ANA SƏHİFƏ / MÜSAHİBƏ

Eldəniz Səlimov: “Kimisə günahlandırmaq olmaz” - MÜSAHİBƏ

“İndiyə qədər qaldırdığımız məsələlərə laqeyd qalan olmayıb”

22206    |   2017-12-21 18:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Eldəniz Səlimov Ədalət qəzetinə müsahibə verib. O müsahibəsində 2017-ci ilin yekunları, gələn il üçün gözləntilər və seçicilərinin problemləri ilə bağlı məsələlərə aydınlıq gətirib. Eyni zamanda Aqrokooperasiyaların yaradılmasındakı mövcud problemlərdən danışıb. Həmin müsahibəni sizə təqdim edirik.

-Eldəniz müəllim 2017-c il başa çatmaq üzərədir. Bu il üçün ictimai-siyasi hadisələri necə dəyərləndirərdiniz?

-Başa vurmaqda olduğumuz 2017-ci il Azərbaycan üçün uğurlu il kimi xarakterizə oluna bilər. Cari ilin geridə qalan müddəti ərzində ölkə iqtisadiyyatında aktivlik qorunub saxlanılıb. Eyni zamanda ölkədə sosial sahədə bir sıra ddımlar atılıb. Siyasi siferada Azərbaycanın beynəlxalq uğurlarında yeni cığırlar açılıb. Eyni zamanda Avropaya çıxışı təmin edən Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, "Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə bağlı sazişin imzalanması olduqca önəmli hadisələrdəndir. Bütün bunlar isə dövlət başçısı cənab İlham Əliyevin yorolmaz, qətiyyətli addımları nəticəsində baş verir. Heç şübhəsiz ki, dövlət başçısının atdığı addımlar Azərbaycan vətəndaşının sosial-rihaf halının yüksəldilməsinə xidmət edir. ASAN Xidmət Mərkəzlərinin yaradılması, buna bariz nümunədir. Ötən günlərdə belə bir mərzəkdən biri Quba rayonunda fəaliyyətə başladı. Quba ilə yanaşı ətraf rayonun sakinləri də Mərkəzdə yaradılan şəraitdən asanlıqla istifadə edə bilirlər. Ölkə başçısının yorulmaz fəaliyyəti, daim vətənini, millətini və xalqını düşünməyi yerlərdə daha açıq şəkildə özünü bürizə verir. Ötən il öz ad gününü cəbhə bölgəsində keçirən cənab prezidentin bu hərəkəti sadə vətəndaş tərəfindən olduqca yüksək səviyyədə qarşılandı. Belə bir səmimiyyət ölkəmizdə vətəndaş-hökumət birliyinin təməllərinin daha sağlam əllərdə olduğunu göstərir. Mən də həm öz adımdan həm seçicilərim adından cənab prezidetimizi qarşıdan gələn doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

-Milli Məclisə seçilən gənc deputatlardansınız. Geridə qalan müddət ərzində nə kimi işlər görmüsünüz?

-Gənc deputat olaraq mən Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvüyəm. Ötən müddət ərzində müzakirə olunmuş qanunların plenar iclasa çıxarmaqdan əvvəl komitədə müzakirə olunur. Hər bir məclis üzvü öz təklif və rəylərini söyləyir, yekunda müzakirə olunaraq ümumi düzəlişlərlə Milli Məclis plenar iclasına təqdim olunur. Bundan sonra da qəbul olunacaq qanunların mükəmməl bir qanun kimi qəbul olunması üçün bacarığımı sərf edəcəyəm. Biz komitəyə təqdim olunmuş qanun layihələrin ətrafında çıxışlar edirik, təkliflərimizi veririk. Yekunda ümumi rəylə qanun layihəsi Plenar iclasa təqdim olunur.

Milli Məclis fəaliyyətinin gözə görünən və gözə görünməyən tərəfləri var. İkinci bölməyə daxil olan məsələlər isə seçicilərlə aparılan işlərdir. Deputat seçildiyim Xaçmaz rayonu üzrə daim seçicilərimlə göğrüşlər keçirirəm. Həm Milli Məclisdə həm rayonda olan qərargahımızda seçicilərimizin problemləri ilə maraqlanır, bu problemlərin həlli üçün aidiyyatı qurumlara müraciətlər edirik. Şükürlər olsun geridə qalan müddət ərzində qaldırdığımız məsələlər öz həllini tapıb.

-İqtisadi böhranla bağlı ekspertlər fərqli fikirlər söyləyirlər. Azərbaycanın 2018-ci il iqtisadi göstəriciləri sizcə necə olacaq?

-Dünyada baş verən iqtisadi böhran təbii ki, ölkəmizdən təsirsiz ötüşməyib. Təkcə neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza xeyli təsir göstərdi. Ancaq Azərbaycan iqtisadiyyatı qeyri neft sektorunun inkişafı hesabına inkişafdan qalmadı inkişaf davam etdi. Ekspertlərin fərqli fikirləri onların məsələyə yanaşmasında irəli gəlir. Ona görə fərqli fikirlər yaranır. 2018-ci ildə də iqtisadi inkişafımız dayanıqlı olaraq inkişaf edəcək yarımçıq qalmış layihələr həyata keçiriləcək. Həmişə olduğu kimi Milli Məclisdə də ölkəmizin gələcəyinə hesablanmış mükəmməl qanunların qəbul olunması davam edəcəkdir.

-Aqrar Siyasət Komitəsinin üzvüsünüz. Ölkədə həyata keçirilən aqrar siyasət özünü doğrulda bilibmi?

-Azərbaycanda Aqrar bölmədə son vaxtlar elə layihələr həyata keçirilir ki, bu layihələr aqrar siyasətin doğru yolda olduğunu təsdiq edir. Aqrar sahədə əldə olunan inkişaf ildən-ilə artmaqda davam edir.

Artıq Azərbaycanın ixrac missiyası dünyanın bir sıra ölkələrində tanıtım işlərini həyata keçirir. Bununla bağlı KİV-lərdə geniş məlumatlar var. "Made İn AZERBAYJAN” brendinin yaradılması da kənd təssərüfatının inkişafına təkan vermiş oldu. Düşünürəm ki, dünyada ərzaq böhranı və digər böhranlar yaşanmasına abxmayaraq Azərbaycan bu kimi problemlərdən ayxa qurtara bilib. Eyni zamanda ölkədə həyata keçirilən uğurlu kənd təsərrüfatı siyasəti ilə Azərbaycan yaxın vaxtlarda dünya bazarında öz sözünü deyə biləcək.

-Aqrokooperasiyaların yaradılmasına nə kimi maneələr var?

-Aqrokooperasiyaların yaradılmasına start verilməsinə baxmayaraq insanlar bu sahəyə az diqqət yetirirlər. Bəlkədə çəkinirlər. Dövlət tərəfindən hər bir torpaq mülkiyyətçisi qayğı ilə əhatə olunur. Xeyli güzəştlər tətbiq edilir. Zamana ehtiyac var.

Bir çoxları bunu kolxoz və sovxoza qayıdış kimi dəyərləndirirlər. Əslində isə belə deyil. Aqrokooperasiyalar ailə kəndli təsərrüfatlarının müştərək birliyidir. Yəni burda iradə edən də idarə ediləndə hamısı müştərək səsvermə hüququ ilə seçilir. Eyni zamanda bu kimin əlində torpaq, texnika var onun alınması demək deyil. Bilirsiniz. Bu sistemin işləməsi üçün ilk öncə yerlərdə maarifləndirmə tədbirlər həyata keçirilməlidir. Yerli təsərrüfatlar bu sahədə məlumatlandırılmalıdır ki, onlar özləri aqrookoperasiyaların yaradılmasında maraqlı olsunlar.

-Yerlərdə bəzən fermerlər onlara məxsus torpaqlarda əkin işlərini həyata keçirə bilmir. Sizdə regiondan olan millət vəkilisiniz. Ümumilikdə bu yöndə sizə müraciətlər olurmu?

-Yerlərdə kim torpaqla işləmək istəyirsə onlara hər cür şərait yaradılıb. İnsanların bəziləri zəhmət çəkmək istəmirsə kimisə günahlandırmaq olmaz. Son vaxtlar regionlarda suvarılan torpaqları artırmaq məqsədilə su hövzələri yaradılır, kanallar çəkilir. Məqsəd əkilən torpaqları su ilə təchiz etməkdir. Yay quraq keçəndə su ilə bağlı müraciətlər olur müvafiq orqanlarla həllinə nail oluruq.

-Yeri gəlmişkən Eldəniz Səlimovun seçicilərinin nə kimi problemi var?

-Seçildiyim region kənd təsərrüfatı regionudur. Burada əhalinin böyük əksəriyyəti torpaqda işləyirlər. Hər yerdə olduğu kimi tərəfimizdən seçicilər qəbul olunur, yerlərdə görüşlər keçirilir. Yəni seçicilərlə daima ünsiyyətdə oluram. Onların əsas problemləri istehsal etdikləri məhsulun bazarının zəif olmasından, bağçılıqda istifadə etdikləri preparatların effektinin zəif olmasından, yol məsələsi, şəxsi məsələlər və digər məsələlər daha çox olur

-Bir sıra həmkarlarınız məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsindən dəfələrlə narazılıqlarını bildiriblər. Siz belə məmurlarla qarşılaşmısınızmı, problemin həlli ilə bağlı nə kimi addımlar atmısınız?

-Seçicilərin qaldırdıqları problemləri müvafiq orqanlar qarşısında vəsadət qaldırmaqla həll etməyə çalışırıq. Hələ ki indiyə qədər qaldırdığımız məsələlərə laqeyd qalan olmayıb.

-Milli Məclisin regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Milli Məslisin regionlarda yeri və rolu həmişə hiss olunur. Seçicilər həmişə çalışırlar ki, Milli Məclisə üzv seçərkən səhv etməsinlər. Çünki 5 il müddətində ölkəmizin gələcəyi və inkişafı naminə mütərəqqi qanunların qəbuluna fəal iştirak edə bilən seçilsin. Müşahidəmə görə Milli Məclisə regionlarda seçilən deputatlar müasir texnologiya ilə yaxından tanış olan, mütərəqqi fikirli bütün sahələri əhatə edən elm adamlari, istehsalçılar, iqtisadçılardır. Bu da qəbul olunan qanunların daha da mükəmməl olması üçün zəmin yaradır.

Ədil Ədilzadə




İmza:

"Azərbaycan hər kəsin təhlükəsiz, rahat yaşadığı bir ölkədir" - Müsahibə

Xalq yazıçısının qızı: “Atam bizdən gizlin ağlayırdı” - MÜSAHİBƏ

Elçibəyin oğlu: “Atamı çox qınamışam” - MÜSAHİBƏ

ÖMRÜN 75-Cİ BAHARI

Orxan Pamuk: “Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var”

“Gənc yazarların qələminə verilən dəyər bizləri daha da ruhlandırır”

“BANM-ın məzunu olmaq çox qürurverici hissdir” - MÜSHAİBƏ

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir məşhur həkim öz işini oğluna tapşırır. Oğlu işdən evə sevinclə qayıdaraq deyir:
- Ata, sənin 30 ildir müalicə edə bilmədiyin xəstəni mən bir günə müalicə etdim.
Atası əsəbiləşərək deyir:
- Sən nə etdin?! Mən 30 ildir ailəmi o xəstənin hesabına saxlayıram.




digər lətifələr
ARXİV
FACEBOOK