Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Müəllimləri kimi müəllim Adalet.az | Müəllimləri kimi müəllim Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Müəllimləri kimi müəllim

Həmişə ehtiramla xatırlanan professor Xalid Əlimirzəyev

26670    |   2018-01-27 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tarixdə qalmaq, xalqın yaddaşında yaşamaq üçün təkcə sanballı elmi araşdırmalar aparmaq, bədii əsərlər yazmaq yetərli deyil. Alim, şair, yazıçı, ziyalı haqqın, ədalətin yanında durmağı bacarmalı, şəxsi keyfiyyətləri ilə başqalarına nümunə olmalıdır.
Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, istedadlı yazıçı Xalid Əlimirzəyev məhz xalqa təmənnasız xidmət edən və vətəndaşlıq mövqeyi ilə seçilən əsl ziyalılarımızdan idi. Xalid Əlimirzəyev dərin elmi təfəkkürə, gözəl nitq mədəniyyətinə malik pedaqoq kimi həmişə sevilirdi, tutduğu prinsipial mövqe, nəcibliyi və xeyirxahlığı ona böyük nüfuz qazandırmışdı. Təsadüfi deyil ki, tələbələri, oxucuları böyük ədəbiyyatşünas alimi, pedaqoqu, yazıçı-dramaturqu və ictimai xadimi bu gün də ehtiramla xatırlayırlar.

Bir kəndin yetirməsindən bütün ölkənin aliminə
qədər

Xalid müəllim 1932-ci ildə Qəbələnin Qəmərvan kəndində dünyaya gəlib. Orta təhsilini Mirzəbəyli kəndində başa vurduqdan sonra Bakı Dəmiryol Texnikumuna qəbul olunur. Texnikum təhsilli Xalid Əlimirzəyev 1951-ci ildə ən böyük arzusuna çatır-Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1957-ci ildə doğma Qəbələyə ali təhsilli mütəxəssis kimi dönür, 3 il rayonun Hacallı kəndindəki orta məktəbdə çalışır.
Daim öyrənməyə can atan, sanballı elmi araşdırmalar aparmağı hədəfləyən gənc pedaqoq yenidən Bakıya dönərək BDU-nun aspirantı olur. Xalid Əlimirzəyev 1964-cü ildə "Cəlil Məmmədquluzadənin ədəbi-ictimai görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etməklə paytaxtın elmi ictimaiyyətinin diqqətini özünə tərəf yönəltməyi bacarır. Gənc alimin potensialına dərindən bələd olan müəllimlərinin tövsiyəsi ilə o, Bakı Dövlət Universitetində müəllim kimi çalışmağa başlayır, Şərqin ilk Demokratik Respublikasının yadigarı-Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləyir.
1972-ci ildə Xalid Əlimirzəyev "Cəlil Məmmədquluzadənin dramaturgiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etməklə növbəti dəfə müəllimlərinin etimadını doğruldur. 1974-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinə sadiq qalır, bu ali təhsil ocağının Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru kimi filologiya sahəsində kadrların və elmi işçilərin yetişməsində yorulmadan xidmətlər göstərir.
Gənclik illərindən başlayaraq həyatının son günlərinə qədər ədəbiyyatşünaslığın ayrı-ayrı problemlərinə, müxtəlif əsrlərdə yaşamış klassiklərimizin həyat və yaradıcılığına, tanınmış ədəbi şəxsiyyətlərin elmi fəaliyyətinə, müasir ədəbiyyatımızın tədqiq və təhlilinə həsr olunan xeyli sayda kitab, monoqrafiya, dərslik, məqalə yazır.
Görkəmli ədəbiyyatşünasın qələmindən çıxan və elmi dairələrin yüksək qiymətləndirdiyi "Nizaminin insan konsepsiyası", "M.F. Axundovun ideal və sənət dünyası", "Ədəbiyyatşünaslığın elmi-mənəvi əsasları", "Dahi sənətkar, böyük vətəndaş", "Mənəvi borc", "Ədəbi tənqidi məqalələr" və s. kitabları uzun illər əvvəl olduğu kimi, bu gün də maraqla oxunur.
Professor Xalid Əlimirzəyev həm də yazıçı-dramaturq kimi tanınırdı. Onun "Bələdçi" povesti, "Qərib adam", "İztirabın sonu", "Qoşa məzar" və s. hekayələri oxucu rəğbəti qazanmışdı. "Səadət sorağında" pyesi Akademik Milli Dram Teatrının səhnəsində, "Daşa dönmüş ürəklər"i isə Bakı Bələdiyyə Teatrında uğurla tamaşaya qoyulmuşdu. Pyeslərinin maraqla qarşılanması təsadüfi deyildi, çünki Xalid müəllim teatr sənətini, ümumilikdə incəsənəti dərindən bilən, bu sahəni elmi cəhətdən araşdıran alimlərimizdən idi. O, teatrın, dramaturgiyanın və incəsənətin müasir problemlərinə həsr edilən yüzlərlə məqalə dərc etdirmişdi. Xalid Əlimirzəyevin "Dramaturgiya, teatr və səhnə sənəti" kitabı uzun illərin gərgin əməyinin, səmərəli araşdırmasının nəticəsi olaraq ərsəyə gəlmişdi.

Ustadlara ehtiram,
gənclərə qayğı ilə dolu ürək

Böyük alim, vətənpərvər ziyalı, professor Xalid Əlimirzəyev dövlətini daha qüdrətli, sabit və firavan, insanlarını savadlı, dünyanın ən qabaqcıl texnologiyalarını mənimsəyən, dilini, ədəbiyyatını, mədəniyyətini dərindən bilən görmək istəyirdi. Bu, böyük alim və nəcib insanın həyat amalı idi. Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərərkən, təhsil nazirinin birinci müavini kimi məsul vəzifədə çalışarkən, istər auditoriyada, istərsə də rəsmi və qeyri-rəsmi tribunlarda həmişə xalqı haqqın, ədalətin, elm və təhsilin tərəfində durmağa səsləyirdi.
Xalid müəllim Mirzə Fətəlini, Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, Cavidi, Cəfər Cabbarlını, Səməd Vurğunu, Üzeyir bəyi, Mir Cəlalı özünün müəllimi sayırdı, hər yazısında, çıxışında ustadları ehtiramla anırdı. Dəyərli pedaqoqun qələmindən çıxan kitabları oxuyarkən buna bir daha əmin olursan. X. Əlimirzəyev milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə haqqında yazdığı "M.F. Axundovun ideal və sənət dünyası" ("Nurlan" nəşriyyatı. Bakı 2007) kitabında böyük ədibi belə xarakterizə edir: "...Dövrünün qabaqcıl, gözüaçıq, hərtərəfli inkişaf etmiş şəxsiyyətlərindən biri olan, xalqını, vətənini dərin məhəbbətlə sevən, onunla fəxr edən, onu dünyanın inkişaf etmiş mədəni xalqları sırasında görmək arzusu ilə yaşayan M. F. Axundov, hər şeydən əvvəl, böyük ictimai xadim, vətənpərvər, bəşəriyyətin dostu, yorulmaz əqidə, məslək mübarizi olmuşdur...
O, nədən yazırsa-yazsın, ictimai fikrin hansı sahəsinə müraciət edirsə-etsin, vahid bir amala-Vətənini, xalqını, bütünlükdə bəşəriyyəti azad, xoşbəxt görmək arzusuna xidmət edirdi".
Professor X. Əlimirzəyev böyük Cəlil Məmmədquluzadənin də yaradıcılığına və şəxsiyyətinə yüksək dəyər verirdi. Yuxarıda qeyd etdiyimiz kimi, alimin həm namizədlik, həm də doktorluq elmi işi məhz Mirzə Cəlillə bağlı olub. Xalid müəllim görkəmli ədib haqqında yazırdı: "Bütün realist sənətkarlar kimi C. Məmmədquluzadə də, hər şeydən əvvəl, öz dövrünün oğlu, ictimai xadimi, vətəndaşı idi. Onun həyatını, şəxsiyyətini, zəngin ədəbi fəaliyyətini zəmanəsinin mürəkkəb tarixi hadisələrindən kənarda düşünmək, təsəvvür etmək olmaz. Təsadüfi deyildir ki, o, bütün əsərlərini müasir mövzuda yazmış, əlinə qələm alan ilk günlərdən ta ömrünün sonuna qədər dövrünün qüsur və nöqsanlarına qarşı amansız mübarizə aparmışdır.
... C. Məmmədquluzadə, hesab edirdi ki, vətəninin, xalqının taleyini düşünən, dərdinə şərik olmaq istəyən sənətkar, yazıçı nə qədər ağır şəraitdə çalışırsa-çalışsın, nə qədər çətin vəziyyətlərə düşürsə-düşsün, öz əqidəsindən, tutduğu ədalətli mübarizə yolundan heç vaxt geri çəkilməməlidir". ("Dahi sənətkar, böyük vətəndaş" kitabından. "Elm və təhsil" nəşriyyatı. Bakı 2010). Tanınmış alim və pedaqoq, professor Xalid Əlimirzəyevin özünə ustad saydığı şəxsiyyətlərdən biri də görkəmli ədəbiyyatşünas, nəcib insan, qayğıkeş ziyalı Mir Cəlal idi. X. Əlimirzəyev müəlliminə həsr etdiyi kitabı "Mənəvi borc" adlandırıb. Mir Cəlal müəllim haqqında xatirələrin təkmilləşdirilmiş ikinci nəşri AMEA-nın həqiqi üzvü Nərgiz Paşayevanın yazdığı rəylə 2014-cü ildə "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. Xalid müəllim ustadı barəsində yazır: "... 1951-ci ildən ta ömrünün sonuna qədər bu nəcib insanla çox yaxın münasibətlərimiz olub. O, 5 il müəllimim, sonralar diplom işimin, namizədlik və doktorluq dissertasiyalarımın rəhbəri, elmi məsləhətçisi, on yeddi il isə kafedra müdirim olub. Bu müddət ərzində o, həmişə, hər yerdə təmənnasız olaraq mənə himayədarlıq etmiş, böyük, unudulmaz müəllimim, xeyirxah məsləhətçim, mənəvi dayağım olmuşdur...
Dərin təəssüf və ürək ağrısı ilə olsa da, qeyd etmək lazımdır ki, bu gün cəmiyyətimizdə məhz Mir Cəlal müəllim kimi şəxsi mənafedən uzaq, insanlara təmənnasız xidmət edən, fəaliyyətləri, xeyirxah əməlləri müasirlərimiz üçün gözəl nümunə, örnək məktəbi olmağa qadir olan ziyalıların, işıqlı şəxsiyyətlərin sayı olduqca azalıb, bəlkə də yox dərəcəsindədir.
Mir Cəlal müəllim təkcə tanınmış elm xadimi, maarifçi ziyalı, müqtədir yazıçı deyil, həm də son dərəcə nəcib, ali insani keyfiyyətlərin daşıyıcısı olmuşdur. Onun bir fərdi şəxsiyyət kimi simasını, xarakterini müəyyənləşdirən əsas ali keyfiyyətlərdən biri, bəlkə də birincisi, sadəlik və saflıq idi".
Ustadları haqqında belə xoş və dəyərli sözləri ancaq Xalid Əlimirzəyev kimi böyük alim və vətəndaş mövqeyi ilə seçilən ziyalılarımız yaza bilərdi. Böyük şəxsiyyətlərdən dərs alan Xalid müəllim uzun illər öz dərin biliyini, istedadını canı qədər istədiyi xalqından əsirgəmədi, ziyasından minlərlə tələbəsinə təmənnasız pay verdi. Əsl pedaqoq kimi gənclərdən diqqət və qayğısını əsirgəmədi.
Xalid müəllim 1932-ci il dekabrın 16-da Qəbələnin Qəmərvan kəndində, Əlimirzə kişinin ocağında dünyaya göz açmışdı. 2016-cı il yanvarın 30-da vəfat edən böyük alim və dəyərli ziyalımız doğma kəndində dəfn olundu.
Xalid Əlimirzəyevin bir-birindən dəyərli elmi əsərləri, kitabları öyrənilir, tədqiq olunur. Bu gün Azərbaycanımızın hər yerində onun tələbələri gənclərə təhsil verir, dilimizi, mədəniyyətimizi öyrədir.
Deməli, Xalid müəllim də öz ustadları kimi həmişə yaşayacaq.




YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK