nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Vayına oturum Adalet.az | Vayına oturum Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Vayına oturum

Nicat Novruzoğlu

28183    |   2018-01-24 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ana haqqında çox söz yazmaq olar. Necə ki, həmişə yazıblar. O qədər yazıblar ki, ata kölgədə qalıb.

Ana əvvəldə də yazılıb, sonrada da. Vətən də əvvəl yazılıb-Ana Vətən. Polad Bülbüloğlunun ifa etdiyi mahnıda isə vətənlə yanaşı sevgilidən də sonra - "Bir Vətənim, bir sevgilim, bir Anam".

Ana olmaq vacibdi. Sözsüz ki, qadınlar üçün. Kişilər ana ola bilmirlər. Hər bir qızın bir analıq nuru var ki, onu da zühr eləmək hər kəsə nəsib olmur. Nə çox bu dünyadan ana olmadan gedən qadınlarımız.

Bir vaxtlar ekranlarımızda qadının hamilə qalmasını qeyri-adi hal kimi gözümüzə soxurdular. Ekranda gözə soxulanlar kim olar? Şou biznes.

Məni də əvvəllər inandırmışdılar. Şou biznesdəki qadınların hamilə qalmalarını heyrətlə qarşılayırdım. Elə bilirdim onlar hamilə qala bilməz, doğa bilməz. Sonra gördüm yox, onlarda da alınır.

Qız ailə qurub qadın adını, uşaq dünyaya gətirib ana adını alır.

Və birdən xəbər yayılır - filan rayonun filan kəndində 3 uşaq anası sevgilisinə qoşulub qaçdı.

3 uşaq doğasan, 3 ana adını üstünə yazasan, sonra da sevgilinə qoşulub qaçasan... Di qaç ki, qaçasan. Qaçdığın yer qaçdığın yerdən şərəfsiz olacaq. Çünki qaçdığın yerdə 3 uşaq qoyub qaçmısan.

Hamı ucdantutma bu 3 uşaq doğmuşu ana eyləyir, bütün günü əllərində olan ekranlarla, saytlarla, qəzetlərlə soxurlar bizim gözümüzə. Bəs qoymayın, ana qaçdı.

Vay dədəm, vay. 10 il bir oxu, dalınca 4 il adı ali olan təhsil al, dalınca da 2 il magistr oxu, ol savadlı bir jurnalist, sonra da sinəni qabağa verib sevgilisinə qoşulub qaçan 3 uşaqlı qadına ana de. Hələ bir kişisində də günah axtar.

Nə qədər desən ki, belə xəbərləri yazmayın, xeyri olmayacaq. Olacaqsan köhnə fikirli. Ələ salacaqlar səni.

Əsas səhifəyə baxış sayıdı.

Filankəsov Filankəs (ad şərtidir-N.N.) kefi üstün tutub uşaqlarını fikirləşmədiyi kimi, siz də laykı üstün tutun. Kimi ana edirsiz, edin. Ayağının altın ki, cənnət edə bilməyəcəksiz.

Bəs o cənnət hara getdi? O cənnəti elə qaçan qaçırtdı ayaqları altından. Cənnət cəhənnəm olmaq istəmədi. Qaçdı və yerini verdi cəhənnəmə.

Bu qondarma analara baxanda çaş-baş qalmışam. Bilmirəm sizin bu düzəltdiyiniz anadan sonra öz anama nə ad qoyum.

O 40 ildir ki, həyat yoldaşını itirib. Və 40 ildir ki, məni təkbaşına böyüdüb, böyüdüb Adam eyləyib.

Bu Adamın ANAsı da bax elə belə "anaları" ekranda görəndə keçir qarğış janrına: "vayına oturum".




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-08
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK