Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nicat Novruzoğlu: Xoruzdan itə Adalet.az | Nicat Novruzoğlu: Xoruzdan itə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nicat Novruzoğlu: Xoruzdan itə

20832    |   2017-12-30 10:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2017 bitmək üzrədir. Xoruz ili idi cari ilin adı. Yaxşı ki, mənim inteligentliyim zəifdi, "ruskayazıçnı" deyiləm. Yoxsa bu ili urusca ifadə etsəydim biabırçılıq olardı. Çünki xoruzun rus variantı xətir-hörmətini itirib. Heç onu it yerinə də qoymurlar. İtdən söz düşmüşkən gələn il də it ilidi. Özü də sarı it ili. Bu haqda bir az sonra.

Xoruz ili gəldi çatdı sonuna. Sonudu deyə haqqında rahat yazmaq olur. Məndə o cəsarət hanı ki, ilin əvvəlində ildən yazım? İl dərimə saman təpər.

Bu xoruzda da köhnə hamam, köhnə tas oldu. Nəysə bir təzə zad gözümə dəymədi. Dəysəydi heç olmasa bir az altı qaralardı.

Yenə oğul atanı bıçaqladı, yenə qadın üç uşağını atıb kiməsə qoşulub yenidən üç uşaq doğmaq üçün qaçdı, yenə suda batdılar, yenə avtomobil qəzaları can aldı, yenə kimlərsə intihar, kimlərsə oğurluq etdilər, yenə ağac kəsildi, yenə şou biznes efirdə, yenə Elariz oxuyur, yenə həmin kanal, həmin dalğa, həmin koordinat...

Yenə torpaq işğalda...

Xoruz varlılar ili oldu. Niyə? Çünki atalar deyib varlının xoruzu da yumurtlayar. Amma vaxtsız banlayan xoruzlar da oldu. Heç eyb etməz, kimə lazım idi axı Sizin başınız. Siz elə başsız yaşamısız, elə də yaşayacaqsınız.

Bu günümüzə min şükür. Deyərlər Şükür də dolma bükür. Elə dolmanın da xoruzda bizimkiliyi təsdiqləndi.

Xoruz 2018-ə arada dimdik də atdı. Xoruzda sahibsiz itlər zərərsizləşdirildi.

"Ayə, hara gedirsən, ayə" də xoruzda idi.

Xoruz da beləcə getdi banlamağının dalınca.

Gəldik çatdıq itə. Özü də sarısına.

Bu dəfə cəsarəli olacam. İl başlamamış ondan yazacam. Görək başımıza bu yeni ildə nə gələcək.

Nə qədər virtual aləmdə eşələndimsə də mənə agah olmadı ki, bu it niyə sarıdı. Daha doğrusu necə bilirlər ki, 2018-in iti sarıdı? Bunu kim müəyyənləşdirir, nəyə əsasən müəyyənləşdirir suallarına cavab tapa bilmədim.

Bu sarı itin qorxusundan artıq içimə bir vəlvələ düşdü. Niyə? Çünki əbəs yerə deməyiblər ki, it yiyəsinə oxşayar. Deyirəm birdən bu 2018-in sarı iti yiyəsinə oxşayıb belə saralar.

Bu 2018-in iti sarıdırsa və o yiyəsinə oxşayıb belə saralıbsa ,vay bizim halımıza. Biz nə vaxt sarılardan qazanmışıq ki, indi də onların itindən qazanaq? Elə onlar həmişə bizim üstümüzə it qısqırtmayıblar?! Bəlkə elə bu həmin itdi? Vallah, Rasim Müzəffərli demişkən bu it deyəsən sahibi özündən bərk hürənlərdəndir.

Axı niyə bu itin rəngi sarı çıxıb? Nə olaydı bunun rəngi qara çıxaydı. Biz də bir gün görəydik.

Bəlkə də qara imiş. O sarılar da bunu həmişəki kimi bizdən əvvəl bilib. Və həzm etməyiblər itin qaralığını. Salıblar onu qara qutuya məhv ediblər. Əvəzində ortalığa sarısını qoyublar. Həmişə belə olub. Oyun çıxardıblar qara qutularıyla.

Elə bil məndə çox qara-qura yazdım axı?

Bəlkə də. Amma bu sarı itə çox da bel bağlamaq olmaz. Sarıdan bizə xeyir gəlməz. Rəng ya ağ olar, ya da qara. Başqa rənglərin ipinin üstünə odun yığılmaz.

Sizi çox qorxutmayım. Sonra keçməzsiz 2018-ə, qalarsız 2017-də adınızı qoyarlar geridəqalmış.

Rəngi qoydum kənara. İt elə itdi. Sədaqət misalıdı. İnsanın dostudu. İnsan da itlə dostluq edər, amma, çomağını yerə qoymaz.

Deyirlər qonşunun iti qonşuya hürməz. Amma bizim qonşununku hürdü, hələ 20 faizimizi qapdı da.

Qapmaqdan sətir yazmışkən, qapan it dişini göstərməz. Bunu da unutmayın.

Ala iti hamı tanıyır. Amma ala itdən məşhurları da var. Onları hamımız tanıyırıq. Bu da bir fərasətdi. Ala iti keçmək hər oğulun işi deyil, biləsiz.

Bir də bilin ki, bir dəftər var. Adı it dəftəridir. Bəzən kimisə axtaranda adını heç harda tapmayanda ən sonda it dəftərinə baxırlar. Vay o haldan ki, adınız ordada olmaya. O zaman huy düşəcək bütün cahana ki, filankəsin adı heç it dəftərində də yoxdu.

Görəsən bu dəftərə adı kim yazır?

Biri də var. Deyiblər ki, vay o gündən ki, adamın öz iti özünü qapa. Həqiqətən vay. Deməli, bu da var imiş. Ona görə də həyət-bacada saxladığınız itlərə 2018 it ilidi deyə çox güvənməyin. Ehtiyatlı olun ki, yaraşıqlı görsənəsiniz.

Bayramınız mübarək!




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK