdığını görüb bu misraları deyir:

Bəylər nə layiqdi xan qulluğuna,

Bir kəs atlı gedib, piyadə gələ?

İldə bir yol düşür mənim güzarım,

Vay onun halına ziyadə gələ!...






İmza:Eminquey
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK