ANA SƏHİFƏ / AVTOMOBİL

Maşın bazarında qiymətlər qalxıb

15227    |   2018-01-23 13:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son ayın göstəricilərinə görə, (dekabr) Bakıda avtomobil bazarında orta qiymət 18 790 manat təşkil edib.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə məlumat verib "MBA Group” konsaltinq şirkətinin direktoru, ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bu o deməkdir ki, noyabr ayı ilə müqayisədə orta qiymət 12,18 faiz artıb.

Ekspert qeyd edib ki, 2017-ci ilin dekabrında paytaxtın avtomobil bazarında cəmi 2 038 avomobil satışa çıxarılıb: "Noyabr ayı ilə müqayisədə bazarda təkliflər portfeli 0,89 faiz artıb. Satışa çıxarılan avtomobillərin 90,2 faizi benzin mühərriki ilə işləyən avtomobillərdir. Dizel mühərriki ilə işləyən avtomobillərin payı 9,8 faiz təşkil edib”.

N.İbrahimov bildirib ki, 2017-ci ilin dekabrında bazarda avtomobillərin orta yürüş məsafəsi 200,7 min kilometr təşkil edib və noyabr ayı ilə müqayisədə 2,17 faiz artıb. Avtomobillərin orta yaşı 14,4 təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 0,01 faiz çoxdur.

Ekspert əlavə edib ki, bazarda təklif olunan orta illik istismar 5,23 faiz təşkil edib: "Beş ilədək olan avtomobillərdə bu göstərici 10,39 faiz, 5-10 il yaşı olan avtomobillərdə 8,84 faiz, 10 ildən yuxarı avtomobillərdə isə 4,8 faiz təşkil edib”.




İmza:
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK