Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | ANATOLİ BANİŞEVSKİ ADINA STADİON Adalet.az | ANATOLİ BANİŞEVSKİ ADINA STADİON Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ANATOLİ BANİŞEVSKİ ADINA STADİON

Nicat NOVRUZOĞLU

19185    |   2017-12-12 14:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Qol.az»ın baş redaktoru Aydın Bağırov çox maraqlı bir təkliflə çıxış edib. Məsələ qaldırıb ki, Bakıdakı stadionlardan birinə Azərbaycan futbolunun dünyaca ünlü futbolçusu Anatoli Banişevskinin adı verilsin. Banişevskini tanıtmağa ehtiyac yoxdur, o, öz adını futbol tariximizə, özü də təkcə Azərbaycan futbolunun tarixinə deyil, dünya futbolu tarixinə qızıl hərflərlə yazıb.

Banişevskinin adını başqa cür də əbədiləşdirmək mümkündü. Sovetlər dönəmində «Fedotov klubu» deyilən bir klub vardı, sovet futbolunda ilk dəfə Fedotov adlı bir futbolçu 100-dən artıq qol vurduğuna görə bu klubu onun şərəfinə yaratmışdılar. 100-dən artıq qol vuranlar bu kluba düşürdü. Yəni bir fəxri ad idi. Azərbaycandan isə yalnız Anatoli Banişevski bu fəxri ada layiq görülmüşdü. Yəni ölkə çempionatında 100-dən artıq qol vurmuşdu.

İndi bombardirlər üçün də belə bir «Banişevski klubu» yaratmaq olar.

Banişevskinin kimliyi barədə də bir misal.

Sovetlər dönəmində minik avtomobili almaq çox çətin idi. Bəzən illərlə növbəyə durmalı olurdun. Bir akademikin «Volqa» növbəsi çatırmış. Ali Sovetin sədri Məmməd İsgəndərov həmin «Volqa»nı növbəsiz Anatoli Banişevskə bağışlayır.

Akademik İsgəndərovun yanına şikayətə gedir. Və tələb edir ki, «Volqa»nı ona versinlər. Və deyir ki, kimdi ey bu uşaq ki mənim maşınımı ona verirsiz.

İsgəndərov onu sakitləşdirib soruşur:

- Braziliyanın Kommunist Partiyasının katibi kimdi?

- Bilmirəm.

- Braziliyanın Ali Sovetinin sədri kimdi?

- Bilmirəm.

- Braziliyanın Nazirlər Sovetinin sədri kimdi?

- Mən nə bilim ey.

- Akademiksiniz, deyə bilərsinizmi Braziliyada Elmlər Akademiyasının prezidenti kimdi?

- Yox, onu da bilmirəm.

- Yəni o boyda Braziliyadan bir adam tanımırsıınız?

- Niyə tanımıram? Pele!

İsgəndərov gülüb deyir:

- Ay yoldaş akademik, Banişevski də bizim Pelemizdi də.

Akademik qalxır ayağa:

- Məni yaxşı yola verdin, halal xoşu olsun.

Gəlin biz də stadionlardan birinə Azərbaycanın Pelesi Anatoli Banişevskinin adını bağışlayaq. Halal xoşu olsun!




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK