ANA SƏHİFƏ / YAZARLAR

Faiq Qismətoğlu: 280 manat borc və intihar

13944    |   2018-01-29 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bu da təzə bir qara xəbər. Bu da bir insanın intiharı. Və bu intihar da bir anın içərisində baş verir. Sıxıntılara, ehtiyaca və çətinliyə dözməyən Ağsu rayonu sakini 36 yaşlı Səbirə Kərimova intihar edib. Belə baxanda biz bu cür xəbərləri hər gün eşidirik. Ki, kimsə ya özünü yüksək mərtəbəli binanın damından atıb, ya da bir başqası ağacdan kəndirlə özünü asaraq intihar eləyib. Sanki intihar bir Əzrayıl kimi bu millətin kasıb təbəqəsinin boğazından yapışıb ondan əl çəkmir ki çəkmir...

Bəs necə oldu ki, 36 yaşlı Səbirə Kərimova intihar yolunu seçib?! Elə məsələnin ən qaranlıq və düşündürən tərəfi də bu məqamlardır. Ən azından ona görə ki, bu insanda həyat eşqi olub, yaşamağa və mübarizə aparmağa can atıb. Sadəcə olaraq neçə gündür ki, işıqları kəsilib və bu soyuq günlərdə də işığın kəsilməyinə dözməyərək özünə intihar edib. İşıq da deyilənə görə, elə-belə kəsilməyib. Sayğacları düz işləmədiyinə görə işıq idarəsi onları 280 manat cərimələyib. Bu ailə də çox kasıb həyat tərzi yaşayırmış. Əvvəllər sosial yardım alsalar da, sonradan həmin yardım dayandırılıb. Həyat yoldaşı təsərrüfat işləri ilə məşğul olur, mal-qoyun otarırmış. Bir oğlu isə Bakıda Naxçıvanski adına hərbi liseydə təhsil alırmış. Yəni bu kasıb ailənin dolanışığı üçün elə də bir imkan yox imiş. Çox çətinliklə günləri yola verirmişlər. Belə bir sıxıntı içində yaşayan kasıb ailənin işığının kəsilməyi isə bu əzab-əziyyəti, çətinliyi bir qədər də artırıb. Ən nəhayət, bu sıxıntılara dözməyərək Səbirə Kərimova intihar yolunu seçib.

Kasıb ailənin işığını, çörəyini, ruzisini kəsməkdən böyük günah yoxdur. Axı rayonda hamı yaxşı bilir ki, bu ailənin dolanışığı çox çətindir, onlar kasıbdırlar. Bunu bilə-bilə heç kəs onlara kömək əli uzatmayıb. Yəni bu intiharın qarşısını kimlərsə ala bilərdi, amma almayıblar. Cinayət məcəlləsində bir maddə var: intihar həddinə gətirib çatdırmaq. Səbirəni də kim intihar həddinə gətirib çıxarıbsa, bax onlar sudan quru çıxmamalı, məsuliyyətə cəlb edilməlidir.

Bu gün ölkədə intihar hadisələri azalmaq əvəzinə günbəgün çoxalır. Bunu mütəxəssislər müxtəlif səbəblərlə izah edirlər. Psixoloji xəstəliyi olanları anlamaq olur. Amma heç bir psixoloji xəstəliyi olmayan, sağlam düşünən yaşayan insanların intihar etməsi dövləti və cəmiyyəti niyə narahat etmir, bunu başa düşmək olmur. Axı bayaq dedik, elə intiharlar var ki, onun qarşısını almaq mümkündür. Mümkün olanı isə nədənsə biz eləmək istəmirik. Bax, bu yerdə narahat olmağa dəyər.

Kasıb ailənin işığını çox asanlıqla kəsirlər. Ancaq hər hansı villa sahibinin, məsələn, dördmərtəbəli mülkün işıq borcu min manatı keçsə də heç kəs cürət edib kəsə bilmir. Bir dəfə Bakıda bir villa sahibinin işığını kəsmişdilıər, o da işığı kəsən adama necə bir yumruq ilişdirmişdisə həmin adam yerə yıxılaraq ölümcül vəziyyətə düşmüşdü. Sonra o yumruğu vuran adam yaxasını çox asanlıqla hüquq-mühafizə orqanlarından xilas elədi. Kişinin nə qədər desən pulu var da, verir canını qurtarı. Burda daha başqa nə ola bilər.

Ölkə prezidenti cənab İlham Əliyev deyir ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Amma bəzi nazirlər, icra başçıları, hüquq-mühafizə orqanlarında işləyənlər özlərini balaca padşahlar kimi aparırlar. Yəni onlar kasıb insanalara, imkansız adamlara yuxarıdan aşağı baxırlar. Onlar hara gedirlər incidilirlər və hüquqlarını tələb edə bilmirlər. Tələb edəndə də onlara "demaqoq” deyirlər, bəzən də təhqir edib qapıdan qovurlar. Guya o qapı onların dədəsinin qapısıdır. Səni ora dövlət ona görə qoyub ki, xalqa xidmət edəsən. Yoxsa yanına gələn, öz hüququnu qoruyan adamları təhqir edib ordan qovmayasan. Bu gün bəzi məmurlar əhalini həddindən çox incidir, pul qoparmaq üçün onun başına olmazın oyunlar açırlar. Bu cür hallarla həm səhiyyə, həm təhsil, həm də digər sahələrdə istənilən qədər rastlaşmaq mümkündür. Bəziləri adamın dərisini soyur, ora saman əvəzinə duz səpir. Bax belə olanda əzab-əziyyətə dözə bilməyən, illərlə hansısa nazirliyə, baş idarəyə haqq işi üçün ayaq döyüb əldən düşən adamlar intihar yolunu seçirlər.

Bu yolun qarşısını almaq çox asandır. Sadəcə olaraq, hər bir məmur yerində olsa, qəbuluna gələn insanı bezdirməsə, onun əsəbləri ilə oynamasa və həmin adamın haqlı işinə göz yummayıb kömək göstərsə o insan da çətin və sıxıntılı anlardan asanlıqla çıxar. Biz burda Amerika kəşf etmək istəmirik. Sadəcə onu demək istəyirik ki, bu kasıb insanların soyuq qış günlərində hansısa məmurlar əsəblərilə oynamasın, haqqını yeməısin, işığını,qazını kəsməsin. Nə olar, biraz möhlət versinlər, onlar o borcu tapıb hissə-hissə ödəsinlər. Axı kasıblar da Allahın yaratdığı bəndələrdir. Axı kasıbların da evində qazan qaynamalı, işıq yanmalı, ruzi olmalıdır.

Başqasının haqqını yeməkdən və haqqına girməkdən böyük günah bilmirik, tanımırıq. Allah o imkanlı adamlara da insaf versin ki, bu kasıblarla Əzrayıl kimi çiling-ağac oynamasın. Çünki bu oyunda həmişə güclülər qalib gəlir. Ancaq dünyanın işini bilmək olmaz. Bir də görərsən ki, sənə güc verən o qüvvə hər şeyi sənin əlindən aldı və sənin özünü də saldı quyunun dibinə. O qədər o quyunun dibinə gözü ayağının altını görməyən, harınlamış yüksək vəzifəli məmurlar düşüblər ki...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Seyran Səxavət Vaqif Səmədoğluna:

- Vaqif, yetmiş beş yaşın tamam olur , bu kasıb şairləri yığ sənin bu yubileyini bir yaxşıca yuyaq.

Vaqif Səmədoğlu:

- Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.





digər lətifələr
ARXİV
FACEBOOK