nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Sabir Rüstəmxanlı: “YA VAHİD NAMİZƏD, YA DA..." Adalet.az | Sabir Rüstəmxanlı: “YA VAHİD NAMİZƏD, YA DA..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Sabir Rüstəmxanlı: “YA VAHİD NAMİZƏD, YA DA..."

31187    |   2017-12-14 14:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət əvvəl "Vətəndaş Həmrəyliyi Partiyası”nın sədri Sabir Rüstəmxanlının qarşıdan gələn prezident seçkilərində müxalifətin vahid namizədi olması ehtimalından yazsaq da, ölkədə olmaması səbəbindən məsələyə onun öz münasibətini öyrənə bilməmişdik. Nəhayət, bu günlərdə Türkiyə səfərindən qayıdan partiya sədriylə sözügedən mövzuda söhbətləşmək cəhdimiz baş tutdu.

-Sabir bəy, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşırsınızmı? Bu istiqamətdə partiyanızda nə kimi işlər görülür? Başqa siyasi qurumlarla hər hansı məsləhətləşmələr aparılırmı?

- Seçki ilə bağlı bütün partiyalarda müəyyən hazırlıqlar gedir, müxtəlif siyasi partiyalar arasında görüılər keşirilir. Müxalifət düşərgəsinin seçkiyə münasibətilə bağlı bir neçə görüş keçirilib. Bəzilərində biz də iştirak etmişik. Hələ ki, daha çox seçkidə iştirak etmək, yoxsa baykot taktikası seçmək ətrafında fikir mübadiləsi aparılır. Bizim mövqeyimiz hər zaman birmənalı və dəyişməz olub - seçkidə iştirak etmək lazımdır. Seçkidə iştirak hələ namizəd irəli sürmək anlamına gəlmir. Sadəcə, söhbət partiyanın, onun üzvlərinin iştirakından gedir. O ki qaldı mənim özümün namizəd kimi seçkiyə qatılmağıma, bu məsələ hələ gündəmdə deyil. Bizim partiyanın qarşıda qurultayı var. Rayonda konfranslar keçirilir, artıq yekunlaşmaq üzrədir. Qurultay keçirə bilsək, yəqin ki, orda qərar qəbul edəcəyik.

Seçkilərlə bağlı qanunvericilikdə də dəyişikliyə ehtiyacı olan çox məqamlar var. Seçkinin ayrı-ayrı mərhələləri üçün nəzərdə tutulan müddətlər qısaldılıb. MSK ilə bağlı, seçki qanunu ilə bağlı çoxlu təkliflər var, heç biri nəzərə alınmayıb. Həmişə olduğu kimi yenə də vaxta az qalanda müzakirələr başlayacaq. Nəzərə almaq lazımdır ki, gələn il ölkəmizdə başqa mühüm tədbirlər də çoxdur. Xalq Cümhuriyyətinin yüz illiyi, milli azadlıq hərəkatının 30 illiyi...

-Neçə vaxtdır ki, Türkiyədə səfərdəydiniz. Maraqlıdır, oradakı siyasi partiyalarla seçkiyə dəstəklə bağlı müzakirələriniz oldumu?

- Bir çox siyasi partiyalarda, Türkiyə Böyük Millət Məclisində tanışlarım var. Rusiya duması ilə əlaqələrim var. Amma mən heç vaxt seçki məsələsini xarici ölkə siyasətçiləri ilə müzakirə etməmişəm. Bu hər bir ölkənin daxili işidir. Sadəcə olaraq, biz orda keçirilən seçkilərlə necə maraqlanırıqsa, onlar da elə maraqlanırlar. Mənim MHP, AKP və CHP-də yüksək səviyyədə tanışlarım var. Onlarla məsləhətləşməm olmayıb ki, siz bu işə necə baxırsınız. Sadəcə maraqlanırlar ki, seçki necə olacaq. Biz də ölkədə gedən seçkiyə hazırlıq prosesi ilə bağlı məlumat veririk, amma başqa elə bir xüsusi əməkdaşlıq söhbəti yoxdur.

-Mətbuatda Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşərək seçki müzakirələr apardığınız barədə məlumatlar getmişdi. Belə bir görüş həqiqətən baş tutubmu və əgər sirr deyilsə, orda konkret nə barədə danışmısınız?

-İlyas İsmayılovla biz dostuq, həmişə yaxşı münasibətimiz olub. Milli məclisdə də əməkdaşlıq etmişik, parlament seçkiləri ərəfəsində bizim bir blokumuz var idi. İlyas bəylə seçkidən asılı olmayaraq bir ziyalı kimi hər zaman yaxşı münasibətimiz olub. Seçki ilə bağlı ümumi söhbətlər olur, qərar səviyyəsində ortada bir şey yoxdur. İndidən müxalifətin vahid namizədi məsələsini ortaya atmaq ümumi işə xeyir verməyəcək. Mən düşünürəm ki, əgər bu işə ciddi yanaşarıqsa, vahid namizəd də ola bilər. Əgər siyasi partiyalarda o iradə varsa, indidən namizədini verib, onu müdafiə edib, təbliğatını apara bilər. İki variant var – biri vahid namizəd, biri də seçkiyə dağınıq hazırlıq.

-Əgər vahid namizəd baş tutmasa, İlyas müəllimlə birgə seçkiyə getmək variantı ola bilərmi? Olarsa, kimin namizədliyi ilə?

-Dedim axı, bizim İlyas müəllimlə belə konkret müzakirələrimiz olmayıb.


Söhbətləşdi: Sübhan Mahmudlu




İmza:

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ

İsgəndər Həmidovun bacısının ürək dağlayan müsahibəsi - VİDEO

Şahbaz Xuduoğlu: “Atamdan sonra o evi dağıdıb başqa ev tikmişdilər...” - MÜSAHİBƏ

Atam sərxoş olub Hamletin monoloqunu söylədi - İsmayıl Şıxlının evindən reportaj

Nuranə Nur: "Bəlkə də 124 min peyğəmbərin arasında qadınlar da olub "- MÜSAHİBƏ

"Məktəbdə şagirdlərlə dovğa, qutab bişirən müəllimə…" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK