deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bu, "Quş dili"dir Adalet.az | Bu, "Quş dili"dir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bu, "Quş dili"dir

Rejissorun üzünə "şapalaq vuran" yazıçının qəhrəmanları səhnəyə çıxdı

7485    |   2017-12-08 23:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"YUĞ" Dövlət Teatrı yubileydən əvvəlki - 29-cu mövsümündə daha bir yeni tamaşanı təqdim etdi. İşlərini əvvəlcədən möhkəm tutan tamaşaçılar rahat oturub "Quş dili"nin başlamasını gözlədilər. Bir xeyli qonaq da səhnədə baş verəcək hadisələri ayaq üstə izləmək məcburiyyətində qaldı. Əvvəldən belədir dünyanın işi, gec gələn qonaq...
Əvvəlcə səhnədə tamaşanın quruluşçu rejissoru göründü.

Bu, Əbdül Qənidir

Daha çox bədii filmlərdən, televiziya tamaşalarından və teleseriallardan aktyor kimi tanıdığımız Əbdül Qəni yenidən qayıdıb "YUĞ"un səhnəsinə çıxdı. Məhz qayıtdı, çünki Əbdül Qəni Vaqif İbrahimoğlunun yaratdığı bu sənət ocağında bir vaxtlar çalışıb, aktyor da olub, rejissor da. Çıxışının əvvəlində də, "YUĞ"un yaradıcısını ehtiramla andı, sonra isə niyə məhz bu tamaşanı hazırlamağından danışdı: "Gənc və istedadlı yazıçı Təranə Vahidin "Cənnətdən yuxarı" kitabını oxuyanda oradakı hekayələr, esselər, miniatür duyğular və qısa aforizmlər üzümə şapalaq kimi dəydi. Təranə xanımın həmin kitabında toplanan ayrı-ayrı hekayə və aforizmlərindən tamaşa hazırlamaq qərarına gəldim. Premyerasına toplaşdığınız "Quş dili" belə yarandı.

Bu, Təranə Vahiddir

Quruluşçu rejissordan sonra səhnəyə "Quş dili"ndə danışan aktyorlar çıxdı. Amma bu barədə bir azdan. Gəlin əvvəlcə "Quş dili"ni yazan müəlliflə daha tanış olaq. İstedadlı jurnalist kimi imzasını çoxdan təsdiq etdirən Təranə Vahid artıq yazıçı kimi də tanınmağa başlayıb. "Cənnətdən yuxarı" kitabını ədəbi ictimaiyyət maraqla qarşılayıb. Təranə xanımın bu kitabında toplanan "Quş dili", "İntihar", "Axşamüstü", "Qorxu çiçəkləri", "Müharibə, nənəm və itən vaxt", "Tapılmayan torpaq" hekayələri barədə tanınmış yazıçılar və tənqidçilər müsbət fikirlər səsləndiriblər.
"Quş dili"indən sonra Təranə Vahidin imzası teatr afişasında da görünməyə başladı. Davamı gələcək yəqin...

İşarələrin də dili var

Kürünün qızıl qiymətinə, ilan zəhərinin isə od qiymətinə qalxdığı bir zamanda uzaq bir dağ kəndinə Əzrayıl gəlir. Deməli, artıq hadisə var. Çünki Əzrayılın gəlişi həmişə hadisədir. Ölüm mələyi budəfəki gəlişində Cırtqoz Veysəli aparır. Sərt havada külüng torpağa batmır, bəzi laqeyd insanlar meyiti basdırmağa həvəsli deyillər. Hətta onu yaza qədər saxlamaq təklif edənlər də var. Amma qoca bağban yerdə qalan ölüyə qəbir qazır, onu dəfn edir.
Həyatın qaydaları belədir: kütlədən seçildinsə sınaqlarla üzləşəcəksən. Qoca bağban da həyatının ən ağır sınağı ilə - ilk, məsum sevgisi ilə imtahana çəkilir. Həyatın ən vacib məqsədi yolu tapmaqdır! Sınaqlarda sınmadan, sevgini itirmədən, əhdindən dönmədən yolu tapmaq. Yol boyu sayrışan işarələri oxumaq isə insandan həm səmimiyyət, həm də cəsarət istəyir. Yolda rastlaşdığın işarələrin də dili var.
"Quş dili"ndə bu işarələri tamaşaçılara əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, İlahə Məmmədzadə çatdırırlar. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı isə Amid Qasımovdur.
Uqurla keçən premyera bitən kimi hamı-zalda oturanlar da, tamaşanı sona qədər ayaq üstə izləyənlər də yaradıcı heyəti səmimi hisslərlə təbrik etdi. Gül dəstələri də öz yerində.
Sonra hamı dağılışdı. Getdilər maraqlı suallarla dolu tamaşada verilən suallara cavab axtarmağa. Sual demişkən, nəyə görə bütün ömrünü dənizdə keçirən balıqçının öz qazanında həmişə xırda, yöndəmsiz balıqlar qaynayır?
Sualın cavabını bilən varmı?




YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK