ANA SƏHİFƏ / MÜSAHİBƏ

YADDAŞIMA YAZILMIŞ TARİXİ GÖRÜŞLƏR

Cavanşir Paşazadə: "Heydər Əliyevin qəbulunda olmaq, onu şəxsən dinləmək özü bir məktəb keçməkdir"

31999    |   2017-12-11 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizin ictimai-siyasi həyatının ən önəmli məsələləri ilə bağlı fikirlər öyrənmək və oxuculara təqdim etmək məqsədilə «Ədalət» qəzeti olaraq tez-tez müxtəlif insanlara, müxtəlif zümrələrin nümayəndələrinə üz tuturuq. Budəfəki müsahibimiz millət vəkili Cavanşir Paşazadədi. Təbii ki, söhbətimizin məğzini Cavanşir müəllimə bildirəndən sonra o bizimlə fikirlərini bölüşməyə razı oldu. Və biz də öz növbəmizdə ilk öncə bu gün anım gününü qeyd etdiyimz Ulu Öndərimizlə bağlı sualla müsahibəyə başladıq:

- Cavanşir müəllim, 12 dekabr Ulu Öndərimizin anım günüdür, Heydər Əliyevlə bağlı sizin xatirələrinizi öyrənmək istərdik…

- Ümummilli liderimiz, Ulu Öndərimiz təkcə Azərbaycan üçün yox, bütövlükdə dünya üçün çox böyük insandır. bu cür dünya səviyyəli insanla bağlı fikirləri bir neçə cümlədə ifadə etmək çox çətindir. Amma şəxsi tanışlığımızın zəmnində demək istərdim ki, ilk dəfə onunla 1992-ci ildə görüşdüm. Onda mərhum Ümummilli liderimiz hakimiyyətə xalqın tələbi ilə ikinci dəfə qayıtmışdı. ölkə həyatını, baş verən hadisələri dərindən öyrənmək üçün Heydər Əliyev ayrı-ayrı regionların ziyalılarını qəbul edir, onların fikirlərini dinləyir, sonra da müvafiq qərarlar qəbul edirdi. Həmin görüşlərdən biri cənub bölgəsinin ziyalıları ilə keçirildi. O görüşdə mən iştirak edirdim. Heydər Əliyev bizi çox səmimi qarşıladı çox maraqlı bir söhbətin iştirakçısı olduq. Məhz bu söhbətdə qaldırılan məsələlərə uyğun olaraq da, o, ciddi tapşırıqlar verdi. Tezliklə də o tapşırıqların nəticələrini təkcə cənub bölgəmizdə yox, bütün Azərbaycanda hiss etdilər. Bundan sonra daha iki dəfə mənim onunla görüşüm olub və bu görüşlərdə də o, mənə müəyyən tapşırıqlar veribdi. Çox qürur hissiylə deyə bilərəm ki, o tapşırıqları vaxtında yerinə yetirə bildiyimdən məmnunam. Və burada onu da əlavə edim ki, Heydər Əliyevin qəbulunda olmaq, onu şəxsən dinləmək özü bir məktəb keçməkdir.

- Cavanşir müəllim, sizcə, xalqımız öz liderini layiq olduğu kimi qiymətləndirə bilibmi?

- Bir vətəndaş kimi deyə bilirəm ki, bəli. Çünki bu xalq onunla qürur duyur. Onu ürəyində, əməli işində, tarixində, yaddaşında yaşadır, xatirəsini əziz tutur. Eyni zamanda, Ulu Öndərimizin layiqli varisi olan cənab prezidentimiz İlham Əliyevin ətrafında hər gün daha sıx birləşir. Ona güvənir, ona inanır və onun xalqımızı daha da nurlu sabahlara aparacağına əmindir. Doğrudur, bu gün müəyyən məmurların, vəzifə sahiblərinin tutduğu mövqe, şəxsi həyatlarındakı qüsurlar insanları qıcıqlandırır, narazı salır. Amma cənab Prezidentimiz bu cür halların qarşısını çox qətiyyətlə alır və sübut edir ki, o hər bir Azərbaycanlının Prezidentidir.

- Cavanşir müəllim, siz millət vəkilisiniz. Və bu günlərdə parlamentdə 2018-ci ilin büdcəsi müzakirə olundu. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Doğru buyurursunuz. Biz gələn ilin büdcəsini müzakirə edib müəyyən irad və təkliflərimizi bildirdikdən sonra ona səs verdik. Və mən bir millət vəkili kimi sevinirəm ki, hər il bizim büdcəmizdə qeyri-neft sektorunun payı daha da artır. Cənab Prezidentimizin dediyi kimi, Azərbaycan xalqının, bütövlükdə iqtisadiy yatımızın neftdən asılılığı azalır. Bu da kənd təsərrüfatına, sahibkarlığa artan diqqətin, göstərilən qayğının bəhrəsidir. Yəni ölkədə bütün sahələrin inkişafına şərait yaradılır. Təbii ki, bu da büdcəmizin formalaşmasında öz sözünü deyir.

- Bu günlərdə cənab Prezidentimiz çox ciddi bir kadr dəyişikliyi etdi…

- Bilirsiniz ki, kadr dəyişikliyi ölkə başçımızın səlahiyyətindədir. O, kimi hansı vəzifəyə istəyirsə, layiq bilirsə, ora da təyin edir. Amma bir vətəndaş kimi deyə bilərəm ki, sabiq Vergilər naziri Fazil Məmmədov işlədiyi müddətdə vergilər sahəsində köklü dəyişikliklər edə bildi. Ancaq səhhətində müəyyən problemlər yarandığından cənab Prezident onu Mikayıl Cabbarovla əvəz etdi. İnarıram ki, Mikayıl Cabbarov həmin sahəni daha da inkişaf etdirəcək və Prezidentimizin etimadını daha da doğruldacaqdı.

- Cavanşir müəllim, bir məsələyə də münasibətinizi öyrənmək istərdim. Heç olubmu ki, səlahiyyətlərindən sui-istifadə edən məmurlarla qarşılaşasınız?

- Bəli, bu cür hallar həm mənim, həm də seçicilərimin də qarşılaşdığı həyat faktlarından biridir. Hətta seçicilərim bəzən elə faktlarla mənə müraciət edirlər ki, özüm də bir anlıq nə edəcəyimi, hansı qərar verəcəyimi müəyyənləşdirməkdə çətinlik çəkirəm. Amma sevinirəm ki, yerində olmayan məmurlarımız çox cüzidir. İşlək, bacarıqlı, çevik, Prezidentimizə, xalqımıza sədaqətli məmurlarımızın sayəsində biz yerində olmayanlarla mübarizə aparırıq, onlara öz yerlərini, öz hüquqlarını xatırladırıq.

- Son olaraq soruşmaq istərdim. Seçiciləriniz sizinlə görüşməkdə çətinlik çəkmir ki?

- Tam səmimiyyətimlə deyə bilərəm ki, mənim konkret qəbul günlərimlə yanaşı, günün istənilən saatında telefonla və yaxud müxtəlif tədbirlərdə qarşılaşıb fikirləini söyləyən, şikayətlərini edən insanlar üçün problem yoxdur. Kim nə vaxt istəyirsə, mən onu qəbul etməyə, dinləməyə həmişə vaxt tapmışam. Bundan başqa, seçildiyim bölgədə tez-tez olur və seçicilərimlə necə deyərlər, öz evlərinin kandarında görüşüb onların suallarını cavablandırmağa çalışıram. Bu həm bir vətəndaş kimi, həm də bir millət vəkili kimi mənim borcumdur. Üstəlik, mənə etimad göstərənlərin qarşısında mənim onlara verdiyim sözün gerçəkləşməsi üçün atdığım addımlardan biridir. Düşünürəm ki, seçicilərim bundan sonra da məndən narazı qalmayacaqlar.

Ədil ƏDİLZADƏ




İmza:

“Bizə piylənmiş ictimai-siyasi şişmanlar yox, real siyasi qəhrəmanlar lazımdır”

"Azərbaycan şairlərinin ölkəmizdə çoxlu pərəstişkarı var" - MÜSAHİBƏ

“Prezidentə dedi ki, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır” - Siyavuş Novruzov

102 illik şərəf salnaməsi

Rasim Müzəffərli: “Pandemiya “Vətən” anlayışını gücləndirir”

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Aqil Abbas: "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…" - MÜSAHİBƏ

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Oqtay Qasımovdan Sülhəddin Əkbərə sərt cavab

“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR...” - Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK