ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: POLAD BÜLBÜLOĞLU YENİDƏN HƏDƏFDƏ

11007    |   2018-01-26 10:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Düşmənlər bizim görkəmli şəxsiyyətləri, böyük siyasətçilərimizi ləkələmək, hörmətdən salmaq, aşağılamaq üçün hər vasitədən istifadə edirlər. Başa düşürük, düşməndilər. Amma qəribəsi budur ki, bizdə də həm tarixi şəxsiyyətlərimizi, həm görkəmli şair və yazıçılarımızı, dövlət xadimlərimizi, az-çox üzdə olan şəxsiyyətlərimizi ləkələmək üçün, aşağılamaq üçün, nüfuzdan salmaq üçün bir yarış gedir. Bu yarışın hardan qaynaqlandığı haqda başqa bir məqalə yazacam.

Diqqəti bir fərdə çəkmək istəyirəm: Polad Bülbüloğlu! Dünyada tanınan görkəmli bir bəstəkarımız, dövlət xadimimiz, qısası, Azərbaycanın pasportlarından biri. Dünyanın iki nəhəng dövlətindən biri olan Rusiyada fövqəladə və səlahiyyətli səfirimiz. Rusiyada həm Azərbaycanın Böyük elçisi kimi, həm də bir şəxsiyyət kimi söz sahibidi. Prezident Vladimir Putinin də yanında hörməti və nüfuzu olan bir şəxsiyyət. Həm bir səfir kimi, həm də bir görkəmli bir bəstəkar kimi.

Ermənilər Rusiyanın bütün dövlət strukturlarında təmsil olunurlar. Az qala Rusiya televiziyaları ermənilərin əlində, lobbiləri də, diasporaları da öz yerində. Yəni sözlərini keçirə bilirlər.

Polad Bülbüloğlunun da Rusiyada dövlət strukturlarında, belə demək mümkünsə, öz «kruqu» var. Şəxsi münasibətlər həmişə böyük rol oynayır. Və Polad Bülbüloğlu da həm tutduğu mövqedən, həm də şəxsi münasibətlərindən istifadə edərək Azərbaycan dövlətçiliyi üçün, xalqımız üçün, millətimiz üçün gücündən də artıq çalışan bir şəxsdir.

Təbii ki, ermənilər Polad Bülbüloğlunu sıradan çıxarmaq üçün var gücləri ilə iş aparırlar və lazım olduğundanda artıq maya qoyurlar.

Bəs, bizlərə nə olub? Polad Bülbüloğlunu nüfuzdan salmaq üçün niyə yarışa girmişik? Özü də bu hücum ən azı ildə bir-iki dəfə olur. Polad müəllimin əleyhinə böyük bir kampaniya başlayır mətbuatda, sosial şəbəkələrdə.

İndi də belə bir şayiə yayıblar ki, Polad Bülbüloğlu deyib ki, guya Azərbaycanda gəncləri ermənilərə nifrət ruhunda böyüdürlər. Hörmətli səfirimiz bunu harda deyib, hansı vəziyyətdə deyib, o cümlənin əvvəlində nə deyib, sonunda nə deyib, bu sözlər konteksdən çıxarılıbmı? Bu haqda heç kəsdə ətraflı məlumat yoxdu.

Amma neçə gündü mətbuat və sosial şəbəkələr bu sözün ucundan tutub ucuzluğa gedirlər.

Yuxarıda qeyd etdiyim kimi, Polad Bülbüloğlu dünyanın iki nəhəng dövlətindən birində Azərbaycanı təmsil edir. Polad Bülbüloğlunu da o vəzifəyə Möhtərəm Prezidentimiz İlham Əliyev təyin edib. Hörmətli prezidentimiz Polad müəllimə inanmasaydı ona belə bir yüksək vəzifə etibar etməzdi. Bu, məsələnin birinci tərəfi.

İkinci tərəfi də odur ki, Polad Bülbüloğlunu nüfuzdan salmaqla fikirləşmirsiniz ki, həm də Azərbaycanı nüfuzdan salırsınız, Azərbaycanın xarici siyasətini nüfuzdan salırsınız?!

Bəzi qələm sahibləri və sosial şəbəkə qəhrəmanları, doğrudanmı siz Azərbaycanı xarici ölkələrdə, xüsusilə Rusiya kimi nəhəng bir ölkədə kimin təmsil eləməyini Möhtərəm Prezidentimizdən yaxşı bilirsiniz?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK