ANA SƏHİFƏ / AVTOMOBİL

Avtomobillərin qiyməti 20 faiz bahalaşıb - Səbəb nədir?

22438    |   2018-01-29 15:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son vaxtlar Azərbaycanın avtomobil bazarında qiymət artımı müşahidə edilir.

Ekspert Ramil Osmanlı bildirib ki, bahalaşmanın səbəbi idxal edilən minik avtomobillərinə tətbiq olunan gömrük rüsumunun artırılmasıdır:

"Sahibkarlar düşünürlər ki, qərar qəbul olunub və bundan sonrakı mərhələdə ölkəyə idxal olunacaq avtomobillərdə qiymətlər artacaq. Buna uyğun olaraq indiki mərhələdə qiymətləri müəyyən qədər artırırlar. Hansı avtomobillərə tələb çoxdursa, onların qiymətində artım daha çox müşahidə olunur. Qiymət artımı 15-20 faizə qədərdir. Tələbin az olduğu avtomobillərdə isə artım 10 faiz civarındadır. İstifadədə olan avtomobillərin qiyməti daha çox yenilərin qiyməti ilə bağlıdır. Belə ki, yeni avtomobillərin qiymətindəki dəyişmələr, istismarda olan nəqliyyat vasitələrinin qiymətinə təsir edir. Yaxın vaxtlarda yeni avtomobillərin qiymət dəyişməsi bazarda vəziyyəti tənzimləyəcək”.

Ekspertin fikrincə, 2017-ci ildə maşın bazarında qiymət artımları əsasən xaricdən idxalın məhdudlaşdırılması və təklifin azalması ilə bağlı olub: "Ötən il mühərrik həcmi çox olan və qiyməti 40 min manatdan yuxarı olan avtonəqliyyat vasitələrində qiymət artımı baş verməyib.40 mindən aşağı olan maşınlarda isə qiymət artımı qeydə alınıb”.

Qeyd edək ki, bu il yanvarın 1-də minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artırılıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu isə dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK