ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda avtomobillərin qiyməti bahalaşıb

18497    |   2018-01-05 10:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabr ayı ərzində avtomobil bazarında satışlarda, eləcə də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Adalet.az xəbər verir ki, bu barədə Trend-ə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib

V.Hüseynov bildirib ki, ilin sonu olduğu üçün durğunluq gözlənilən idi, ancaq buna baxmayaraq avtomobil bazarında qiymətlərdə 15-20 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, qiymətlərdə artıma səbəb Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun dəyişəcəyi ilə bağlı yayılan məlumatlar olub.

Ekspert qeyd edib ki, qiymət artımı satışın daha da azalmasına səbəb olub. V.Hüseynov hesab edir ki, bu il yeni avtomobillərin satışı daha aktual olacaq. Onun sözlərinə görə, bəzi banklar və bank olmayan kredit təşkilatları avtomobil kreditləri verməkdə davam edir və digər banklar da öz kredit portfelinə yenidən baxacaqlar, bu növ kreditlər daha da aktuallaşacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK