viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nicat NOVRUZOĞLU: AĞSUDAKI İNTİHARIN SƏBƏBİ NƏYMİŞ? Adalet.az | Nicat NOVRUZOĞLU: AĞSUDAKI İNTİHARIN SƏBƏBİ NƏYMİŞ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat NOVRUZOĞLU: AĞSUDAKI İNTİHARIN SƏBƏBİ NƏYMİŞ?

19132    |   2018-01-31 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İntihar hadisələri adi hal alıb. Az qala 7-dən 77-yə. İntihar səbəbləri isə müxtəlifdi. Adamı ən çox təəccübləndirən 13-14 yaşlarında uşaqların heç intiharın nə olduğunu bilmədiyi halda intihar etmələri.

Dəfələrlə yazmışıq, yenə yazırıq. İntiharla bağlı təbii ki, cinayət işi qaldırılır və araşdırma aparılır, amma bu günədək hələ bircə nəfər də kiminsə intihara təhrik etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi haqda bir fakta rast gəlməmişik, xüsusilə də ailə-məişət zəminində baş verən intiharlarda. Və az qala mətbuatımız intiharı təbliğ edir.

Bu günlərdə televiziya kanallarının birində məşhur aparıcı ailə-məişət zəminində bir hadisəni araşdırarkən çox qəribə bir ifadə işlətdi: «Bu hadisə mənim başıma gəlsəydi, intihar edərdim». Neyləsinlər, başlarına belə hadisələr gələnlər intiharmı etsinlər?!

Gələk mətləbə. Ağsu rayonunun İlxıçı kəndində 36 yaşlı Səbirə Kərimova intihar edib. Hüquq-mühafizə orqanları hələ bu intiharın səbəbini araşdırmağa başlamamış mətbuat artıq «araşdırıb». Qəzetlər, saytlar, sosial şəbəkələr partlayır. Guya bu xanım 280 manat işıq pulu borcunu ödəyə bilmədiyinə görə intihar edib. Kəndin bir sakini, təbii ki, iqtidardan küskün bir müxalifətçi bundan yararlanmaq üçün belə bir xəbəri mətbuata ötürüb, AXCP və Milli Şura da sevindiriyə düşüb, bu faciədən yararlanmağa çalışır.

Mətbuat da məsələnin mahiyyətini dəqiq araşdırmadan işıqpulu məsələsini qabardaraq hadisəni tirajlayıb. Eləcə də bizim «Ədalət» qəzeti. Buna təəssüf edirik.

Əslində isə intihara səbəb qətiyyən işıq pulu ilə əlaqəli deyil. İşıq İdarəsi rəsmi məlumat yayıb ki, həmin ailənin cəmi 3 manat cari işıq pulu borcu olub və borca görə də işıq kəsilmir.

İkincisi, ailənin həddən artıq çox kasıb həyat tərzi yaşadıqları da bildirilir. Ailə kənd təsərrüfatı ilə məşğuldur, 20-dən çox malı, heyvanı var, təsərrüfatında 50-dən çox da quş var. Yəni dərd 280 manat dərdi olsaydı qoyunun birini satıb artıqlaması ilə ödəmək mümkün idi. Deməli, söhbət heç də işıq pulunda deyil, hətta borcu olsa belə.

Bu xanım başqa rayondan bu kəndə gəlin gəlib. Son 6 ayda ailədə böyük münaqişələr varmış. Əsas səbəblərdən biri də gəlinin son 6 ayda əri tərəfindən ata evinə buraxılmaması. Və nəticədə bu ailə münaqişəsi xanımı intihar həddinə gətirib çıxarıb.

İndi Ağsu rayon hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar cinayət işi qaldırıb və araşdırma aparıb. Artıq araşdırmalarda müəyyən nəticələr əldə edilib. Yəqin ki son nəticə hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə çatdırılacaq.

İntihara təhrik edənlər üzə çıxarılıb cinayətə cəlb edilsələr, başqalarına görk olar, onda bir çox intiharların qarşısı da alınar.

Onu da qeyd edək ki, mətbuata saxta məlumat ötürənlər də məhkəməyə verilib.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK