ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:KİMDİR MÜSƏLMAN: ARZU DOKTORMU, YOXSA ƏRƏB ŞEYXLƏRİ?

19460    |   2017-12-20 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə Qarabağa yolum düşəndə imkan tapıb üç müqəddəs ocağı ziyarət edərəm: Bərdədə Seyid Yusif Ağanı, Ağdamın Çəmənli kəndində Seyid Lazım Ağanı və bir də Ağcabədidə doğulduğum Bayat kəndinin Kolanı tirəsində Seyid Heydər Ağanı. Ruhlarına bir «Fatihə» oxuyaram, imkanım daxilində nəzir-niyaz verərəm. Və bəlkə də çox adam da bilmir ki, bu ocaqlarda toplanan nəzir-niyazlar, kəsilən qurbanlar imkansızlara paylanır. Bu mənə atamdan qalma bir mənəvi mirasdı.

Bir də qəbiristanlıqların yanından keçəndə radionu və ya maqnitofonu söndürərəm və orda yatanların ruhuna bir «Fatihə» verərəm. Bu da mənə atamdan qalma mənəvi mirasdı.


Türkiyədən bir yazıçı dostum gəlmişdi. Onu Azərbaycanı gəzdirirdim. Və təbii ki, yenə qəbiristanlıq yanından keçəndə maqnitofonu söndürürdüm. Soruşdu ki, Aqil bəy, hərdən maqnitofonu niyə söndürürsən və «Fatihə» verirsən? Dedim ki, qəbiristanlıq yanından keçirik, orda yatanların ruhuna hörmət əlaməti olaraq.

Bir qədər təəccüblə dedi:

- Mən də fikirləşirdim ki, bu Rəşad Məcid də niyə tez-tez maqnitofonu söndürür. İndi başa düşdüm. Nə gözəl adətdi.

Yenə Ağdamda Seyid Lazım Ağanın ocağını ziyarət etməyə getmişdim, qəribə bir mənzərə gördüm. Ocağın ərazisi böyük bir tikinti meydançasına çevrilmişdi. Ağanın qəbri üzərindəki kiçik məqbərə sökülmüş yerində möhtəşəm bir məqbərə ucaldılmışdı. Məqbərə İtaliya mərməri ilə üzlənib. Tavanından iri büllur bir çilçıraq asılıb (sonradan öyrəndim ki, İtaliyadan gətirilmiş bu çilçırağın qiyməti təxminən 2 milyon dollardı). Ocağın yanında artezian quyusu vurulub. Bu arteziandan kəndə su çəkilib. Həyətə mərmər döşənib, gül-çiçək əkilib, ağaclar əkilib, qadınlar və kişilər üçün ayrı-ayrı mərasim zalları tikilir, mətbəx tikilir, qurban kəsimi yeri tikilir, açıq havada oturmaq üçün talvar tikilir, ocağın ətrafı abadlaşdırılır.


Camaatı yaxşı tanıdığımdan bilirəm ki,vaxtilə Dünyanın Ən Varlı Şəhəri Ağdam kimi Ağdamı tikən ağdamlılar arasında bu qədər vəsaitə sahib ağdamlı yoxdu. Maraqlandım ki, seyid ocağına bu qədər vəsait xərcləyən kimdi? Həyətin bir küncündə çay süfrəsi arxasında üç-dörd nəfər oturmuşdu, hansısa eskizin üzərində işləyirdilər. Dedilər ki, odur ey, oturub orda Arzu doktordu.

Arzu doktor haqqında, onun xeyirxahlığı, insanlığı, dostluqda sədaqəti barədə dostum Toğrul Rəhimovdan çox eşitmişdim, amma üzünü görməmişdim.

Yaxınlaşdıq görüşdük. O, məni dərhal tanıdı:

- Siz Aqil Abbassız, yazıçı. Sizin haqqınızda Toğrul çox danışıb.

Mən də güldüm:

- Elə sizin haqqınızda da Toğrul müəllim mənə çox şey danışıb. Başqa regionlarda da gördüyünüz xeyirxah işlərdən xəbərim var.

Çay süfrəsi arxasında xeyli dərdləşdik. İxtisasca doktor olmasına baxmayaraq, gördüm ədəbiyyatı, incəsənəti çox yüksək səviyyədə bilir. Yəni söhbətimiz tutdu.


Yanımda bir dostum vardı. Xəstəsi vardı, neçə müddətdi müalicə etdirirdi, Türkiyəyə də aparmışdı xeyiri olmamışdı. Arzu doktora dərdini açdı. Doktor onu diqqətlə dinlədikdən sonra götürdü İsraildə kiməsə zəng elədi. Dedi ki, Aqil adında bir dostumun qohumu xəstədi, o tibb dilində izah elədi. Dedi onu göndərəcəm, müalicəsini təşkil edərsən. Sonra telefonu mənə verdi ki, bir özün də danış, tanış ol. Danışdım, tanış olduq, sonra dostumla da danışdı, dedi xəstəni göndərərsiniz.

Biz ocağa ayaq basarkən birinci Ağanın məzarını ziyarət etmişdik, mən «Fatihə» oxumuşdum, dostum isə üzünü göyə tutub demişdi:

- Ya Allah, seyidlərin cəddi cənabi Peyğəmbər xatirinə … şəfa ver.

Soruşdum ki, doktor, səndə seyidlərə bu sevgi hardandı? Dedi ki, seyidlər imam, peyğəmbər övladlarıdı, Allahın ən çox sevdiyi bəndələridi, mənə də bu sevgi Allahdan gəlir.

Qəzzə, Fələstin, Suriya, İraq , Yəmən, Liviya, Tunis dağılır. On minlərlə uşaq acından, yüz minlərlə insan başlarına tökülən bombalardan qırılır. Başqa ərəb dövlətlərinin şeyxləri isə qızıl unitaza oturur.


Ermənilər Qarabağdakı məscidlərdə donuz saxlayır, ərəb şeyxləri isə Ermənistana maya qoyur, investisiya qoyur. Elə dunən bir topası Yerevandaydı. Bunu istənilən qədər uzatmaq olar və sair və ilaxır.

İndi kimdir əsl müsəlman? Məscidlərdə donuz saxlayan ermənilərlə qardaşlıq eləyən ərəb şeyxləri, yoxsa Arzu doktormu?

Arzu doktor yəhudidi!





İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK