ANA SƏHİFƏ / YAZARLAR

İLĞIM

Əbülfət MƏDƏTOĞLU

7224    |   2017-12-15 15:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ona Səni də inandıracam

Səmimi olmağa çalışmaq o dərəcədə olmalıdır ki, o, şit alınmasın, başqasını qıcıqlandırmasın. Əgər belə ola bilmirsənsə, onda necə varsansa elə qalmaq, zənnimcə, daha doğru sayılmalıdır. Bax, bu mənada mən də sizin qarşınızda səmimi etiraf etməliyəm ki, bu yazını yazmamışdan öncə özümü tamam fərqli bir şəkildə kökləmişdim. İçimdə dünəndən baş qaldıran qəribə hisslərin ipə-sapa düzülmək, misralara çevrilmək işartısı var idi. Amma vaxt, zaman, fələk mən sayanı saymadı. Artıq hamımızın girovuna çevrildiyimiz bilgisayar, internet xətti dondu. Lap obrazlı desəm, üzümə qayıtdı, yazmaq, çalışmaq istəmədi. Və bu da mənə öz psixoloji təsiri ilə yanaşı, həm də bir ağırlıq gətirdi. Əlim-qolum soyudu və düşdü Aşıq Ələsgər demiş, yanıma. Yəni sındı qol-qanadım, yanıma düşdü. Və beləcə, dünəndən ipə-sapa düzməyə hazırlaşdığım bir mövzu arxa plana keçdi. Görünür, onun çiçəyi çırtlayası deyilmiş, ya da qarşısından qara pişik keçibmiş. Amma…

Dünənki günün məni kökləyən o qəribəliklərinin içərisində bir az usta tərpənib misralara çevrilən müəyyən məqamları stolüstu kalendarın vərəqlərinə qeyd etmişdim. Əlimi uzadıb həmin vərəqi götürdüm və baxıb gördüm ki, dünənki hisslərin damarında bir kədər var imiş. O kədər də məni özündən xəbərsiz beləcə kökləyib. Və mən də sarı simdə demişəm:


Hər bir ada yazılıb

Əl boyda – para kağız…

O da həm son məktubdu –

Həm də ki, Qara kağız!..


Orda vida notları

Orda ayrılıq yatır…

Qəribədir, son məktub –

Qara kağız tez çatır?!


Təlaşlanma, deyəsən

Qapı döyür poçtalyon…

İstəmirəm döyəsən –

Dizlərinə… bu da son…


***

Bəlkə də ilin sonuna yaxın belə notlara toxunmaq hardasa doğru deyil. Və hardasa bu doğru olmayan Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun böyük simaları olan Əlağa Ağayevin, Yaşar Nurinin və Səməndər Rzayevin iştirakı ilə çəkilmiş, yanılmıramsa, «Evləri köndələn yar» tamaşasında deyildiyi kimi, «gəlin qəmli notlara toxunmayaq» epizodudur. Qoy bu ilin qəmli anları elə bükülü də qalsın. Və biz sadəcə olaraq bir anın hər kəsi üzü gülər, hər kəsi şən ovqatla gözlərimizin önünə gətirək. Görək ki, bazar-dükana tələsən də, işə gedib-gələn də danışıb gülür. Elə bilməyin ki, havalanıblar. Yox! Bir halda ki, bu cür olmasını istəyirik, qoy o dediyim insanların da hamısının cibi, bazar torbası dolu olsun. Bir halda ki xəyaldı, yaxşını ağlımıza gətirək. Bəlkə düşərli oldu. Necə deyərlər, söhbətdi də edirik…

Bəli, mən arxada qalan günlərin qatlanmış təqvim vərəqlərini bir-bir gözdən keçirirəm. Və baxıb görürəm ki, bu vərəqlərin bəzilərinin hansısa bir nöqtəsinə nəsə yazmışam. Açığını deyim ki, həmin o yazdıqlarımın bir çoxu nəyi mənə ifadə edir, nəyi mənə xatırladır sualını verən olsa, bir az çətinlik çəkərəm. Amma dəqiq bildiyim odur ki, o qeydlər, o qısa kəlmələr, sözlər hər biri ayrı-ayrılıqda hansısa bir hadisəylə, tədbirlə və yaxud da bazar-dükanla bağlıdır. Görünür, onların hansını ki, xatırlaya bilmirəm, məhz o hissəsi ya reallaşmayıb, ya da məni elə bir vəziyyətə salıb ki, mən onu yaddaşımdan silmişəm. Və yaddaşımdan silinənlərin heç biri üçün də, təbii ki, burda söhbət təqvim vərəqindəki qeydlərdən gedir, təəssüf etmirəm. Onsuz da unudulmağa, silinməyə məhkum olan elə həmin aqibəti də yaşayır. Çünki verilən qərarın müəllifi hamımızın əl açıb imdad dilədiyimiz varlıqdı. Əgər o, silirsə, susdurursa, çökdürürsə, onda yalnız daha betərlərinin baş verməməsi üçün dizi yerə atmaq lazımdır, əlləri göyə qaldırmaq. Sidqi ürəklə üz tutmaq gərəkdir. Bəlkə belə halda nəyisə saxlamaq, xilas etmək mümkün oldu. Bu da dəqiq deyil, sadəcə bəlkədi. Bax, elə həmin o dediyim məqamın özündə də yaşam üçün stimul axtarmaq mənim köhnə şakərimdi. Bu vərdişdən yaxa qurtara bilmirəm. Hətta bəzən ən gərgin anda belə yadıma düşən vərdişin diqtəsinə baş əyməli oluram. Bu da müəyyən yerdə, müəyyən halda kimlərdəsə qıcıq yaradır, kimlərisə mənə qarşı yönəldir. Amma nə etmək olar…

Deməli, sayılı günlərinin qaldığı 2017-nin bu qarışıq havasında öz-özümə düşünürəm. Görəsən, indi doğulduğum ünvanda, gəzib-dolaşdığım yerdə, dostlarım məni gözlədiyi ərazidə nələr baş verir? Nələr mənim düşündüyüm, xəyal qurduğum kimidi, nələrsə əksinə? Yəqin ki, bunu çox mənasız, bəsit, hətta yersiz sual hesab edəcəksiniz. Bu, sizin hüququnuzdu, heç nə deyə bilmərəm. Amma mənə elə gəlir ki, bu sualın içərisində görmək istəmədiyiniz incə bir nüans var. O da mənim yaşamımdı, mənim durumumdu, Mən o xatırladığım yerlərdə cərəyan edən hadisələrin, gerçəkliklərin, hətta aclığın, susuzluğun belə içərisində daha rahat olardım. Çünki gözümü açıb gördüyüm, suyunu içib böyüdüyüm o yerlər indi yaman çəkir məni özünə. Doğrudur, bir dəfə yazmışdım ki, torpaq çəkir məni. İndi isə demək istəyirəm ki, təkcə çəkmir, həm də sürüyüb aparmaq istəyir. Bunun özü də məni dilə gətirir. Və mən kağıza köçürdüklərimi ucadan oxumaq, az qala bəyanat şəklində ətrafa yaymaq istəyirəm. Elə bilirəm ki, bu addımı atsam, bəlkə bir az hövsələm genələr, bir az tapdalanmaqdan qurtula bilərəm. Bunun özü də bir bəlkədi…

Hə, deməli, ovqatın həmin o məni çəkən nöqtəsinə bükən anında üzümü sənə çevirib yazmışam ki:

Tumurcuğu çırtlamış

Təzə dərdim, tər dərdim…

Mən səni şehli-şehli –

Təzə dərdim, tər dərdim!..


Sarıldın sən də mənə

Eşq vardı səndə mənə…

Titrəmə, səndələmə –

Sən də məni dər, dərdim!..


Qarışaq sirdaş olaq

Bir divar, bir daş olaq!..

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər, dərdim!..


İndi gördünüzmü, o yerlərin hətta xəyal edilməsi belə adamı hansı hallara salır, hansı məqamlara, hansı durumlara bir növü calaq edir, özü də özün istəmədən. Və sən də həmin o calandığın duyğularla, hisslərlə, ovqatla bilgisayar arxasına keçirsən…

***

Adətən yazmaq istədiyim yazının şah damarı Sənə aiddir, sənlə bağlı olur. Və elə bu yazının özündə də yəqin ki, az-çox hiss etdin ki, Sən yenə burdasan, mövzünün, yazının içərisindəsən və…

Heyf ki, adamlar bəzən özlərini, daha çox da daxillərini görə bilmirlər. Hər kəs özünü, öz daxilini ovcunun içi kimi görə bilsə, zənnimcə, onun iç dünyasında bir azacıq da olsa rahatlıq olar. Çünki özü ilə üz-üzə oturanda, özü ilə tək qalanda həmin iç dünyasının səsini, sözünü eşidib, duyub onda söhbətləşib birlikdə vəziyyətdən çıxış yolunu tapar. Çox təəssüf ki, hər adam bunu bacarmır. Amma bir şey də var ki, mənim dediklərim, mənim indiki anda yazıb və sizinlə oxuduğumuz fikirlərim Anayasa qanunu deyil, yəni toxunulmazlığı yoxdur. Onu hər kəs öz bildiyi kimi, öz düşündüyü kimi deyə də, yoza da bilər. Mən də elə belə edirəm. Və əminliklə o bildiyimin ətəyindən tutub pıçıldayıram ki:


Bir təklifim var, ömrüm,

Gəl səssizcə dayanaq…

Ruhumuz nəfəs alsın –

Biz nəfəsə boyanaq…


Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin…

Bu qəribə söhbətdən –

Ürəyimiz isinsin…


Bir də bizdən xəbərsiz

Toxunsun bir-birinə…

Əlimiz ülfət qatsın –

Söhbətin bu yerinə…


Təklif könlüncədisə

Kirpikləri öpüşdür…

Ürəyində nə varsa –

Ürəyimlə bölüşdür…


Hər misradan sonra bir anlıq dayanıb dərindən nəfəs almağa çalışıram. Və elə bilirəm ki, dayanmaq, dərindən nəfəs almaq hardasa mənə bir iynə ucu boyda ümid gətirir. Yəni dayanıb nəfəs alanda atacağım addımın istiqamətini və bir də büdrəməmək imkanını müəyyənləşdirirəm. Elə bilməyin ki, mən öncədən heç nəyə hazırlaşmıram. Xeyr, sadəcə olaraq mən zaman-zaman itirdiklərimin təsirindən, onların mənə vurduğu zərbələrdən qopub ayrılmağı və bütünlüklə bu günə qayıtmağı hələ də bacarmamışam. Bu bacarıqsızlıq da məni bax, o dediyim durmağa, dayanıb nəfəs almağa vadar edib. Düzdür, bu, o qədər də böyük qəbahət və yaxud da problem deyil. Amma hər halda insanın hansısa bir nöqtəsinə toxunur. Və bu toxunma da yavaş-yavaş adamın qanına işləyir, ruhuna hopur. Və bir də görürsən ki, özündə, sözündə deyilsən. Hətta elə bir an gəlir ki, hər şey sənə ya mənasız, ya da həddindən artıq təzə, tər, doğma görünür. Bunun özü də bir havalanma əlamətidi. Çünki çevrə daraldıqca, məsafə qısaldıqca nələr baş verir və yaxud nələr baş verəcək sualları güllə kimi tuşlanır adamın alnına. Mən şəxsən belə olanda hər şeyin ilğım, xəyal olduğunu düşünürəm. Hətta elə bilirəm ki, bu dünyanın özü də bir ilğımdı. İlğım olan dünyada isə mən üzümü sənə tuturam yenə.


Heç nə yoxdu həyatda

Heç kim də olmayıbdı…

Mən adlı həyatında-

Köçkün də olmayıbdı!..


Yüyürən yıxılacaq

Yıxılıb sıxılacaq…

Mənim də sığınacaq –

Köşküm də olmayıbdı…


Düşün, nə də ki, yad et

Məni yuxu hesab et…

Bir ovuc torpaq at, get –

Eşqin də olmayıbdı…


Bütün bunları düşünə-düşünə, bütün bunları yaşaya-yaşaya adam hərdən ağlından belə bir sual da keçirir:

- Görəsən yaşamağa dəyərmi? Görəsən bütün bunların, lap elə bu yazdıqlarımın kiməsə bir faydası olurmu? Lap elə sən özün bu yazdıqlarıma necə baxırsan? Hansı qiyməti verirsən? Yəqin ki, başını bulayırsan və elə qaçaraq bir təbəssümlə hiss etdirirsən ki, işin-gücün qurtarıb və yaxud başına iş qəhətdi…

Hər halda bunun özü də bir qiymətdi, sənin verdiyin qiymət. Mən isə Allahımın verdiyindən, ürəyimin qazandığından başqa heç nə istəməmişəm, heç nə ummamışam. Elə bu gün də istəmək, ummaq fikrim yoxdu. Lakin yadımızda saxlamalı olduğumuz bir gerçək də var. O da Allahımın verdiyini və ürəyimin qazandığını kimsəyə güzəşt etməyəcəyimdi. Bunun üçün sona qədər qərarımda qalacağıma isə tam əmin ola bilərsən. Və…

Elə bu anda, bu nöqtədə ağlımdan gəlib keçdi ki, fikrim, yazdıqlarım sənin və bütövlükdə oxucuların xoşuna gəlməsə, heç qeyzlənməsinlər, əsəbləşməsinlər. Sadəcə…

Hə, sadəcə, «bu da belə bir yazıdı» desinlər. Ağlına gəlir, yazıbdı. Mənə verilən əksər qiymətlər yarımçıq olub. Qoy bu yazının da qiyməti yarımçıq olsun. Amma olsun! Onda xəyalı, duyğunu, hətta yuxunu belə gerçək sayacam. İnanacam onların hər üçünə. Hətta səni də inanmağa çağıracam – yuxuma, xəyalıma, özümə, sözümə, sevgimə!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK