ANA SƏHİFƏ / YAZARLAR

Cənnətdən qovulanlar...

Emin Akif

10110    |   2018-01-04 13:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hə, hərdən çətin də olsa bütün bu problemləri qırağa qoyub Adəm və Həvva haqqında dərin xəyallara dalıram. Doğurdan da Adəmin Həvvanın güdazına gedib almadan yeməyi, cənnətdən qovulmağı realdır. Guya indiki zamanda azdır bu cür cənnətdən qovulanlar? Qadının almalarına uyub öz ailəsini dağıdan Adəmlər o qədərdir ki... O gün bir kişi ağlaya-ağlaya "arvadım başımı xarab eləyib, özünü başqa qadınlarla müqayisə edir, məni də başqa kişilərlə". Deyir, sən necə kişisən ki, mənə qır-qızıl, şuba ala bilmirsən? Kişi boyunu yerə soxum. Dayıya içdən susdum, həqiqətən də bu adamlar elə ta ilk insan düşüncəsində qalıblar.

Elə bu yaxınlarda bu mövzuya yaxın bir mövzu ilə əlaqədar televiziyada verilişlərin birinə dəvət olundum. Mövzu "Şəxsi həyata müdaxilə” idi. Verilişin iki daimi ağsaqqal qonağı var. Və digər qonaqların verilişdən-verilişə dəyişir. Üç şair dəvət olunmuşuq, cavanıq. Əvvəlcə dostum Oğuz Ayvazla söhbətləşəndə dedim ki, arada danışaram, çox da özümə əl qatmayacam. Şair qonaqlardan biri dizi cırıq şalvar geyinmişdi. Ağsaqqalardan biri onun geyiminə ilişdi. "Bax, bu cırıq şalvar nədir axı, Avropa deyil bura”. Söhbət elə bu yerdən qızışmağa başladı. Aləm dəydi bir-birinə. Bayaq arabir danışmağı deyən mən bir də gördüm ki, ağsaqqalların biriylə əməlli-başlı qışqır-bağırlı söz savaşındayam. Qışqırmaqdan az qala səsim bata. Təsəvvür edin, iki kişi üstünə düşür, o bir yandan, bu bir yandan səni sıxışdırır, tamaşaçı da onların populist fikirlərinə əl çalır. Elə bil ki, çox gülməli lətifə danışırsan, sənə gülmürlər, amma bunu Cem Yıılmaz danışır, uğunub gedirlər. Zala boylanıb səsləndim ki, biz gəncik deyə alqışlamırsınız, yoxsa biz sizin fikirlərinizi demirik? Ağsaqqal qonaq dilləndi, özü də jurnalistdir ha. "Sən də girişdə onların hərəsinə iki manat versəydin səni də alqışlayardılar”. Heyrətdən bilmədim gülüm, bilmədim eləcə donub qalım. Bizi gənc olduğumuza görə sıxışdırırdılar, sözümüzü kəsirdilər, bizim onlardan üstün fikirləşməyimiz ağsaqqalları narahat edirdi.

 

Bir xeyli mübahisədən sonra belə bir fikir dedim. "Fikir verin, avtobusda, küçədə, metroda rast gəldiyimiz adamların hamısının üzündə aqressiya var, hirs var. Bunun hamısı ondan irəli gəlir ki, o adamlar xoşbəxt ola bilmirlər, mental düşüncələrin əsarətindədirlər, sosial durumları yaxşı deyil, işsizdirlər”.

Hə, həmin adamlar bu aqressiyanı tökməyə münbit yer kimi məşhur adamların şəxsi həyatı ilə bağlı paylaşımlarda onları söyməklə tökürlər. Məsələn, əgər bu adam işlədiyi yerlərin tələbilə hər gün üz qrıxmağa məhkumdursa, o, saqqallı adamları qəbul etməyəcək, saqqallı adamlara daim hirslə, qəzəblə baxacaq. Məsələn, əgər adam qadınlarla düzgün münasibət qura bilmirsə, ətrafında çoxlu xanım dolanan kişilərə aqressiya nümayiş etdirəcək. Yəni məndə olmayan şey heç kimdə olmamalıdır. Çox qəribədir ki, bunun əksini istəyənlər də həmin adamlardır.

Niyə adamlarda özünü başqalarıyla müqayisə etmək və eyniləşdirmək həvəsi bu qədər güclüdür? Filankəsin əri, Əhmədin arvadı, xalxın uşağı. Niyə kimin nə qədər maaş almağı onlara bu qədər maraqlıdır? Qalxıb yeni bir fikir söyləsən adamı daşqalaq edərlər. Hər kəsin eyni şeyi düşünürsə deməli, o mühitdə heç kim heç bir şey düşünmür. Ailə dövlətdirsə, hər dövlətin də öz qayda-qanunu olmalıdır da. Niyə başqalarının konstitusiyasına can atırsınız? Ayağınızı paltonuza görə uzadın, şubaya imkan çatmırsa..

Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:


- Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.

Molla soruşur:

- Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.

Deyirlər:

- Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.

Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:

- Gecəni necə keçirdin?

Molla deyir:

- Hər yer qardı, külək əsib qarı adamın uz-gözünə çırpırdı. Bərk qaranlıq idi. Şəhərin lap kənarından bir işıq gəlirdi...

Biri mollanın sözünü kəsib deyir:

- Bu olmadı. Şərti yerinə yetirə bilməmisən. Sən kənardan gələn işıqdan qızınmısan.

Bu sözü başqaları da təsdiq edirlər. Molla nə qədər eləyir, onun düz sözünu qəbul etmirlər. Molla qonaqlıq verməli olur. Sabah axşam yığışıb mollanın evinə gəlirlər. Gecə saat ikiyə qədər gözləyirlər, yemək gəlib çıxmır. Hәr dəfə mollaya: - Yemək necə oldu? - deyəndә molla cavab verir:

- Bu saat olacaq, darıxmayın.

Gecə saat üç olur, yenə yemək gəlmir. Axırda dilxor olurlar:

- Molla, az qala səhər açılsın.

Molla deyir:

- Oturun, bu saat xörək gətirim.

Molla gedir, ha gözləyirlər, molla gəlib çıxmır. Qonaqlar hər yeri axtarırlar, mollanı tapmırlar. Axırda mollanı bağçanın içində tapırlar. Görürlər ki, molla hündur çinar ağacının başında bir qazan asıb, çinarın dibində də bir şam yandırıb gözləyir.

Onlar deyirlər:

- Molla, bu nə işdi?

Molla deyir:

- Xörək bişirirəm, görmürsünüz?

Deyirlər:

- Çinarın başında qazan asmısan, dibində də şam yandırmısan, şam da qazanı qaynadarmı?

Molla gülüb deyir:

- Nə tez yadınızdan çıxartdınız? Bəs gecə qar-boranda üç ağaclıq yoldan işıqla qızınmaq olar, çinarın başındakı qazan dibindəki şamdan isinməz?

Müasir dillə qadını izah eləsəm, bunu yaza bilərəm. Qadın kompüter kimidir, gərək arada format edəsən. Əgər kişini izah eləsəm, kişi "wifi kimidir, evdən qıraqda tutmur. Həyatın bütün xoşbəxt anları şokolad kimi, pis anları isə çay kimidir. Yəni, həmişə belə olur, şokoladı yeyib qurtarırsan, amma çay qurtarmır. İndi sizə də gələn yazıya kimi şokoladınızı bol, çayınızın isə qədərində olmasını arzu edirəm. Heç kim heç kimi söyməsin. Hamınız bu soyuq qışda bir-birinizlə qucaqlaşın, isinin, mehriban olun. Nə kənardan gələn işığa, nə də şama ehtiyac yoxdur.

 



İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK