hacklink Adalet.az | KİTAB OXUYAQ Adalet.az | KİTAB OXUYAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİTAB OXUYAQ

22378    |   2018-01-20 00:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəbli yaşlarımda ən böyük sevinc mənbəyim kitablar idi. Öz kiçik xəyal dünyamda kitabdakı surətlərlə söhbət edir, mübahisələrə girir, özümü onların yerində təsəvvür edir, bəzən də müəlliflə fikir bölüşürdüm. Bu, elə bir xoşbəxtlik idi ki... həyatımdakı heç nəylə müqayisə edilməyəcək dərəcədə böyük xoşbəxtlik. Dərslərimi tez hazırlayırdım ki, zəhmətli kənd həyatının bizə ayırdığı az vaxtda kitablar da oxuya bilim. On iki- on üç yaşda məktəb kitabxanasındakı az sayda (indi elə hesab edirəm) kitabları oxuyandan sonra kolxoz kitabxanasına, daha sonra isə rayon mərkəzi kitabxanasına üzv oldum. Şəxsi kitabxanama əlavə etdiyim hər kitab mənim xəzinəm idi. Xətrini istədiyim və etiraz edə bilmədiyim adamlar kitablarımı aparanda sanki xəzinəmi talamış olurdu. Dəfələrlə qaytarması üçün xahiş edirdim. Bu adamlardan birincisi gecə-gündüz mütaliədən doymayan əmim idi ki, ona kitabımı geri ver deməyə cürət etməzdim.
Kitab mənə həyatı öyrətdi, nitq qabiliyyətini aşıladı, ucqar bir sərhəd kəndində müasir dünyagörüşü formalaşdırdı, çeşid-çeşid insanları tanıtdı, bir sözlə, kitab oxuyub, həyatı öyrəndim.
Əvvəllər şəhər mədəniyyət ocağı idi. Ən ucqar kənddən gələnlər belə, burada hərəkətlərinə nəzarət edir, şəhər ab-havası ilə ayaqlaşmağa çalışırdı və buna zamanla nail olurdular. Əksəriyyəti də oxumaq üçün gələn gənclər olurdu. Mütaliə, dünyagörüşü və mədəniyyət bir-birini tamamlayanda normal bir insan formalaşırdı. Sonralar bütün meyarlar qarışdı. Oxuyan, oxumayan, işləyən, işləməyən, evdən küsən, darıxan, sevgilisindən ayrılan hər kəs şəhərə qaçdı, dialektlər mədəni danışıq dilini üstələdi. Son ümidləri olan mal-hayvanlarını götürüb şəhərə üz tutan qaçqınlar şəhərətrafı kəndlərdə, hətta bəzən mərkəzdə tövlələr, sallaqxanalar tikməyə başladılar. Şəhəri mal-heyvan sürüsü, qan qoxusu bürüdü. İnsanlar anlayışla qarşıladılar (qarşılamayanlar da çox oldu). Az-az etirazlar olsa da, yavaş-yavaş buna da alışmağa başladılar. İllər öncə ictimai yerlərdə səsini alçaldıb danışanlar indi telefonla az qala, telefonun o biri başındakı adama çatacaq səslə bağıra-bağıra danışmağa başladı. Seriallara baxaraq "avropalaşan, mədəniləşən" gənclərimiz "hüquqlarını" qoruyaraq yaşlıya yer verməməyə başladılar. Kitab əllərdə yerini telefonlara verdi, içində musiqilər, bayağı videolar, sərsəm paylaşmalar, "like" xatirinə əsassız xəbərlər, kriminallar, pornorəsmlər və sair olan telefonlara. İnsan yaranandan həmişə "atalar, oğullar" nisbəti, barışmazlığı olub. Bizim gənclik illərimizdə də yaşlıların bəyənmədiyi hərəkətlərimiz olub və onların iradlarını istəməsək də, qəbul etməyə məcbur olmuşuq. Qəbul etməyənlər də kəskin şəkildə etiraz etməyiblər. Amma indi hamısı "ağıllıdı" maşallah. Nə böyük dinləmək istəyən var, nə müəllimin sözünü eşidən. Bəlkə də çoxları qəbul etməyə bilər, amma mütaliənin bu problemlərin həllində böyük rolu ola bilər. Son vaxtlar əhalini, əsasən də gəncləri kitaba qaytarmaq, mütaliəyə yönləndirmək üçün gözəl təşəbbüslər göstərilir. Çox təqdirəlayiq bir haldır ki, məsələn, Bilik Fondunun nəzdində həvəsləndici mükafatlar vəd edən müsabiqə təşkil olunub. Məncə, bunun əsas təşəbbüskarı yaxından tanıdığım, həmişə dəyərli yeni fikirləri ilə gündəmdə olan, həm yaşlı, həm gənc nəsil arasında "balansı" saxlayan jurnalist Ceyhun Musaoğludur.
Bir müsabiqə haqqında da oxudum. Deməli, on kitab təklif olunur. Oxucu ondan istədiyi üçünü seçib alır, oxuyur, sonra oxucuya elektron yolla o, üç kitab haqda 100 sual verilir. Doğru cavab verənlər yüksək məbləğdə pulla mükafatlandırılır. Ən aşağı bal toplayan da mükafatsız qalmır. Bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Amma ətrafımda ilk reaksiyaları sizə çatdırım: Biri dedi ki, hər kimdisə, kitablarını satmaq üçün uydurub. Biri dedi bu yazını "like" yığmaq üçün paylaşıblar və s.
Amma bir nəfər demədi ki, heç nə olmasa da, sənin burda qazancın üç kitab oxumaq olacaq.
Televiziya verilişinin aparıcılarını hər gün görür, əsəbləşirsiniz. Söz balansları o qədər kasaddır ki, bəzən eyni sözləri təkrar edib, tamaşaçını bezdirirlər. Senzura yox, tələb yox, görkəmin, imkanın varsa, çıx efirə, ağzına gələni danış!
Tanınmış jurnalist Natiq Məmmədli deyir ki: "Cəmiyyətin kitabdan ayrı düşməsi efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər, hər şeydə özünü göstərir. Kitab oxumaq cəmiyyətin mədəni səviyyəsinin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə mənəviyyat, düşüncə zəifləyir, müqavimət azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət yalnız geriyə gedə bilər".
Son illər hər kəsin kitab çap etdirməsi azadlığı da bu problemin yaşanmasına səbəb oldu. Kitab yalnız üzərinə müxtəlif yollarla köçürülmüş mətn və ya rəsm şəklində informasiya daşıyıcılarından ibarət vərəqlər toplusu deyil. Bu vərəqələri çevirdikcə yazılanlar elə təsir gücünə malik olmalıdır ki, insanın tanış yaşantılarını, həyatını, dərdlərini, hiss-həyəcanını əks etdirən həyat həqiqətlərini, yaxud xəyallarındakı əlçatmaz, ünyetməz arzularını görə bilsin. Kitabı bitirib, onu saatlarca düşünməli, günlərcə oradakı hadisələrin, surətlərin təsirində qalmalıdır.
Kitab oxumağın hər kəs tərəfindən qəbul olunan əhəmiyyəti: Kitab oxumaq düşüncəni inkişaf etdirir, stresdən uzaqlaşdırır , zehni inkişaf etdirir, yorğunluqdan qurtarır, insanın dünyaya baxışını dəyişir, insana kitab adlı sədaqətli və etibarlı dost qazandırır, sizi başqalarına sevdirər, çünki kitab oxuyan adam mənən zənginləşdiyi üçün başqalarından fərqlənər, sizin söz ehtiyatınızı artırar, fikirlərinizi daha səlis ifadə etməyinizə yardımçı olar, insanın iş həyatındakı uğurları artırır, xəyal gücünü genişləndirir, insanın lazım olan anda daha dəqiq qərar vermək qabiliyyətini inkişaf etdirir, insana yeni fikirlər, məlumatlar qazandırır, sizə görmədiyiniz, tanımadığınız yerləri tanıdar, sizin daha məntiqli düşünməyinizə imkan verər.
Kitab haqda məşhurların deyimləri:
Maksim Qorki - Mən bütün yaxşı cəhətlərimə görə kitablara borcluyam.
Deni Didro - Adamlar mütaliədən əl çəkəndə fikirləşməkdən də qalırlar.
Qasım bəy Zakir - Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.
Mişel de Monten - Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.
Tur Xander - Az pulla böyük sərvət əldə etmək istəyirsənsə, kitab al!
Beləliklə, kitab oxuyaq ki, həyatımız normal inkişaf etsin...



YAZARIN ARXİVİ

2019-04-05 : YALTAQ
2019-03-20 : YENİ GÜN OVQATI
2019-03-07 : QADIN
2019-02-22 : QAR QAN AĞLAR...
2019-02-08 : YEYİM,YEMƏYİM?
2018-12-22 : GƏL...
2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2019-11-14
2019-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK